



Gözəl bir payız günü idi. Ağaclardakı yarpaqlar tək-tük saralmağa başlamışdı. Havada elə bir möhtəşəmlik vardı ki, adamın ruhu dincəlirdi. Qapanlı kəndinin sakinləri də bu gün mənfur qonşuların varlığını unudaraq toyda o ki var şənlənmək istəyirdilər. Nofəl kişinin ailəsində də toya hazırlıq görülürdü.
Müşgünaz nənə nəvəsi Zəhranı toya hazırlaşdırır və bundan xüsusi zövq alırdı. Cəmi 4 yaşı olan Zəhra toya gedəcəyi üçün hədsiz sevincliydi. Kənd uşaqları ilə oynamağa, rəqs etməyə hazırlaşırdı. Buna görə də ən qəşəng donunu da geyinmişdi.
Budur, Müşgünaz nənənin bacısı Mədinə nənə də gəlib çıxdı. Artıq toyun səsi də gəlirdi. Zəhra böyükləri tələsdirir, qonşuluqdakı toy mağarına uşaqlardan tez çatmağa can atırdı.
Uzun illər erməni quldurları ilə üzbəüz yaşamaq Qapanlı kəndinin camaatına belə şənliklərin sevincini bir qədər unutdurmuşdu. Amma hər kəs – uşaq da, böyük də buna ehtiyac duyurdu. Yaşanan gərginlikdən bir qədər uzaqlaşmaq, doyunca musiqi dinləmək, bir-birilə söhbətləşmək istəyirdilər. Qonaqlar gənc valideynlərə gözaydınlığı verir, dinc səma, əmin-amanlıq arzulayırdılar.
Qadınlar da toy mağarında əyləşmişdilər. Zəhra nənəsinin qucağında idi. Nənə istəyirdi ki, nəvəsi ləziz toy yeməklərindən dadıb sonra uşaqlarla oynamağa getsin. Hərdən balacaların əllərindəki şarlar, partladıcı vasitələr bir az təşviş yaratsa da, hər şey qaydası ilə gedirdi.
Qəfil səs yenə də camaatı diksindirdi. Amma hələ nə baş verdiyini heç kəs anlamadı. Dəhşətli ağrı hiss edən Müşgünaz nənə yanındakı bacısına baxdı və onun qolundan qan axdığını, qucağındakı uşağın isə başından yaralandığını gördü. Bir avtomat gülləsi ilə üç günahsız insanı, o cümlədən yaşlı iki qadını və bir körpəni yaralayan ermənilər yenə də bu şənliyi faciəyə döndərdilər. Daha ətraflı »



Qəzetimizin yaşının üstünə daha bir yaş gəldi. Ahıl yaşına, 88-ə çatdı. “Kolxozçuların varlanması yolunda” adı ilə çıxan kiçik bir qəzetdən, bugünkü müasir texnologiyalar əsasında buraxılan “Yeni Tərtər”ə qədər yol keçdik.
Hər dəfə tətillərdən, istirahət günlərindən qayıdanda, Əvəz Nəsirov hər birimizi bu sözlərlə qarşılayırdı. Bizə də elə gəlirdi ki, həmişə belə olacaq…
İsmayılzadə Orxan Rəhbər oğlu
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə Ağdam, Tərtər və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
Bismillahir Rəhmanir Rəhim.
Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavü-zünün ən qanlı səhifələrindən biridir.
Yeni ismarıclar