Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Fev
    Digər “Moskva Bəyannaməsi Şuşa Bəyannaməsi ilə ziddiyyət təşkil edir” fikri tamamıilə yanlışdır və qərəzli yanaşmadan xəbər verir.  üçün şərhlər bağlıdır

    Əvvəla, diqqət yetirsək görərik ki, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi ilə Rusiyayla imzalanmış Moskva Bəyannaməsi arasında çox ciddi fərq var. Hətta bağlanmış müqavilələrin adları da fərqlidir. Belə ki, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə adlanır. Sənədləri müqayisəli şəkildə öyrənmək lazımdır ki, Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlərin Rusiya ilə imzalanmış sənəddə əksini tapmadığına şahid olasan. Digər diqqət çəkən məqam odur ki, Şuşa Bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edərək, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla) müddəası təsbit edildiyi halda, Rusiya ilə imzalanmış bəyannamədə belə bir bənd öz əksini tapmır.

     

                                                                                                                                                                                          Eldar Əsədov,

                                                                                                                                                                                  YAP Tərtər Rayon     

                                                                                                                                                                                Təşkilatının sədri            

     

     

  • 26Fev
    Digər “Rusiya ilə müttəfiqlik sazişinin imzalanmasını geriyə doğru addım, SSRİ-nin bərpasıdır. Belə getsə keçmiş sovet respublikaları Rusiyanın sərəncamına keçəcək” iddiası dayaz düşüncə məhsuludur. üçün şərhlər bağlıdır

    Bu kimi fikirlər olduqca əsassız iddiadır. Əksinə, Azərbaycan məhz hər hansı ittifaqı nəzərdə tutan inteqrasiya proseslərinə (RF-Belarus İttifaqı) qoşulmadığına görə,  RF ilə ikitərəfli sənəd imzalayır. Avropa İitifaqı ilə münasibətlərdə də analoji vəziyyət yarandıgından , Azərbaycan “Şərq tərəfdaşlığı” proqramına deyil, ikitərəfli sazişin bağlanmasına üstünlük verdi və artıq bu istiqamətdə çox ciddi irəliləyişlər var. Müqavilə ilə tərəflərin toxunulmazlığına, ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə zəmanət verən sənəd necə “SSRİ-nin bərpası”nı şərtləndirə bilər?

    Birmənalı şəkildə qəbul etmək lazımdır ki, bundan sonra SSRİ-nin hər hansı şəkildə bərpası, geriyə qayıdış mümkün deyil. Müttəfiqlik sazişi ilə ittifaq sazişini eynişəldirənlər ciddi şəkildə yanılırlar.

    Qərəzkarlar Prezident İlham Əliyevin fevralın 2-də gənclərlə görüşündə SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi hadisələri barədə söylədiklərinə , Prezidentin  bir sıra Sovet rəhbərlərinin Azərbaycan xalqına qarşı xəyanətini vurğulamasına diqqət yetirsələr,  kimlərinsə Azərbaycan hakimiyyətinin SSRİ-ni bərpa etmək prosesində guya iştirakı barədə danışması, yəqin ki, onların bütövlükdə   Azərbaycan dövlətinin yürütdüyü siyasətdən bixəbəliklərindən qaynaqlanır.

                                                                                                                                                                                             Eldar Əsədov,

                                                                                                                                                                                      YAP Tərtər Rayon

                                                                                                                                                                                   Təşkilatının sədri

                                                                                                                                                                                                    

     

  • 25Fev
    Digər Rusiya və Azərbaycan arasında çox geniş müqavilə-hüquq bazası vardır üçün şərhlər bağlıdır

    Dövlət başçısının Moskvaya səfəri, Vladimir Putinlə apardığı müzakirələr, imzalanan Müttəfiqlik Bəyannaməsinin məzmunu və əldə edilən nəticələr yenidən Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqləyir, ölkəmizlə Rusiyanın əməkdaşlığı strateji səviyyəyə yüksəltməkdə maraqlı tərəf kimi çıxış etdiyini göstərir.

    2022-ci 22 fevral tarixli Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamədə aşağıdakılar qeyd olunub: Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

    Bundan başqa ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

    Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir, hərbi qarşılıqlı əməkdaşlığı dərinləşdirəcəklər.

    Onlar həmçinin təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər. Daha ətraflı »

  • 24Fev
    Digər Rusiya- Azərbaycan dövlətlərarası münasibətləri yeni müstəvidə üçün şərhlər bağlıdır

    Dövlətlərarası münasibətləri tənzimləyən və qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsiplərini özündə əks etdirən sənədlərin imzalanmaya hazırlanması hərtərəfli təhlil tələb edir. Odur ki, Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdən keçir. Prezident İlham Əliyev hələ Yeni  illə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.  Bu baxımdan Bəyannamənin imzalanması heç də yeni gündəmə çıxan məsələ deyil və  məsələnin  regionda gedən son proseslərlə əlaqələndirilməsi düzgün olmazdı.

    Rusiyanın dünyadan təcrid olunma səbəbi kimi iddia olunan  Ukrayna mövzusuna bu sənədin heç bir aidiyyatı yoxdur. Bu sənəd Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlərini tənzimləyir.Bəyannamənin üçüncü ölkələrə münasibətə və ya xarici siyasi kursuna heç bir mənfi təsiri yoxdur. Eyni zamanda Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri həm milli maraqlar baxımından, həm də yürüdülən müstəqil siyasətdə rəsmi Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə mane olmayacaq.

    Bir məsələni də anlamaq lazımdır ki,  Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və ölkəmiz qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlıdır. Məsələ heç də Putinə nəyin ehtiyac olmasında deyil. Azərbaycan özü maraqlıdır ki, xarici müdaxilələr üçün heç bir boşluq buraxmasın, öz müstəqilliyini daha da gücləndirsin və bu tarazlaşdırılmış siyasət Azərbaycanın milli maraqlarını qoruyur və təmin edir.

    Eldar Əsədov,

    YAP Tərtər rayon

    Təşkilatının sədri

     

  • 24Fev
    Digər Xocalı soyqırımı – qan yaddaşımız! üçün şərhlər bağlıdır

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər vandallıqla yerlə-yeksan edilib. Bu Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət hadisəsidir. Bu cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

    Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına etirazını belə bildirmişdir: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”. Daha ətraflı »

  • 21Fev
    Digər Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub.

    2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Daha ətraflı »

  • 18Fev
    Milli-mənəvi dəyərlər Fevralın 21-də Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti seçilməsinin 5 ili tamam olacaq üçün şərhlər bağlıdır

    HUMANİZM VƏ XEYİRXAHLIĞIN ALİ NÜMUNƏSİ

    Mehriban xanım Əliyevanı bu xalqa sevdirən, hər kəsin doğmasına çevirən nəcib xüsusiyyətləri vardır ki, bunlardan da ən alisi onun humanizmi və xeyirxahlığıdır.
    Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanımın Azərbaycanda sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük zəhməti vardır.
    Onun peşəkarlığı, yüksək intellekti, zəngin təcrübəsi, həmçinin baş verən hadisələrə humanizm nöqteyi-nəzərdən yanaşması Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi ötən 5 il ərzində ölkəmizin uğurlarını daha da artırmışdır.
    Bu, həmçinin Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış və cəmiyyətimizdə onların rolunun yüksəlməsinə səbəb olmuşdur.
    Onun fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.
    Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi çox mühüm layihələr, proqramlar Azərbaycan təhsilinin inkişafına misilsiz töhfələr vermişdir.
    Eyni zamanda mədəniyyətimizin inkişafında onun xidmətləri qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
    Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur.
    Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycanın ən ali dövlət mükafatlarına – Heydər Əliyev ordeninə və Heydər Əliyev mükafatına layiq görülmüşdür.

    “Yeni Tərtər”

  • 18Fev
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ SƏDRİ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİNƏ TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
    Təqdimat mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. Rayon rəhbəri partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq, YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən, partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək, YAP Tərtər Rayon Təşkilatının sədri Əsədov Eldar Gəray oğlunu ictimaiyyətə təqdim edib. Daha ətraflı »

  • 18Fev
    Hərbi vətənpərvərlik MEDALLAR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbəri Müs-təqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli ilə görüşüblər.
    Görüşdə rayon rəhbəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunin 44 gün davam edən Vətən Müharibəsində qazandığı Qələbədən söz açıb, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə da-im yaşayacaq. Rayon rəhbəri Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, ölkəmizdə bu məsələlər dövlət siyasətinin əsas istiqamətidir.
    Sonra şəhid Əjdər Sabirlinin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi “Xocavəndin azad olunmasına görə” medalı atasına və qazi Ramil İbrahimlinin “Xocavəndin azad olunmasına görə” medalı isə özünə təqdim edildi.
    Görüşdə şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, bu qayğıya görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

     

  • 18Fev
    Şəhidlər ŞƏHİDİN İL MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.
    Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələk-bərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbristanlığında dəfn edilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.