Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan
    Kənd Təsərufatı Baramaçılığın yem bazası möhkəmləndirilir üçün şərhlər bağlıdır

    Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Tərtərlilərin bu sahədə zəngin təcrübəsi var. Belə ki, sovet dönəmində kəndlərimizin hamısında ipəkqurdu saxlanılır, yüksək nəticələr qazanılırdı.
    Lakin müstəqilliyimizin ilk illərində bu sahə tədricən unudulmağa başladı. Səbəb isə Birinci Qarabağ müharibəsi dövründə infrastrukturun dağıdılması, qazın, elektrik enerjisinin ol-maması səbəbindən çəkil ağaclarının doğranıb yandırılması olmuşdu.
    Baramaçılığı inkişaf etdirmək üçün ilk növbədə yenidən onun yem bazasını yaratmaq lazım idi.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə Tərtər rayonunda yeni tut bağlarının salınması işlərinə başlanılmışdı və hal-hazırda bu işlər davam etdirilir.
    Bölgü əsasında fermer təsərrüfatlarına, barama istehsalçılarına əvəzsiz olaraq tut tingləri paylanılır. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edir. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.
    Rayondakı mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını ildən-ilə artırmağa imkan verir. Daha ətraflı »

  • 10Yan
    Şəhidlər ƏFSANƏVİ TABORUN ŞƏHADƏTƏ YÜKSƏLƏN SON ŞƏHİDİ üçün şərhlər bağlıdır

    Qədim oğuz türklərinin yaşadığı Qarabağımızın hər qarış torpağı və onun hər daşı bir tarixdir. Güllələrin izi, şəhidlərimizin qanı ilə yazılan bu tarix, həm də oğuz türklərinin tarix salnaməsidir. Bu salnamədə Zəfər tarixi yaşayan və yaşadan əfsanəvi taborun son şə-hidini tanıtmaq istəyirəm.
    Qurbanov Yusif Arif oğlu 12 noyabr 1998-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuşdur. O, bu kənddə orta məktəbi bitirdikdən sonra 2017-ci ilin yanvar ayında hərbi xidmətə çağırılır. Yusif xidmətinin on ikinci ayında könüllü olaraq xüsusi təyinatlı qüvvələrdə hərbi xidmətini davam etdirmiş və bu qoşun növündə kiçik gizir vəzifəsinə layiq görülmüşdü. Vətən müharibəsi başlananda o da torpaqlarımızı azad etmək üçün döyüşlərə qatıldı. İlk dəfə Cəbrayıl uğrunda gedən döyüşlərdə ayağından saysız qəlpə yaraları almasına baxmayaraq qısa müddətdə yenidən döyüşlərə atıldı. Cəbrayıldan Şuşaya kimi döyüş yolu keçən Yusif Qurbanov dörd dəfə yaralanır. Lakin o, sağalar-sağalmaz yenidən döyüş yoldaşlarının yanına qayıdır. Göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamları ilə 3 -cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Şücaətə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
    2022-ci ilin sentyabrında düşmənin genişmiqyaslı təxribatları nəticəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə yenidən iştirak edir. Çətin maneələri keçən bacarıqlı kəşfiyyatçı düşmənə ağır zərbələr vurur. Sentyabrın 12-də isə gecə saatlarında minaya düşərək yaralanır və sağ ayağını itirir. O, Kəlbəcər Hərbi Hospitalında ilkin yardım aldıqdan sonra Bakıya aparılır və Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilir. Beş gün komada qalan Yusif Qurbanov həkimlərin səyinə baxmayaraq sentyabrın 17-də şəhadətə yüksəlir. 18.09.2022-ci ildə Goranboy rayonunun Şəfəq kəndində dəfn edilir. O, gəncliyinin çağlayan anlarını yaşaya bilmir. 24 yaşlı şəhidimiz nişanlı idi. Tərtərdən nişanlandığı Məlahət Ağayevayla ailə həyatı quracaqdı. Ancaq bu iki gəncin arzuları nakam qaldı. Daha ətraflı »

  • 10Yan
    Şəhidlər Mülki şəhidimiz üçün şərhlər bağlıdır

    Bu vəhşilik unudulmayacaq

    Əsədov Sabit Usub oğlu 1981-ci ilin iyul ayının 27-də keçmiş Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    Uzun illər qaçqın-köçkün həyatı yaşayıblar. Son illərdə isə Şıxarxda tikilmiş yeni qəsəbədə ailəsinə 3 otaqlı mənzil veriblər. Şəraitləri, dolanışıqları yaxşılaşsa da, ürəyindəki yurd nisgili zərrə qədər azalmamışdı.
    Qardaşı İsgəndər Əsədovun dediklərindən: “Müharibənin 3-cü günü idi. Mən işdəydim. Ermənilər yaşayış məntəqələrimizi güclü atəşə tuturdular. Qardaşımdan çox nigaran idim. Bilirdim ki, qəsəbədən heç yerə getmir.
    Mən də qəsəbəyə yollandım. Sabitlə görüşüb, ehtiyatlı olmağı xahiş etdim. Dedim, özünü qoru, üç övladın var”.
    Lakin Sabit evindən uzaqlaşmaq istəməyib. Qardaşı İsgəndər günün ikinci yarısında yenidən qəsəbəyə gələndə, qazanxananın yanına mərmi düşdüyünü görüb. Qəlpələr ətrafa yayılıb, bir neçə nəfəri yaralamışdı. Onlardan biri də Sabit idi.
    Sabiti Bərdə mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək müm-kün olmayıb. O, sentyabrın 29-da Bərdə rayonunun Cə-yirli kəndində dəfn olunub.
    Sabit Əsədovun həyat yoldaşı Səadət xanım bu gün 3 övladını atasız böyüdür. Tacirin, Fidanın, Nurcanın atalı, xoşbəxt günlərini erməni cəlladları əllərindən alıblar. Təkcə bu ailə deyil, bütün xalqımız günahsız insanların qanını tökən erməni cəlladlarının vəhşiliyini heç zaman unutmayacaq.
    Sadə, zəhmətkeş insan olan Sabit Əsədovun xatirəsi qəlblərdə yaşayacaq.

    Svetlana Bağırovanın
    “Tərtərin tarix yazan oğulları” kitabından

     

  • 10Yan
    İdman ONLAR RAYONUMUZUN FƏXRİDİRLƏR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Məhəmmədəli Məmmədli və Gülay Mirzəliyeva şəhər 1 saylı tam orta məktəbin IXa sinfinin şagirdləridir. Hər ikisi idmanın boks növü ilə məşğul olur. Məşqçi müəllimləri respublikamızın Əməkdar məşqçisi Faiq Məmmədovdur. Bu yaxınlarda Məhəmmədəli və Gülay Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə ölkə çempionatından qələbə ilə rayonumuza dönüblər. Məhəmmədəli birinci yerin, Gülay isə üçüncü yerin qalibi olub, medal və diplomlara layiq görülüblər.
    Hər iki idmançını redaksiyamıza dəvət edib, uğurları haqqında danışmalarını xahiş etdik.
    Məhəmmədəli dedi:
    –İdmanla 5 yaşımdan məşğul oluram. İlk dəfə idman zalına gəldiyim günü heç vaxt unutmaram. Burada hər şey mənim üçün çox cəlbedici idi. Xüsusən də elə birinci məşqlərdən Faiq müəllimi sevdim, onun bütün tövsiyələrinə əməl etməyə çalışdım. Mən deyərdim ki, uğurlarımın başlanğıcında onun gərgin zəhməti dayanır. Hər dəfə böyük yarışlarda qələbə qazananda özümü ona borclu bilirəm. Artıq ikinci dəfə respublika yarışında birincilik əldə etmişəm.
    Gülay da sinif yoldaşının sözlərini təsdiqləyir:
    – Mən cəmi 8 aydır ki, idmanla məşğul oluram. Az müddətdə Faiq müəllim mənə boksu sevdirə bilib və artıq nəinki bölgə yarışlarında, respublika birinciliyində də medala layiq görülmüşəm. Arzum məşqlərimi davam etdirmək və gələcəkdə İdman Akademiyasına daxil olmaqdır. Daha ətraflı »

  • 10Yan
    Xəbərlər Şəhərimizdə növbəti iməcilik keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən şəhərin Şıxəli Qurbanov, Elman Hüseynov küçələrində və Sabir parkında keçirilən növbəti iməcilikdə səkilər təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb, ağacların dibləri bellənib, əlavə yaşıllıq zolağı salınacaq yerlərə torpaq qatı verilərək hamarlanıb. Ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.
    Şəhərimizin təmizliyi, səliqə-səhmanı haqqında danışarkən bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, bəzi sakinlər düşünürlər ki, küçələrimizin gözəlliyini qoruyub saxlamaq yalnız kommunal təsərrüfatı işçilərinin vəzifəsidir. Belələri zibili hara gəldi tökür, plastik qabları, siqaret kötüklərini küçələrə tullayır, bir sözlə, səliqə yaratmaq əvəzinə, minbir əziyyətlə başa gələn gözəlliyə xələl gətirirlər. Onlar unudurlar ki, uzun illər boyu düşmənlə üz-üzə dayanan, qəhrəman övladları ilə seçilən şəhərimizi birlikdə qoruduğumuz kimi, onun daim yaraşıqlı, təmiz olması üçün də birgə çalışmalıyıq. Belə olan halda Tərtərə gələn qo-naqların yanında da üzümüz ağ olar.

    “Yeni Tərtər”

     

  • 10Yan
    Digər İmmuniteti möhkəmləndirməyin 5 sirri üçün şərhlər bağlıdır

    Fəsil dəyişkənlikləri hər zaman özüylə bərabər müxtəlif yeniliklər gətirir. Bu yeniliklər bəzən gözəl hisslərdən ibarət olur, bəzən isə orqanizmimiz üçün gözlənilməz olur. Xoş yeniliklərə hər zaman açığıq, lakin xəstəliklər üçün öncədən immun sistemimizi gücləndirmək vacibdir. İmmun sistemi orqanizmin xəstəliklərə qarşı əsas müdafiə qalxanıdır. Aşağıdakı tövsiyələrə riayət edərək daha güclü immunitetə sahib olmaq heç də çətin deyil.

    Qəbul et, vitamin önəmlidir!

    Bəzən gündəlik qida qəbulumuza və həyat tərzimizə çox da önəm vermirik. Bu isə öz-özlüyündə yaşam standartlarımıza mənfi təsir göstərir. Bunun üçün mütəmadi olaraq vitamin qəbul etmək, vitamin qəbul edəcəyimiz qidalara üstünlük vermək və həyat tərzimizi buna uyğunlaşdırmaq vacibdir. Son günlərin araşdırmaları onu göstərir ki, D vitamini qəbulu ən güclü xəstəliklərə qarşı belə bu dəqiqəyə olan ən yaxşı müdafiə vasitəsidir. Təbii ki, C vitamini də orqanizm üçün vacibdir. Sadəcə bu vitaminləri mümkün qədər təbii qidalardan, günəşdən və düzgün həyat tərzindən toplamağa çalış və sağlam qal!

    Yuxun şirin olsun

    Səhərə kimi seriala baxdıqdan sonra səhər yeməyini günorta saat 2-də edirsənsə, orqanizmindən sənə heç də xoş olmayan xəbərlər gətirmişik. Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Əmin ol ki, beyin və bütün digər orqanlar da dincəlmək istəyir və bunun üçün heç də təyyarə bileti alıb onları səyahətə göndərmək lazım deyil, yuxu kifayətdir. Bunu orqanizminə və özünə çox görmə. Nəzərə al ki, yuxu rejiminin pozulması özü ilə birlikdə sənə silsilə problemlər yaşadacaq. Daha ətraflı »

  • 09Yan
    Digər TƏRTƏRƏ QAR YAĞDI üçün şərhlər bağlıdır