10Okt
3 oktyabr 2020-ci il tarixi Mirzəli Rəşad Hafiz oğlunun şəhadətə qovuşduğu gündür. Şəhidin ikinci ildönümü münasibəti ilə rayon rəhbəri onun ailəsində olub, başsağlığı verib və qayğıları ilə maraqlanıb.
Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən sonra 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizm kollecinə daxil olsa da, gizirlik kursunu keçib, təyinatını “N” saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Rəşad Mirzəlinin doğulduğu kənddə onun adına bulaq inşa edilib, oxuduğu məktəbdə adına guşə düzəldilib.
Rəşadın əziz xatirəsi onun sevənlərin ürəyində həmişə yaşayır.
10Okt
10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsi də rayon rəhbəri tərəfindən ziyarət olunub. Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qara-dağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artilleriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
Şəhidin adının əbədiləşdirilməsi üçün şəhərdə küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib. Şəhidin özündən sonra 3 övladı yadigar qalıb.
“Şəhidlər ölməz, Vətən bölünməz!” Aslan kimi oğulları olan Vətən basılmaz!
10Okt
“Rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacaq. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu. Vətən uğrunda canından keçən həmyerlilərimiz-dən biri də 1997-ci il təvəllüdlü Hüseynov Anar Rəhim oğludur”.
Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Anar Hüseynov haqqında danışarkən deyib.
Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Sen-tyabrın 30-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “ Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunub.
10Okt
30 sentyabr 2020-ci il tarixdə daha bir həmyerlimiz şəhidlik zirvəsinə ucaldı. Babazadə Mirşəmsi Elşad oğlunun Vətən uğrunda şəhid olmasının ikinci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
“Şəhid qanı axmayan yerdən Vətən olmaz”- deyiblər. Allah torpağı qanları ilə Vətənə çevirən oğullara rəhmət etsin!
10Okt
Tarix yazan şəhidlərdən biri də Tərtərin igid oğlu Məmmədov Elman Bəhmən oğludur.
Oktyabrın 3-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Borsunlu kəndindən olan 1991-ci il təvəllüdlü şəhid Elman Məmmədovun şəhadətinin ikinci ildönümü ilə bağlı onun ailəsində olub. Tərtər Cümə Məscidinin imamı tərəfindən şəhidlərin ruhuna dua oxunub, xatirələri yad olunub.
Elman Məmmədov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli istiqamətində vuruşub və 2020-ci il oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
10Okt
İşğaldan azad edilmiş Vətən torpaqlarına həyat yenidən qayıdır
Cəmi 2 il əvvəl biz torpaqlarımızın işğal tarixlərini qeyd edirdik. Ürək ağrısı və eyni zamanda bir ümid hissi ilə ki, bu işğala mütləq son qoyulacaq. Nəhayət, Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordu-su ümidlərimizi gerçəkliyə çevirdi, xalqın 30 illik həsrətinə son qoydu.
Cəbrayıl sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib:“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi”.
Dövlətimizin başçısı həmçinin bildirib ki, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər.
Erməni vandalları Cəbrayıl şəhərində daşı-daş üstündə qoymamışdılar. Cəmi iki bina salamat qalmışdı ki, orada da onların hərbi hissəsi yerləşirdi. Daha ətraflı »
10Okt
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Kon-sulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər. Səfərin məqsədi rayonun Dəmirçilər, Cəmilli, Seydimli, Qazyan və Evoğlu kənd tam orta məktəblərində Türk Kızılay Cəmiyyəti tərəfindən uşaqlar üçün tikilən oyun meydançalarının açılışında iştirak etmək olub. Tədbirə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, KİV nümayəndələri, şəhid və qazi ailələri, Evoğlu kənd tam orta məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Sonra rayonun Evoğlu kənd tam orta məktəbində inşa edilmiş oyun meydançasının açılışı olub. Tədbirdə çıxış edən Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türkiyə-Azərbaycan dostluğundan danışıb, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbayca-nın Ümummilli Lideri Heydər Əliyevin “İki dövlət, tək millət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın qədəri qədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin olduğunu bildirib. Daha ətraflı »
10Okt
Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən təsis olunub. Dövlətimiz öz istedadlarını və zəkalarını gələcək nəsillərin təlim-tərbiyəsinə həsr edən bu insanların zəhmətini yüksək qiymətləndirir.
Həyatda elə bir insan yoxdur ki, öz müəllimlərini minnətdarlıq hissi ilə xatırlamasın.
Bu barədə Ümummilli Lider Heydər Əliyev deyib: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrədir”.
Uzun illər mənfur düşmənlə üz-üzə yaşayan Tərtər rayonunun müəllimlərinin bu vəzifənin öhdəsindən şərəflə gəldiyini 44 günlük Vətən müharibəsi də bir daha sübut etdi. Məhz parta arxasında müəllimlərindən dərs almış 46 şəhidimiz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq nümunəsi göstərdi. Rayon müəllimlərindən 15 nəfəri müharibənin ilk günündən sonadək döyüş meydanında düşmənlə döyüşlərdə iştirak etdi.
30 illik atəşkəs dövründə atəş səsləri bir gün də kəsilməyən şəraitdə qəhrəman Tərtərin övladları, müəllimlərin sayəsində elmin sirlərinə həvəslə yiyələnərək, ölkəmizdəki və xaricdəki nüfuzlu universitetlərə qəbul olublar. Onlar gərəkli, müasir peşələrə yiyələnərək, müxtəlif sahələrdə xalqımıza layiqincə xidmət edirlər. Daha ətraflı »
10Okt
Müasir həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Bu gün hətta məktəbli uşaqlar da dərs hazırlayarkən internetdən istifadə edirlər. Çoxları nəğdsiz alış-verişə keçib.
Bir sözlə, keyfiyyətli müasir texnologiyalara indi hər bir evdə ehtiyac duyulur.
Azəronlayn şirkətinin sifarişi ilə Azrabitə Servis MMC cari ilin may ayından başlayaraq, şəhərimizdə köhnə kabellərin yeni fiber optik kabellərlə əvəzləşdirilməsi işini həyata keçirir. Birinci layihə çərçivəsində bu iş Tərtər şəhərində, növbəti mərhələlərdə isə rayonumuzun kəndlərində aparılacaq. Nəticədə internetin səviyyəsi yüksələcək və ən başlıcası isə, müasir texnologiyalar hər bir ailə üçün əlçatan olacaq.
Hal-hazırda küçələrdə dirəklər basdırılır, fiber optik kabellər çəkilir. Şəhərimizin özündə işlərin 80 faizi başa çatıb.
İş icraçısı İlham Hüseynov redaksiyamızda olarkən bildirdi ki, Tərtər şəhərinin müasir internet kabelləri ilə təmin edilməsi məqsədilə görülən tədbirlərin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.
Növbəti layihənin icrasına isə ilk olaraq Yuxarı Sarıcalı kəndindən başlayacaqlar.
“Yeni Tərtər”
10Okt
Haqqında sizə söhbət açmaq istədiyim Qasımova Şəhla Camal qızı ömrünün ahıl çağını yaşayan nurani bir qadındır. Çoxları onu Şəhla müəllim kimi tanıyır. Səsi-sorağı uzaqlardan gələn, sayılıb-seçilən vəzifə sahibləri olanlar onun nəzərində hələ də uşaqdırlar. Tez-tez ona baş çəkməyə gələnlər müəllimlərini nə qədər sevdiklərini, yaşın kövrəkliyi artdıqca insanın xatirələrə nə qədər bağlı olduğunu bir daha duyurlar. Biri elə məktəb direktoru işləyən Vəsilə müəllim. “Sinif müəllimimlə hər görüşəndə özümü uşaq kimi hiss edirəm”, – deyir.
Şəhla müəllim təkcə dərs dediyi uşaqlarçün sevimli sinif müəllimi deyil, övladları üçün ana, qohumları üçün xala, bibi, qonşular üçünsə hər yerdə sözünün dəyəri olan ağbirçəkdir. O, yüzdən çox yaşı olan şəhər 1 saylı orta məktəbi bitirib. Sovet dönəmində sənədlərini o zamankı pedaqoji instituta verib. İnstitutun metodika fakültəsini bitirib. 1966-cı ildə əmək fəaliyyətinə şəhər 2 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. Sənətinə məhəbbəti, məsuliyyətliliyi, içtimai işlərdə fəallığı ilə seçilib. İşinə çox həvəslə yanaşan gənc müəllimi çox keçmədən rayon komsomol komitəsinə uçot şöbə müdiri vəzifəsinə irəli çəkiblər. Dəfələrlə yaxşı işinə görə fəxri fərmanlar, təşəkkürnamələr alıb. Daha ətraflı »
Yeni ismarıclar