Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Sen
    Xəbərlər Təbrik edirik! üçün şərhlər bağlıdır

    Jurnalistikaya aparan yol

    İş yoldaşımız Ülviyyə xanımı qızı Səbinənin Naxçıvan Dövlət Universitetinə jurnalistika ixtisası üzrə daxil olması münasibəti ilə ürəkdən təbrik edirik!
    Xeyli vaxt idi ki, onun yaşadığı həyəcana biz də şərik olurduq. Nəhayət, cavablar açıqlandı və hamımız rahat nəfəs aldıq. Səbinə öz arzusuna qovuşdu, ana ürəyi isə rahatlıq tapdı. Bu sevincdən hər birimizə pay düşdü.
    Qeyd etmək istəyirəm ki, Səbinə vaxtilə Tərtərdə rayon qəzeti redaksiyası mətbəəsinin əsasını qoyan Mirməhəmməd Babayevin nəticəsidir. Babası, rəhmətlik Akif Hüseynov da iş yoldaşımız olub, mətbəənin linotipçisi idi.
    Ona görə təsadüfi deyil ki, tələbə qızımızı jurnalistikaya aparan yol elə bizim rayon qəzetindən başlayıb, ilk məqaləsi “Yeni Tərtər”in səhifələrində çap olunub.
    Səbinə atasını itirəndə V sinif şagirdiydi. Bu gün tələbə kimi onun məzarını ziyarət edib, verdiyi vədi yerinə yetirdiyini söylədi.
    Əminik ki, gələcəkdə o, gözəl bir jurnalist kimi xalqımıza xidmət edəcək.

    Svetlana Bağırova

  • 09Sen
    Ədəbiyyat Unudulmayanlar üçün şərhlər bağlıdır

    ƏZİLƏN VƏ SEVİLƏN ŞAİR

    Diqqət eylə, yaxşı tanı, gör necə bəşər mənəm,
    Ələsgərdən dərs almışam, sinəsi dəftər mənəm.

    Borsunlu Məzahir Daşqın yaradıcılığı ilə yaxından tanış olan hər bir kəs şairi bu iddiada haqlı sayır.
    Mükəmməl şeir sənətkarı olan şair rəvan təbiylə, inci tək düzdüyü misraların sığalıyla, hər mövzuya uyğun ifadə seçimiylə, hikmətli ustad tövsiyəli deyimləriylə xalqın qəlbində silinməz xatirəyə dönüb, ruhlara hopmuşdur.
    Şairin yaradıcılığı yalnız Vətən və məhəbbət şeirləriylə kifayətlənmir. Yaşadığı dövrdə baş verən hər bir hadisəni – müharibəni, kəskin repressiyaları, ədalətsiz qanunları tarixə çevirməyi özünə vətəndaşlıq borcu bilən Məzahir Daşqın şeirlərinin çoxunda gileyi, narazılığı xüsusi olaraq fələyin hökmü ilə bağlayır.
    Deyim tərzindən aydın görünür ki, taleyinə məşəqqətli illər yazılan şairin gəncliyi istedadların və vətənpərvərlərin “xalq düşməni” kimi ağır ittihamla ləkələnməsini, sonralar həyatı boyunca bu təqiblərin müxtəlif variantlarla davam etdirilməsindən yorularaq zalımların, qəddarların, repressiya cəlladlarının surətini “Fələk” obrazında göstərmişdir. Daha ətraflı »

  • 09Sen
    Səhiyyə Qaydalara əməl etmək vacibdir üçün şərhlər bağlıdır

    Dərs ilinin başlanmasına sayılı günlər qalıb. İndi şəhərimizin küçələrində, alış-veriş məkanlarında, fotoatelyelərdə xüsusi bir qələbəlik var. Tələbələr qəbul olduqları universitetlərə getməyə hazırlaşır, valideynlər məktəblilər üçün şagird geyimləri, dərs ləvazimatları alırlar.
    Belə bir vəziyyətdə covid infeksiyasının mövcudluğunu unutmaq lazım deyil. Xüsusilə gigiyenik qaydalara ciddi əməl etmək, insanların sıx toplaşdıqları yerlərdən uzaq olmaq lazımdır. Diqqətli olmalıyıq ki, yeni dərs ili hər bir ailəyə sevinc gətirsin.

    “Yeni Tərtər”

  • 08Sen
    Digər Tərtər gəncləri üçun təlim təşkil olunub üçün şərhlər bağlıdır

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər Nümayəndəliyinin təşkilatçılığı ilə filoloq Fəridə Süleymanovanın təqdimatında “Dilimiz sərvətimizdir” mövzusunda  təlim baş tutub.

    Təlim zamanı Fəridə xanım dilimizin zənginliyi, arxaik, dialekt və şivələrin dilimizdə istifadəsi , həmçinin orfoqrafik və orfoepik qaydaların pozulması haqqında gənclərə məlumat verib.

  • 08Sen
    Milli-mənəvi dəyərlər Azərbaycan incəsənətinin daha bir uğuru üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Əməkdar artisti, sevimli müğənnimiz  Gülyanaq Məmmədova Özbəkistan Respublikasının Xalq artisti adına layiq görülüb. Zəng edib birbaşa özü ilə danışıb təbrik etsəm də mətbuat vasitəsi ilə də təbrik etmək qərarına gəldim. SSRİ dağılandan sonra bu yeganə hadisədir ki, keçmiş sovet respublikaları arasında xarici ölkənin müğənnisinə xalq artisti adı verilir. Bu həqiqətən məni sevindirdi. Sevdiyim və hörmət bəslədiyim  müğənnilərdən biri də Gülyanaq Məmmədovadır. Gülyanaq xanımın o cılız canında böyük mərdlik, sədəlik, təbiilik, vətənpərvərlik var. Çox istedadlı müğənni olmaqla yanaşı, Gülyanaq xanım insan kimi, dost kimi bütün insani müsbət keyfiyyətlərə malikdir. Onun doğmalarını, əzizlərini də təbrik edirəm. Elə bilirəm bu uğur yalnız Gülyanaq xanımın uğuru deyil, Azərbaycan xalqının, dövlətinin, mədəniyyətinin uğurudur. Bu sevinc onu sevənlərin sevincidir. Daha ətraflı »

  • 06Sen
    Digər Azərbaycan  Avropanın etibarlı tərəfdaşıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur.

    Sentyabrın 2-də Möhtərəm Prezident  cənab İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin “Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.  Səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıbdır. Daha ətraflı »

  • 05Sen
    Digər Azərbaycan–İtaliya çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

    Azərbaycanın dövlət başçısının bu Forumdakı çıxışı böyük marağa səbəb olub.

    Cənab Prezident öz çıxışında bildirib ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Daha ətraflı »

  • 02Sen
    Digər Azərbayanın müstəqillik yolunun başlanğıcı üçün şərhlər bağlıdır

    Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

    Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Daha ətraflı »

  • 01Sen
    Digər Agentliyin dəstəyi ilə “And yerimiz-Şəhidlər!” adlı layihəyə start verildi üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sentyabr ayının 1-dən noyabr ayının 1-dək “And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.

    Vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə həyata keçirilən bu layihə zamanı onlar barədə məlumatlar toplanıb kitab şəklində nəşr etdiriləcək. Bu məqsədlə nəşr olunan “And yerimiz-Şəhidlər”! kitabı keçirilən tədbirlərdə iştirakçılara paylanacaq.

    Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə,  hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq.