Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər Nümayəndəliyinin təşkilatçılığı ilə filoloq Fəridə Süleymanovanın təqdimatında “Dilimiz sərvətimizdir” mövzusunda təlim baş tutub.
Təlim zamanı Fəridə xanım dilimizin zənginliyi, arxaik, dialekt və şivələrin dilimizdə istifadəsi , həmçinin orfoqrafik və orfoepik qaydaların pozulması haqqında gənclərə məlumat verib.