Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev

    HUMANİZM VƏ XEYİRXAHLIĞIN ALİ NÜMUNƏSİ

    Mehriban xanım Əliyevanı bu xalqa sevdirən, hər kəsin doğmasına çevirən nəcib xüsusiyyətləri vardır ki, bunlardan da ən alisi onun humanizmi və xeyirxahlığıdır.
    Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanımın Azərbaycanda sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük zəhməti vardır.
    Onun peşəkarlığı, yüksək intellekti, zəngin təcrübəsi, həmçinin baş verən hadisələrə humanizm nöqteyi-nəzərdən yanaşması Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi ötən 5 il ərzində ölkəmizin uğurlarını daha da artırmışdır.
    Bu, həmçinin Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış və cəmiyyətimizdə onların rolunun yüksəlməsinə səbəb olmuşdur.
    Onun fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.
    Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi çox mühüm layihələr, proqramlar Azərbaycan təhsilinin inkişafına misilsiz töhfələr vermişdir.
    Eyni zamanda mədəniyyətimizin inkişafında onun xidmətləri qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
    Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur.
    Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycanın ən ali dövlət mükafatlarına – Heydər Əliyev ordeninə və Heydər Əliyev mükafatına layiq görülmüşdür.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:21

İsmarıclar bağlıdır.