Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyn

    Hər bir xalqın həyatına, taleyinə xoş günlər nəsib olur. Hətta elə olur ki, həmin gün xalqın müqəddəratını həll edir, öz dəyəri, məna-məzmunu tutumuna görə əsrə bərabər tutulur. Hər il iyunun 15-də bayram etdiyimiz Qurtuluş günü xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir. Məhz 15 iyun 1993-cü il tarixindən Azərbaycanın dünya birliyi tərəfindən daha ciddi surətdə qəbul edilməsinə başlanılmışdır. Xalqımız həmin günü bütün dünyaya öz kimliyini bir daha göstərə bildi, ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etdi.

    Tarixə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan bizi 29 illik bir zaman ayırır. Şübəhsiz, bu bir dövlətin tarixi baxımından qısa bir zamandır. 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il olmuşdur. Qurtuluş günündən ötən bu illər çox şeyləri dəyişmişdir. Xalqımız milli dövlətini yaratmış və özünün xilaskarının fəaliyyəti nəticəsində bu dövləti əbədi etmişdir.

    Məlum olduğu kimi, Azərbaycan xalqı və dövləti üçün 1990-cı illərin əvvəlləri olduqca ağır bir dövr idi. Sovet İttifaqının rəhbərlərindən biri olan xalqımızın müdrik oğlu Heydər Əliyev ermənipərəsət Mixail Qorbaçovun təkidi ilə öz vəzifəsindən istefa verəndən sonra onu doğma vətən xilas üçün çağırdı. 1990-cı ilin qanlı yanvar günlərində ulu öndərimiz heç bir təqib və təzyiqdən çəkinməyərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda imperiya tərəfindən törədilən vəhşilikləri pisləyən kəskin bəyanat verdi. Bundan sonra, Ulu öndər Moskvada qala bilməzdi. Təəssüf ki, həmin dövrdəki Azərbaycan rəhbərliyi də ona maneələr yaradırdılar. Buna baxmayaraq Heydər Əliyev dünyaya göz açdığı ana vətəninə-Naxçıvana qayıtdı. Vətənə qayıdan ulu öndəri həmin vaxt xalqınının düşdüyü ağır vəziyyət narahat etdi. Xalq Heydər Əliyevi siyasi həyatda fəaliyyət göstərməyə təkidlə çağırırdı. Bu da təsadüfi deyildi. Müdrik xalqımız yaxşı bilirdi ki, belə ağır və məşəqqətli zamanlarda ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, lider lazımdır. Heydər Əliyev respublikanın və Naxçıvanın Ali Qanunverici Orqanlarının deputatı, daha sonra Muxtar Respublika Parlamentinin sədri seçilərək Naxçıvan Respublikasını erməni işğalından xilas etdi. Böyük insanın Naxçıvanda yaşadığı dövrdə, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyin əldə edilməsi çətin olsa da onun qorunub saxlanılması ondan da çətin idi.

    Azərbaycan xalqı yaxşı bilirdi ki, Heydər Əliyevin ideyaları Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında da uğurla həyata keçiriləcək. Bu həqiqətəndə belə oldu. Qurtuluşumuz böyük qələbələrlə başa çatdı, artıq xalqımız Ulu Öndərin ideyalarının  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl və səmərəli şəkildə həyata keçirilməsinə şahidlik edir. 44 günlük Vətən müharibəsində Ulu Öndərin vəsiyyətini  həyata keçirilməsini torpaqlarımızın düşmən əsarətindən azad olunmasını,  işğaldan azad olunmuş   torpaqlarımızda   üçrəngli bayrağımızın  dalğalanmasını fərhlə seyr edirlər.

    Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də olacaq. Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəli aparacaqdır.

     Eldar Əsədov,

    YAP Tərtər rayon

    təşkilatının sədri

    Müəllif: Redaktor, 08:40

İsmarıclar bağlıdır.