Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen
    Xəbərlər Tərtər rayon prokurorluğunun əməkdaşları tərəfindən 2022-ci ilin 4-cü rübündə vətəndaşların yaşayış yerlərində keçiriləcək qəbuluna dair üçün şərhlər bağlıdır

    CƏDVƏL

    S/n Qəbulu aparacaq şəxs Qəbulun keçiriləcəyi yer Tarixi və vaxtı
     

    01.

     

    Prokuror

    Əli Qurbanov

     

    Seydimli kəndi

     

    15.10.2022

    Saat 11-00-dan

     

    02.

     

    Prokurorun böyük köməkçisi

    Məhəmməd Məmmədov

     

    Mamırlı kəndi

     

    19.11.2022

    saat 11-00-dən

     

    03.

     

    Prokurorun köməkçisi

    Elmar Əllədinzadə

          

    Köçərli kəndi

     

    10.12.2022

    Saat 11-00-dan

     

  • 30Sen
    Hərbi vətənpərvərlik SENTYABR BİZƏ KƏDƏRLƏ YANAŞI, QÜRUR GƏTİRDİ üçün şərhlər bağlıdır

    Yenə gəldi sentyabr, qüssə gəldi, kədər gəldi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başlamışdır. 44 günlük bu savaş tariximizə Vətən müharibəsi kimi yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı və unudulmaz zərbələr endirmişlər.
    Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən yenə də qəddarlıqla mülki insanları hədəfə almağa başladı. Gəncə şəhərinin 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, əhalinin, o cümlədən uşaqların, qocaların ölümünə və yaralanmasına səbəb oldu. Nəinki Gəncə, Bərdə, Tərtər, digər rayon və şəhərlərdə də təxribatlar törədildi. Sanki düşmənlər günahsız insanları öldürməkdən zövq alırdılar. Lakin bütün bu təxribatlar Azərbaycan Ordusunun və xalqının gücünü, əzmkarlığını əlindən ala bilmədi. Düşmənə qəhrəmancasına müqavimət göstərən rayonlar sırasında mənim qürur duyduğum doğma Tərtərim də vardı.
    Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu şəhid olmuş, on bir min nəfərdən artıq hərbçimiz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız 44 gün ərzində qəhrəman şəhidlərimizin qanı və canı bahasına azad olunmuşdur.
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan Ordusunun və şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Səbinə Elxanqızı,
    Naxçıvan Dövlət Universiteti 

    Jurnalistika fakültəsinin
    I kurs tələbəsi

     

  • 30Sen
    Xəbərlər Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub üçün şərhlər bağlıdır

     

    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər.
    Səfər çərçivəsində qonaqlar əvvəlcə şəhərin girəcəyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, sonra Ulu Öndərin abidəsini ziyarət edərək, onların xatirəsini dərin ehtiramla yad edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra onlar Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostendlərə baxıblar. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər Mənsur şeir üçün şərhlər bağlıdır

    SƏDAQƏT

    Nə açıq bir söz demişdi, nə vədə almışdı. Gözləri danışmışdı o qızla . Kəndlərinin sayılıb-seçilən gözəli ilə. Gözlə demişdi məni. Qayıdacağam. Əhdinə vəfasız çıxma. Səni gözü yolda, tənha qoymaram.
    Baxışlarla möhkəmlənmişdi bu əhd, bu ilqar. Hamı qız qapısından boş dönən elçilərin üz-gözündən hər şeyi oxumuşdu. Heç ata-anası da heç nəyi qızlarının üzünə vurmamışdı. Başa düşmüşdülər bu lal sevdanı.
    İnsanı yaşadan ümiddi, deyirlər. Ən son ölən də ümiddir. O qız da ümidin pənahına sığınıb gözləmişdi. Nigarançılıqdan üzülə-üzülə, gizli göz yaşları axıda-axıda gözləmişdi. Ta ümidi qırılana qədər.
    Bir payız soraqlı nalə sevgisinin xəzanını gətirənə qədər gözləmişdi. Özünə söz vermişdi ki, ölənədək gözləyəcək.
    Elinə arxa çevirməyən igidə verilmişdi bu söz. Və o sözündən çıxa bilməzdi. O igid canını Vətəninə qıydığı kimi, o gözəl də sevgisinə qıyırdı. Sədaqətin, dözümün sübutu kimi.

    Rəfayə Əzizova

     

  • 30Sen
    Milli-mənəvi dəyərlər 1 Oktyabr Ahıllar Günüdür üçün şərhlər bağlıdır

    HÖRMƏT QAZANMIŞ TİBB BACISI

    Ahıl yaşda olan bir ana tanıyıram, camaat arasında xətir-hörməti olan qay-ğıkeş bir anadır. Bu qadın çoxlarımızın sayğı göstərdiyimiz, 46 il uşaq xəstəxanasında tibb bacısı işləyən Raya Məmmədovadır. Onunla evində görüşdüm. Xeyli söhbətimiz oldu.
    Öyrəndim ki, Raya Məmmədova 1949-cu ildə rayonumuzun Bayandurlu kəndində doğulub. Ailədə hamının sevimlisi olub. Elə iş yerində də, camaat arasında da daim məhəbbətlə qarşılanıb. 1964-cü ildə Ağdaş rayonunda tibb texnikumuna daxil olub və 1968-ci ildə oranı bitirərək rayon uşaq xəstəxanasında fəaliyyətə başlayıb. Raya xanım ilk iş gününü xatırlayaraq dedi:
    –Mən ilk gündən hamının sevimlisi olan həkim Cavahir Musayeva, təcrübəli tibb bacısı Rima Xanbutayeva ilə işlədim, həmişə onların təcrübəsindən bəhrələndim. Az vaxtda onlardan tibb peşəsinin incəliklərinə yiyələndim. Sonralar özüm də onlarla tibb bacısının təcrübə toplamasına kömək etdim. 2014-cü ilin aprelində təqaüdə çıxdım. Bu illər ərzində uşaq xəstəxanasının baş həkimləri Zahid Kərimov, Ramiz Mehdiyev, Hicran Rəhimli ilə çiyin-çiyinə işlədim. İş qabiliyyətimə, yoldaşlığıma görə heç zaman narazılıq eşitmədim.Məni təqaüdə də təmtəraqla, hədiyyələrlə yola saldılar. Bütün bunlar mənə qoyulan hörmətin nəticəsi idi. Camaatın razılığı da təmənnasız xidmətimin bəhrəsidir. Peşə attestasiyasından isə həmişə uğurla çıxmışam. Hətta bir neçə çağırış yerli şəhər sovetinə deputat seçilmişəm. Şəhərin mərkəzində asılmış “Şərəf” lövhəsində 10 ildən artıq şəklim asılıb. Bütün bunlar sənətimə vurğunluğumdan irəli gəlirdi. Daha ətraflı »

  • 29Sen
    Mədəniyyət Tərtərdə 27 sentyabr – Anım günü münasibəti ilə Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub üçün şərhlər bağlıdır

    Tamaşanın nümayişində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, mədəniyyət, təhsil işçiləri və rayon ictimayəti iştirak edib.

    Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artımaqdır.

    Təsirli epizotlar ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.

    Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudlu vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar azrulayıb.

     

  • 29Sen
    Şəhidlər İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    28 sentyabr 2020-ci il . Həmin gün Tərtər şəhərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 43 yaşlı Əliyev Mehman Sovet oğlu şəhid olub.

    Bu gün  rayon rəhbəri Müstəqim Məmmədov şəhidin ildönümü münasibəti ilə onun ailəsində olub.

    Şəhidin ruhuna dualar oxunub, onun keçdiyi ömür yoluna bir daha nəzər salınıb.

    Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini,1996-cı ildə Ü.Hacıbəyov adına Ağdam Musiqi Texnikumunu qarmon ixtisası üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim işləyib.

    Mehmanın özündən sora 3 övladı yadigar qalıb.

    Ailə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.

    Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verərək, onlara səbr diləyib, şəhidlərin Tanrı dərgahında öz yerinin olduğunu bildirib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    “Şəhidlər ölməz, Vətən bölünməz!”

     

  • 29Sen
    Şəhidlər Rayon rəhbəri şəhid Taleh Məhərzadənin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaynaq kəndində doğulmuş, Vətən müharibəsində 28 sentyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Məhərzadə Taleh Oktay oğlunun  ailəsində olub.

    Şəhidin ailə üzvləri ilə görüşən rayon rəhbəri onlarla birlikdə 24 yaşlı Talehin keçdiyi döyüş yoluna nəzər salıb.

    Taleh Məhərzadə 2013-cü ildə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə isə müddətdən artıq hərbi xidmətə yazılıb. Onun qısa, ancaq mənalı ömür yolu, Vətənə olan sevgisi gənclərə bir örnəkdir.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra “Vətən uğrunda”,  “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”  medalları ilə təltif edilib.

    Şəhidin ikinci ildönümündə onun xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı ailənin qayğıları ilə maraqlanıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    “Şəhidlər ölməz, Vətən bölünməz!”

     

  • 28Sen
    Digər Onlar canlarını fəda etdilər ki, biz yaşayaq üçün şərhlər bağlıdır

    Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

    Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

    Azərbaycan Prezidenti burada çıxış edib.

    Dövlətimizin başçısı deyib ki, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

    Prezident İlham Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.

    İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik.

    Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir.

    Bildirilib ki, şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri – Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. Daha ətraflı »

  • 28Sen
    Digər Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 27 sentyabr-Anım günü ilə əlaqədar təşkil olunan ehsan mərasimində iştirak ediblər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Şıxarx qəsəbəsində 27 sentyabr-Anım günü ilə əlaqədar şəhidlərə verilən ehsan mərasimində iştirak ediblər.

    Onlar mərasimdə iştirak edən şəhid və qazi ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb, mərasim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıblar.

    İcra başçısı bildirib ki, ehtiyacı olan bütün şəhid və qazi ailələrinə dövlət tərəfindən köməklik göstərilir, onlara mənzillər verilir, qazilərimiz ən müasir protezlərlə, minik avtomobilləri ilə təmin edilir.

    Şəhid və qazi ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə “Heydər Əliyev” və “Yaşat” fondu tərəfindən də əlavə dəstək verilir, köməklik göstərilir.

    Rayonumuzda da mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, onların problemləri yerində həll olunur. Küçələrə, məktəblərə, sinif otaqlarına şəhid adları verilir, onların xatirəsi əbədiləşdirilir, şəhidlərin xatirəsinə bulaqlar, abidə kompleksləri inşa olunur.

    Mərasim iştirakçıları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.