Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14May

    Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yerlərdə ipəkqurdunun saxlanma şəraiti və pambıq tarlalarında aparılan becərmə işləri ilə tanış olub.

    Qeyd edək ki, 2021-ci ildə rayonda 13 min 553 kiloqram barama istehsal edilib. Bu il isə 14 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 330 qutu barama qurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yemlənməsi üçün  rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.

    Rayon rəhbəri Yuxarı Qapanlı İnzibati Ərazi dairəsinin Qazyan kəndində ipək qurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti ilə tanış olub. Mövcud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazimi tövsiyə və tapşırıqlarını verib.

    Qeyd edək ki, ötən il Qazyan kəndinin kümçüləri dövlətə 400 kiloqram barama təhvil veriblər. Bu il isə onlar 500 kiloqram barama təhvil verməyə söz veriblər.

    İcra başçısı Azad Qaraqoyunlu kəndində isə pambıq tarlalarında becərmə işləri ilə məşğul olan pambıqçılarla görüşüb. Onlarla pambıq tarlalarına aqrotexniki qaydada qulluq göstərilməsi ilə bağlı söhbət aparıb. Səmimi söhbətdən pambıqçılar öz fikir və mülahizələrini icra başçısı ilə bölüşüb, fikir mübadiləsi ediblər.

    Qeyd edək ki, ötən il Tərtər pambıqçıları 3440 hektardan 10701 ton pambıq istehsal ediblər. Hər hektardan 31,1 sentner məhsul əldə edərək respublikada məhsuldarlığa görə  yüksək nəticə göstərən rayonlar sırasında olub. Bu il isə 3450,7 hektar sahədə müqavilə bağlanmış, hazırda 3388,2 hektarda çiyid səpilmiş qalan sahələrdə isə səpin davam etdirilir.

     

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.