Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, veteranlar, qazilər, ictimaiyyət nümayəndələri tərəfindən Tərtər şəhərində qəhrəmanın adını daşıyan küçədə Şəhidin baralyefi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Daha ətraflı »


Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı Sağlamlıq Mərkəzinin, Mərhəmətli Ürək Asosasiyasının və Servıer şirkətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Şəhid və qazi ailələri, aztəminatlı ailələr üçün Tibbi Səyyar Müayinə aksiyası keçirilməyə başlanıb. Aksiya 18-19 iyun tarixlərini əhatə edəcəkdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Cəmilli kəndində Şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmodovun növbəti səyyar qəbul-görüş rayonun Cəmilli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər.
Bu gün Tibb işçilərinin peşə bayramı günündə Tərtər rayon Mərkəzi Xəstəxanasının həyətində Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Yeni ismarıclar