Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

  • 22Dek
    Digər Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var üçün şərhlər bağlıdır

    Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.

    Prezident İlham Əliyev həmin gün Xankəndi stadionunda çıxış edib.

    Bildirilib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib.

    İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər.

    Prezident İlham Əliyev deyib ki, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.

    Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.

    30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi.

    Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Daha ətraflı »

  • 22Dek
    Digər Bizlərə tarixi torpaqlarımızı, qürurumuzu qaytaran dünya şöhrətli lider üçün şərhlər bağlıdır
    15 oktyabr 2023-cü il tarixdə Prezident İlham Əliyev Xankəndi şəhərindəki çıxışında deyib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”
    Bu gün dünyanın ən güclü liderlərindən biri olan Prezident İlham Əliyevin peşəkar fəaliyyətə və böyük siyasətə yolu təhsildən keçib.
    1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
    Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

    Daha ətraflı »

  • 20Dek
    Digər Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstə-qim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, şəhid ailələri, qazilər, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimai birliklərin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasi xadimin əziz xatirəsi ehtiramla yad edilib.
    Qeyd edək ki, bu il dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100, vəfatının 20-ci ildönümü qeyd olunur. 2023-cü ilin başlanğıcından etibarən istər respublika daxilində, istərsə də respublikadan xaricdə, eləcə də Tərtər rayonunda Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib, bütün Azərbaycan xalqı ilə birlikdə tərtərlilər də tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »

  • 20Dek
    Digər Ümummilli Lider ölkəmizi parçalanmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxardı üçün şərhlər bağlıdır

    Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
    Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlərlə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, məhv olmaq təhlükəsinə gətirib çıxardı. Azərbaycan vətəndaş mü-haribəsi təhlükəsi ilə qarşı-qarşıya idi. O zamankı iqtidarın diplomatik səriştəsizliyi ölkədə baş verən hadisələrin qarşısını almaqda aciz idi. Daha ətraflı »

  • 20Dek
    Digər Ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr–Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak ediblər.
    Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ət-raf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    Aksiya çərçivəsində 200 ədəd eldar şamı, 2000-dən çox müxtəlif növ meyvə ağacları əkilib.

     

  • 20Dek
    Şəhidlər Heç kim unudulmur, heç nə yaddan çıxmır üçün şərhlər bağlıdır

    Şəhid ailələrinin ziyarəti davam edir

    İllər ötsə də, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş oğullar unudulmur. Onlardan biri də I Qarabağ müharibəsi şəhidi Seymur Mobil oğlu Muradovdur.
    Muradov Seymur Mobil oğlu 1970-ci il avqust ayının 28-də Tərtər rayonunun Xoruzlu kənd inzibati ərazi vahidinin Bayandurlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta məktəbində aldıqdan sonra 1988-1990-cı illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra “Oktyabr” kolxozunda kolxozçu işləyib. Qarabağ uğrunda müharibə başladıqdan sonra rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi “N” saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1993-cü il dekabr ayının 29-da Ağdərə rayonunun Dəstəgül kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Şəhidin anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bayandurlu kəndində onun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıb. Görüş zamanı qeyd olunub ki, Seymur Muradovun və onun silahdaşlarının başa çatdıra bilmədikləri işi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu başa çatdırdı. Daha ətraflı »

  • 20Dek
    Digər “Heydər Əliyev ili”– 2023 üçün şərhlər bağlıdır

    “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib

    Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.
    Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Daha ətraflı »

  • 20Dek
    Kənd Təsərufatı Pambıqçılıq üçün şərhlər bağlıdır

    Təbiət çətinliklər yaratsa da…

    Ötən ilə nisbətən bu il Tərtər rayonunda pambıq yığımı xeyli gecikib. Bunun bir sıra obyektiv səbəbləri var. Onların arasında ilk sırada cari mövsüm hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçdiyini göstərmək olar. Yaz aylarında havaların quraq, küləkli keçməsi, ardınca isə dolu düşməsi nəticəsində fermerlər təkrar çiyid səpdilər. Kiçik rəqəm deyildi–ümumilikdə rayon üzrə 269 hektar sahə tamamilə yararsız hala düşmüşdü. Amma digər səbəblər də vardı. Bu, suvarmadakı bir sıra çətinliklərlə bağlı olmuşdu Çiyid səpinindən sonra çətin günlər avqustda – bartoplama aylığında yaşanıb. Həmin vaxt havanın temperaturunun həmişəkindən xeyli yüksək olması bar orqanlarına mənfi təsir göstərdi. Sentyabrda isə mütəmadi yağan yağışlar defolyasiya prosesini gecik-dirdi.
    Beləliklə, cari il rayon üzrə çiyid səpilmiş 2511 hektar pambıq sahəsinin cəmi 2242 hektarında məhsul yetişdi.
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Arif Behbudov deyir ki, indiyədək MKT “İstehsal Kommersiya“ MMC üzrə 3230.447, “Azərpambıq” MMC üzrə 2708.9 ton məhsul toplanıb. Cəmi rayon üzrə 5939.364 ton pambıq təhvil verilib. Hələlik hər hektarın orta məhsuldarlığı ötən ildəkindən az – 26 sentnerdir. Ötən mövsümdə bu rəqəm 32 sentner olmuşdur. Hazırda məhsul yığımı davam edir. Tərtərli fermerlər məhsulu sonadək toplamaq əzmindədirlər. Daha ətraflı »

  • 20Dek
    Kənd Təsərufatı Torpağa ilboyu qayğı göstərilməlidir üçün şərhlər bağlıdır

    Daha bir il başa çatır. Adətən ilin sonunda hər kəs görülən işləri nəzərdən keçirir, gələcək vəzifəlri planlaşdırır.
    Qeyd etmək istəyirəm ki, çətinliklərə baxmayaraq, ötən mövsüm mənim üçün uğurlu oldu. 4 hektar sahədə pambıq becərmişdim. MKT “İstehsal Kommersiya” MMC ilə müqavilə bağlamışdım. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirərək, bol məhsul yetişdirilməsinə nail oldum. Hər hektarın məhsuldarlığı 45.5 sentner oldu.
    Yaxşı deyiblər ki, əkinçinin istirahəti olmur. Torpağa ilboyu qayğı göstərməlisən ki, o da sənə borclu qalmasın. İndi növbəti ilin məhsulu barədə düşünürük.
    Yenə də bu qiymətli məhsulu əkməyi planlaşdırmışam. Pambığın satışından əldə olunan gəlir və dövlətin verdiyi subsidiya ailə büdcəmizi möhkəmləndirir.

    Müşfiq Axundov,
    Qazyan kəndi