Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Mar
    İdman Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib üçün şərhlər bağlıdır

    Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib
    Tərtər Olimpiya İdman Kompleksində Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təsdiqlənmiş əsasnaməyə uyğun olaraq Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq üzrə açıq Tərtər birinciliyi keçirilmişdir.
    Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
    Tədbirin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının(AKF) nümayəndələri, Milli Qəhrəman Elman Hüseynovun övladı Emin Hüseynov, rayonun idman ictimaiyyəti və qaziləri iştirak etmişdir.
    Açıq Tərtər birinciliyində cəmi müxtəlif rayonları təmsil edən 15 komandadan 150-dək idmançı iştirak etmişdir.
    Qaliblər medal, kubok və Qarabağ RGİİ-nin diplomları ilə mükafatlandırılmışlar.

     

  • 12Mar
    Xəbərlər “Analar günü”ndə şəhid anası ziyarət edilib üçün şərhlər bağlıdır

    Ənənəyə sadiq qalan Tərtər şəhər 1 nomrəli tam orta məktəbin rus bölməsinin 8”v” sinif şagirdləri sinif rəhbəri Təranə müəllimlə birlikdə şəhid Vasif Rüstəmovun anasi Şövkət müəllimi “ANALAR GÜNÜ” münasibətilə ziyarət ediblər. Onlar eyni zamanda 2 il öncə əkdikləri ağaclara qulluq ediblər.
    Təranə müəllim bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Vasif Rüstəmov hə-yatını təhlükəyə ataraq, çətin günlərdə öz iş yerini tərk etməmiş, tərtərlilərə və mağazaya gələn hərbçilərə xidmət göstərmişdir. Bu mağazadan bir nəfər də ümidsiz geri dönməmişdi. Xeyirxah insan pulu olanı da, olmayanı da lazımi ərzaqla təmin edir və bununla da rahatlıq tapırdı. O, işini raket, mərmi partlayışları altında yerinə yetirirdi.
    Şəhidin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq. Allah anasına və doğmalarına səbr versin.

    “Yeni Tərtər”

     

  • 12Mar
    Milli-mənəvi dəyərlər Ramazan ayı başlandı üçün şərhlər bağlıdır

    Rəbbimiz bütün oruc və ibadətlərimizi qəbul eləsin!

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq Sizdən əvvəlki ümmətlərə vacib buyrulduğu kimi, Sizə də vacib edildi. Bəlkə Allahdan qorxasınız deyə”. Bəqərə surəsi, ayə 183
    Nəfslərə aramlıq, könüllərə rəhmət aşılayan, bədənlərə sağlamlıq vəsiləsi olan əzəmətli bir ayın başlanğıcındayıq. Bəli, bu, on bir ayın sultanı olan, insanların böyük cihadının carçısı sayılan Ramazan ayıdır. Hədislərdə gəlib ki, ağır bir döyüşdən qayıdan müsəlmanları Hz. Peyğəmbərimiz (s) belə salamlayır: “Kiçik cihaddan gələnlərə salam olsun”. Deyirlər, Ya Rəsulallah (s), çox ağır çarpışma oldu, əksəriyyətimiz yaralanıb. Peyğəmbərimizin onlara cavabı belə olur ki, ox atmağa, qılınc tutmağa nə var ki? Ən böyük cihad insanın öz nəfsinə, öz tamahına sahib çıxmasıdır! Bəli, həqiqətən də ramazanı digər aylardan fərqli edən də məhz elə bu keyfiyyətidir. Quran və hədislərə rəğmən bu ay çox hikməti özündə cəm edib. Bu ayda müsəlmanlar Allahın razılığını əldə etmək üçün sübh azanından xeyli əvvəl oyanıb oruc olmağa hazırlaşarlar. Daha ətraflı »

  • 12Mar
    Ədəbiyyat Saza aşıq, yaza aşiq sənətkar üçün şərhlər bağlıdır

    Göyçə sərvətlərimizdən)

    Budur ana təbiətin oyanış fəsli olan baharın – folklorçuların əzbərində, aşıqların sazının tellərində, xanəndə və müğənnilərin avazında vəsf olunan, neçə-neçə qədim ənənələriylə cavanların əhvalına şuxluq qatan nazlı baharın mübarək qədəmlərinin sədaları duyulmaqdadır. Gəlişiylə təbiətə gözəllik, ürəklərə hərarət, zəhmətkeş insanlara həvəs gətirən baharın, zaman-zaman yaradıcı aşıq və şairlər tərəfindən şəninə sayagəlməz qədər biri-birindən gözəl şeirlər söylənən, nəğmələr oxunan baharın sədalarıdır bu sədalar.
    İlıq nəfəsiylə təbiəti canlandıran yazın tərənnümündə Göyçə ədəbi mühitində yetişmiş ustad sənətkarların da zövqləri oxşayan inci düzümləri az olmamışdır. Onlardan biri də qüdrətinə, istedadına, nüfuzuna, şöhrətinə “savadsızlığına” xeyli “savadlıların” həsəd apardığı Dədə Ələsgərdir. Onun yaradıcılığı kamil ustad və müdrik ağsaqqal olmasından xəbər verir.
    Ancaq biz onun şeirlərində baharı vəsf edən bəzi məqamları bu baharın gəlişinə töhvə olaraq istəkli oxucuların diqqətinə təqdim edirik:
    Bahar fəsli, yaz ayları gələndə,
    Süsənli, sünbüllü, lalalı dağlar,
    deməklə, əsasən baharın zinətlərindən zövq alan aşıq qoynunda boya-başa çatdığı dağların, gəzdiyi yaylaqların tərənnümündən doymazmış.
    Ələsgər köynəkdən çıxarsın sazı,
    Yenə cuşa gəlsin eşqi, avazı.
    Tərifləsin allı-yaşıllı yazı,
    Unutma bu böyük kamalı, yaylaq, Daha ətraflı »

  • 12Mar
    Digər Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır üçün şərhlər bağlıdır

    10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən dövlət başçısı bildirmişdir ki, qanunvericilik hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və sağlam siyasi münasibətlərin bərqərar olunması üçün sistemli islahatlar aparılmalıdır. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

    Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir.

    Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.

    Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

    Diqqətə çatdırılıb ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq.

    Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır.

    Bildirilib ki, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Daha ətraflı »

  • 08Mar
    Digər Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ edilməsi dövlət siyasətinin tərkib hissəsidir üçün şərhlər bağlıdır

    Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.

    Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Daha ətraflı »

  • 06Mar
    Digər Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır üçün şərhlər bağlıdır

    Cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları olub. Prezident İlham Əliyev iclaslarda çıxış edib.

    Dövlət baçısı bildirib ki, Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var.

    Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.

    Bildirilib ki, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.

    Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur.

    Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.

    Diqqətə çatdırılıb ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. Daha ətraflı »

  • 06Mar
    Digər Neft inkişafa çevrildi, sərvətin ədalətli paylanması təmin edildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.

    Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.

    Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.

    Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

    Prezident İlham Əliyev bildirib ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

    Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Daha ətraflı »

  • 04Mar
    Digər Yeni Azərbaycan Partiyası günü-gündən güclənir və xalqın rəğbətini qazanır üçün şərhlər bağlıdır

    YAP-ın VII qurultayında partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.

    Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir.

    Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

    Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Daha ətraflı »