Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonumuzun bir qrup təhsil işçisi fəxri adlarla və döş nişanları ilə mükafatlandırılıb. Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevda Vəliyevanın da adı mükafatlandırılanlar arasındadır. Bununla əlaqədar məktəbdə müəllimlə görüşdüm. Əvvəlcə qısa tərcümeyi-halını soruşdum. Öyrəndim ki, 1963-cü il mayın 17-də Tərtər şəhərində doğulub. 1969-cu ildə rayonun ən qabaqcıl ümumtəhsil məktəblərindən olan, həm də özündən böyük qardaş və bacılarının təhsil aldığı 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 1979-cu ildə orta məktəbi bitirib. Elə həmin il ali məktəbə qəbul olub. 1983-cü ildə keç-miş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib və təhsil aldığı orta məktəbdə riyaziyyat müəllimi olaraq fəaliyyətə başlayıb.
Sevda müəllim söhbət zamanı bildirdi ki, pedaqoji fəaliyyətə başladığı gündən 41 ildən artıq vaxt ötüb. Bu illər müəllimin ömrünə öz naxışlarını çəkib. Hər şeydən əvvəl peşəsini və şagirdlərini sevərək çalışıb. Bu sevgini onda orta məktəbdə dərs demiş müəllimləri yaradıb. Sabir Paşayevin, Mikayıl Səfərovun yetişdirdiyi yüzlərlə müəllimlərdən biri də Sevda müəllimdir. Bu anda vaxtı ilə söylənmiş bir atalar sözü yadıma düşdü: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Bu fikirləri Sevda müəllim haqqında da söyləmək yerinə düşər. Bu gün onun yetirmələri ölkəmizin hər yerində fəaliyyət göstərir, təhsil ocaqlarında çalışaraq təhsilimizin inkişafına nail olurlar. Yaddaşında olan bir neçə yetirməsinin adını iftixarla çəkdi. Daha ətraflı »
-
28OktTəhsil “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb üçün şərhlər bağlıdır
-
28OktDigər Bizə yazırlar üçün şərhlər bağlıdır
Milli dəyərlərimiz yaşayır
Bu günlərdə profilaktiki müayinədən keçmək üçün rayon mərkəzi xəstəxanasına getmişdim. Qəbul şöbəsində xeyli adam vardı. Onların arasında kiçikyaşlı nəvəsilə gələn qoca diqqətimi cəlb etdi. Hiss olunurdu ki, ayaq üstə güclə dayanıb.
Birdən xəstəxananın dəhlizindən cavan bir oğlan qocaya yaxınlaşdı. Mehribancasına qoluna girib ondan şəxsiyyət vəsiqəsini aldı və içəri apardı. Sonra mən onu həkimin otağının qarşısında gördüm. Həmin cavan oğlan içəridən stul götürüb onu əyləşdirmiş və demişdir ki, həkimin yanındakı xəstə çıxan kimi səni qəbul edəcək.
– Nəvəndir? – deyə gənci göstərib qocadan soruşdum.
O isə təəccüb hissi ilə çiyinlərini çəkərək cavab verdi:
– Yox, mən onu heç tanımı-ram. Birinci dəfə görürəm.
Sonradan öyrəndim ki, yaşlı insana bu cür qayğı ilə yanaşan xəstəxananın işçisi Orxan Tanrıverdidir. Onu da söylədilər ki, kim olduğundan asılı olmayaraq, burada hər bir qocaya diqqət göstərilir. Deməli, xalqımızın milli dəyərləri yaşayır.Rauf Həsənzadə
-
27OktDigər Azərbaycan tarixinə Qələbə səhifəsi yazmış Prezident İlham Əliyevə tərtərlilərin etibarı və ehtiramı sonsuzdur üçün şərhlər bağlıdır
BU QƏLƏBƏ TARİXİMİZDƏ ƏBƏDİ QALACAQ
Prezident İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı deyib ki, 15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
Prezident İlham Əliyev bildirib ki, ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.
Güclü iqtisadiyyat yarandı. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Daha ətraflı » -
27OktDigər İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
Dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istirahət parkında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Həmçinin məlumat verildi ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək. Daha ətraflı » -
27OktDigər İlham Əliyev Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidentinə görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Suqovuşan su anbarı və ma-gistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.
Dövlətimizin başçısı su anbarında görülən işlərə dair videoçarxa baxdı.
Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.
Prezident İlham Əliyev Suqovuşan su anbarını işə saldı.
Qeyd edildi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.
Bildirilib ki, su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib. -
27OktXəbərlər İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Sonra dövlətimizin başçısı əraziyə baxdı.
Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib. -
27OktDigər İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxdı.
Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.
Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib. -
27OktDigər 18 oktyabr Azərbaycan Respublikası Müstəqilliyinin Bərpası Günü idi üçün şərhlər bağlıdır
Oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olub.
Bu il Azərbaycan xalqı şanlı ildönümünü xüsusilə böyük ruh yüksəkliyi ilə qeyd edib. Sentyabrın 19-da keçirilən lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tamamilə bərpa olundu.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, əbədi olmasında bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin titanik zəhməti var. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası isə Ümummili Liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhtəşəm nailiyyətidir.
Suveren, müstəqil Azərbaycan Prezident İlham Əli-yevin rəhbərliyi ilə gündən-günə güclənir və inkişaf edir.“Yeni Tərtər”
-
27OktXəbərlər Oktyabrın 20-si Energetiklər Günüdür üçün şərhlər bağlıdır
Bu iş əsl fədakarlıq tələb edir
XIX əsrin 80-cı illərində Avropanın əksər ölkələrində elektrik enerjisi olmadığı halda, Azərbaycanda elektrik enerjisinin mövcudluğu bütün dövrlərdə xalqımızın bu sahəyə böyük maraq göstərməsinin bariz nümunəsidir. Sovet hakimiyyəti illərində də, xüsusilə 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra, elektrik enerjisi sisteminin inkişafında böyük nailiyyətlər əldə edildi.
20 il əvvəl Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə elektroenergetikanın islahatı, inkişafı və tərəqqisi daha da sürətləndi. Məhz cənab Prezidentin bu sahəyə diqqət və qayğısı sayəsində Azərbaycan dünya enerji sənayesində həlledici rolu olan bir ölkəyə çevrildi.
Bütün bu nailiyyətlərin əldə olunmasında “Azərişıq” ASC-nin və onun tabeliyində olan Tərtər Elektrik Şəbəkəsinin xüsusi payı vardır. Belə ki, əvvəlki illərdə də yaxşı göstəriciləri ilə öndə olan şəbəkənin kollektivi 44 günlük Vətən müharibəsində gecə-gündüz dayanmadan əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün əsl fədakarlıq göstərmişdir. Müharibə zamanı mənfur düşmənin atdığı mərmilər nəticəsində Talış və Suqovuşan qəsəbələrində darmadağın edilmiş hava xətlərinin və yarımstansiyaların, transformatorların bərpası sahəsində bütün qüvvə və bacarıqlarını sərf edən şəbəkənin işçiləri həmin ərazilərin də fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə nail olmuşlar. Daha ətraflı » -
27OktDigər Şəhid valideynləri ziyarət olunub üçün şərhlər bağlıdır
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər bir çıxışında dönə-dönə xatırladır ki, Qələbənin əldə olunmasında dövlətimizin apardığı siyasət, Ordumuzun təchizatı ilə yanaşı, hər bir əsgər və zabitin xidmətləri misilsizdir. Məhz onlar irəlidə olurdular, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidləri Elnur Hüseynovun, Mirsədi Bağırlının və Elməddin Əliyevin ailələrini ziyarət edərkən bu barədə danışıb.
O, şəhid valideynlərini – Kəbirli kəndində yaşayan Əhliman Hüseynovu, Bərdə rayonunun Hacılı kəndində yaşayan Mircəfər Bağırovu və Yuxarı Qapanlı kəndinin sakini Səadət Əliyevanı yubileyləri münasibətilə təbrik edib, onlara rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və gül dəstələri təqdim edib. Görüş zamanı tarix yazan oğulların şərəfli həyat yolunun səhifələri vərəqlənib. Daha ətraflı »
Yeni ismarıclar