Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yerlərdə ipəkqurdunun saxlanma şəraiti və pambıq tarlalarında aparılan becərmə işləri ilə tanış olub.
Qeyd edək ki, 2021-ci ildə rayonda 13 min 553 kiloqram barama istehsal edilib. Bu il isə 14 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 330 qutu barama qurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yemlənməsi üçün rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Daha ətraflı »










Görüşdə regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, rayon icra hakimiyyəti və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin Mədəniyyət mərkəzi ilə birlikdə keçirdiyi Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecədə rayon ictimaiyyəti ilə birgə şəhər 5 saylı körpələr evi-uşaq bağçasının böyük qrupunun üzvləri də iştirak ediblər. Nur Babayeva Ulu Öndərə həsr olunmuş “Ulu Öndər” mahnısı, Zəka Əlizadə, Uğur Yusifli və Səbinə Hüseynzadə isə Ulu Öndərə həsr olunmuş musiqili kompozisiya nümayiş etdiriblər. Balacaların ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Tərtər Olimpiya İdman Kompleksinə yeni təyin olunmuş direktor Emin Dadaşovu rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla birgə qəbul edib, müvafiq tövsiyələrini verib.
Böyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər.Uca dağların əzəməti, möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın göründüyü kimi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani yoxluğundan müəyyən vaxt keçdikdən sonra, ideyalarının, əməllərinin təntənəsini zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir. Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının “məhsulu” kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: “Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir”.
YAP Tərtər rayon təşkilatı bildirir ki, 05 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yuxarı Qapanlı və Qazyan ərazi partiya təşkilatlarında partiya fəalları ilə növbəti görüşünü keçirilib.
Yeni ismarıclar