Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Okt

     

     

     

     

     

     

    Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər bir çıxışında dönə-dönə xatırladır ki, Qələbənin əldə olunmasında dövlətimizin apardığı siyasət, Ordumuzun təchizatı ilə yanaşı, hər bir əsgər və zabitin xidmətləri misilsizdir. Məhz onlar irəlidə olurdular, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidləri Elnur Hüseynovun, Mirsədi Bağırlının və Elməddin Əliyevin ailələrini ziyarət edərkən bu barədə danışıb.
    O, şəhid valideynlərini – Kəbirli kəndində yaşayan Əhliman Hüseynovu, Bərdə rayonunun Hacılı kəndində yaşayan Mircəfər Bağırovu və Yuxarı Qapanlı kəndinin sakini Səadət Əliyevanı yubileyləri münasibətilə təbrik edib, onlara rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və gül dəstələri təqdim edib. Görüş zamanı tarix yazan oğulların şərəfli həyat yolunun səhifələri vərəqlənib.
    Bildirilib ki, bu gün bütün şəhidlərimizin ruhları şaddır. Uğrunda canlarından keçdikləri Vətən torpaqları indi tamamilə azaddır, o yerlərə artıq düşmən ayaqları dəymir.
    Şəhid valideynləri Qarabağın separatçılardan tamamilə təmizlənməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, ona uzun ömür, cansağlığı arzulayıblar.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 13:47

İsmarıclar bağlıdır.