Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Sen

    Azərbaycan Respublikasının Əməkdar artisti, sevimli müğənnimiz  Gülyanaq Məmmədova Özbəkistan Respublikasının Xalq artisti adına layiq görülüb. Zəng edib birbaşa özü ilə danışıb təbrik etsəm də mətbuat vasitəsi ilə də təbrik etmək qərarına gəldim. SSRİ dağılandan sonra bu yeganə hadisədir ki, keçmiş sovet respublikaları arasında xarici ölkənin müğənnisinə xalq artisti adı verilir. Bu həqiqətən məni sevindirdi. Sevdiyim və hörmət bəslədiyim  müğənnilərdən biri də Gülyanaq Məmmədovadır. Gülyanaq xanımın o cılız canında böyük mərdlik, sədəlik, təbiilik, vətənpərvərlik var. Çox istedadlı müğənni olmaqla yanaşı, Gülyanaq xanım insan kimi, dost kimi bütün insani müsbət keyfiyyətlərə malikdir. Onun doğmalarını, əzizlərini də təbrik edirəm. Elə bilirəm bu uğur yalnız Gülyanaq xanımın uğuru deyil, Azərbaycan xalqının, dövlətinin, mədəniyyətinin uğurudur. Bu sevinc onu sevənlərin sevincidir.

    Gülyanaq xanımın əlilliyi olan insanlara etdiyi bir mərdliyi yadıma düşdü. Fürsətdən istifadə edib deyim ki, əilliyi olan insanlar günü ilə bağlı böyük bir tədbir keçirirdik. Tədbirimizi kimlərsə tərəfindən pozmaq istəyirdilər. Tədbiri pozmaq üçün bu tədbirə rayondan gələn mədəniyyət şöbəmizin üzvlərini başqa bir tədbirə aparmaq istəyirdilər. Gülyanaq xanım da bu tədbirimizə dəvətli idi. Onu və duet oxuduğu 7-ci Muğam Müsabiqəsinin iştirakçısı, 1-ci qrup gözdən əlil Suma Tapdıqovanı da o tədbirdən kənarlaşdırmaq istəyirdilər. Çox çətinliklə rayondan gələn əlilliyi olan müğənnilərin qarşısını aldıq ki, tədbiri tərk edib getməsinlər. Gülyanaq xanım isə bizi pis vəziyyətdə qoymayaraq sonadək iştirak etdi. Həqiqətən də belə bir insan, belə bir xanım tək-tək tapılar.

    Gülyanaq xanıma bu adın verilməsi həm də ümumdünya Türk xalqlarına bir töhfədir.

    Biz də “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi adından Gülyanaq Məmmədovanı Özbəkistan Respublikasının Xalq Artisti adına layiq görülməsi münasibəti ilə bir daha təbrik edir, uğurlarınız davamlı olsun-deyirik.

     

                                                                                                                                                 Tahir Xudiyev

                                                                                                                              “Əlillər Dünyası” qəzetinin

                                                                                                                                  Baş Redaktoru                                                    

     

     

     

    Müəllif: Redaktor, 08:46

İsmarıclar bağlıdır.