Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Mar
    Digər ELİMİZƏ-OBAMIZA BAHAR GƏLDİ! üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR NOVRUZ BAYRAMINI SEVİNCLƏ QEYD EDİBLƏR

    Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz Tərtər rayonunda böyük sevinc və coşqu ilə qeyd olunub.
    Mərkəzi Meydan bəzədilib, meydanda Novruzun simvolu olan səməni qurulub.
    Təşkil olunan bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra rayon rəhbəri Dədə Qorqudla bayram tonqalını alovlandırıb.
    Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib.
    Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər. Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Qadın İcma Resur Mərkəzinin üzvlərinin hazırladığı əl işlərindən ibarət satış-sərgi nümayiş olunub. Bayram şənliyi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan milli bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir.
    Artıq 4 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə–Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.
    Şəhidlərin, qazilərin, müharibə veteranlarının–Azərbaycanımızın döyüşən igid oğul və qızla-rının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları ziyarət edə bildilər. Doğma Qarabağımıza–Şuşaya, Xankəndinə, Xocalıya, Ağdama, Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara gedə bildilər. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu. Daha ətraflı »

  • 28Mar
    Xəbərlər Rayon rəhbəri şəhid atası Habil Məhərrəmovu 60 illik yubileyi münasibəti ilə təbrik edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Evoğlu kəndində Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Habil oğlunun atası Məhərrəmov Habil Nəsib oğlunu 60 illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid atasını təbrik edən rayon rəhbəri ona uzun ömür, cansağlığı arzulayıb, ailənin qayğıları ilə maraqlanıb.
    İcra başçısı şəhidin valideynlərinə vətən üçün Fuad kimi oğul böyütdükləri üçün təşəkkür edib, torpaqlarımızın Fuad kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.
    Qeyd edək ki, Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
    Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 12-də Ağdərə istiqamətində “Tülkü dərəsi” adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub. Daha ətraflı »

  • 28Mar
    Xəbərlər Bayram sovqatları paylanılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə Vətən Müharibəsində və antiterror əməliyyatlarında şəhid olan 50 nəfər hərbi qulluqçunun ailəsinə ərzaq yardımı edilib.
    Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və İƏD üzrə nümayəndələr iştirak ediblər.
    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

     

  • 28Mar
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    AĞACƏKMƏ AKSİYALARI KEÇİRİLİB

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində ayrılmış 1 hektar ərazidə ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qarabağ Regional Turizm İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, şəhid ailələri, veteranlar, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ et-mək ənənələrini davam etdirmək, Daha ətraflı »

  • 28Mar
    Milli-mənəvi dəyərlər TARİXİMİZDƏN üçün şərhlər bağlıdır

    Talış kəndi

    Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan(Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
    Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin (Talış məlikliyinin) mərkəzi olub. Tarixdən bildiyimiz 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsi toponomik cəhətdən sözügedən məlikliyin adından götürülmüşdür.
    Gülüstan məlikliyi (Talış məlikliyi) – mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiyaya ilhaq olunub. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi (Talış məlikliyi) olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abbassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur. Müsəlman türkləri arasında “Qara Yüzbaşı”, xristian türkləri, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
    1822-ci ildən sonra kəndin adı Talış kəndi adlandırılmışdır. Daha ətraflı »

  • 28Mar
    Şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəlcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dua oxunub.
    Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə danışıb, xatirələrini bölüşüblər. Bildiriblər ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.
    1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər Özünümüdafiə Batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaşa evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin. Daha ətraflı »

  • 28Mar
    Digər Şəhid və qazi ailələri ziyarət olunub üçün şərhlər bağlıdır

    Milli Məclisin deputatı Sahib Alıyev Novruz bayramında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cavid Hüseynovun, Emin Abbaszadənin, Elnur İbrahimovun, Ruslan Lalayevin və Rəşad Vəlizadənin ailələrini ziyarət ediblər.
    * * *
    Milli Məclisin deputatı Sahib Alıyev İlaxır çərşənbə günü Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə rayonun Seydimli, Xoruzlu, Səhləbad, Qaynaq və Hacıqərvənd kəndlərində şəhid ocaqlarını ziyarət edib, birinci Qarabağ savaşında sağlıqlarını itirmiş qazilərlə görüşüb, çərşənbə tonqalını Hacıqərvənd kəndində birinci Qarabağ savaşı əlili Vidadi Hüseynovun həyətində qalayıblar.

  • 28Mar
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

    Kümçülükdə məsuliyyətli dövr başlayır

    Son illər rayonumuzda kümçülüyün inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər keçirilir. İlk növbədə bu xeyli sahənin yem bazası möhkəmləndirilir, yol kənarlarında və digər sahələrdə xaricdən gətirilən tez inkişaf edən çəkil tingləri əkilib becərilir. Nəticədə əhali arasında baramaçılığa maraq artır.
    Məlum olduğu kimi, bu sahədə uğur qazanmağın digər bir şərti kümxanaların mövsümə hazırlanmasıdır. Bu sahədə əhaliyə köməklik göstərmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qax DİS-nin direktoru Əkrəm Fətəliyev tərəfindən “Kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi” mövzusunda təlim keçirilib.
    Təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər DAİM-in əməkdaşları, İƏD üzrə nümayəndələr və kümçü fermerlər işritak ediblər.
    Əkrəm Fətəliyev kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsilə bağlı tövsiyələrini bildirib və fermerlərin suallarını cavablandırıb.

    “YENİ TƏRTƏR”

  • 28Mar
    Şəhidlər Onlar atəşkəs dövründə şəhid olublar üçün şərhlər bağlıdır

                                                                                Quliyev Elməddin Cəfər oğlu
    1987-ci il may ayının 7-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsilini Qapanlı kənd orta məktəbində alıb. Səhhətində olan problemlə əlaqədar hərbi xidmətə getməsinə müddət verilib. Bu müddətdə kənddə təsərrüfat işləri ilə məşğul olub. 2012-ci il oktyabrın 26-da Qapanlı kəndinin erməni kəndinə yaxın hissəsindən qayıdarkən erməni təcavüzü nəticəsində minaya düşərək şəhid olmuşdur. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
    Evli idi. Sadiq və Əli adlı iki oğlu var. Övladları və həyat yoldaşı Nuranə Elməddinin valideynləri ilə birgə Tərtər rayonunun Qapanlı kəndində yaşayırlar.

                                                                               Şəmilov Orxan Fərhad oğlu
    1988-ci il noyabrın 22-də Tərtər rayonunun Buruc kəndində anadan olub. Orta təhsilini Buruc kənd tam orta məktəbində alıb, həmin məktəbin 9-cu sinfini bitirib. Ata-anasına təsərrüfat işlərində kömək edib. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Füzuli rayonunda çəkib. 2008-ci il noyabr ayının 17-də postda dayanarkən –vəzifə borcunu yerinə yetirərkən ermənilərin qəfləti hücumuna məruz qalıb. Döyüşərək 2 erməni quldurunu məhv edib, özü isə neytral ərazidə şəhid olub. Meyiti 2 gündən sonra götürülüb. Buruc kənd qəbiristanlığında dəfn olunub.
    Subay idi. Atası rəhmətə gedib, anası Tərtər rayonunun Buruc kəndində yaşayır. Daha ətraflı »

  • 28Mar
    Digər Mətbuata maraq üçün şərhlər bağlıdır

    Bu günlərdə özünün 90 yaşını qeyd edəcək Tərtər rayon qəzeti bütün çoxillik tarixi dövründə həmişə məktəblilər tərəfindən çox sevilib. Onlardan hansısa qəzetdə özü haqqında dərc olunan ilk məqaləni oxuyub, kimisi ilk imzasını görüb və bu ilklər həyatlarında böyük rol oynayıb, seçimlərinə uğurlu təsir edib.
    Şəhər 1 saylı tam orta məktəbin şagirdləri Malik və Mələk Şirinzadələr qəzetimizi çox sevir və mətbuata maraq göstərirlər. Onu da qeyd edək ki, onların ulu nənəsi Fatma xanım Şirinova vaxtilə uzun illər Tərtərdə Mətbuat Yayımı İdarəsinin rəisi olub, yəni bu ailədə böyüyən övladlar həmişə evlərində qəzet və jurnal görüb və bunları seviblər.
    Üç ildir ki, bizimlə qonşu olan bu uşaqlar ilaxır çərşənbədə uğurlu qədəmlərilə kollektivimizi təbrik edirlər. Milli geyimdə əllərində bayram xonçası tutmuş uşaqların gəlişi hər birimizdə xoş ovqat yaradır. Bir də ona görə sevinirik ki, milli ənənələrimiz yaşayır və böyüyən nəsil də gələcəkdə bu ənənələri davam etdirəcək. Malik və Mələk həm də dərs əlaçısı və fəal ictimaiyyətçidirlər. Yolunuz uğurlu olsun, əziz uşaqlar!

    “YENİ TƏRTƏR”