Yanvarın 12-də Tərtər rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərtərlilərə M.F.Axundovun “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını təqdim edib.
Tamaşadan öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yaradıcı heyəti salamlayıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində 2022-ci ili “Şuşa ili” elan etməsini 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsinin davamı olduğunu bildirib.
Qeyd edib ki, “Şuşa ili”nin ilk günlərində Şuşa teatrının qonağımız olması bizi ürəkdən sevindirir. Çünki Şuşa şəhəri bütün xalqımız üçün əzizdir və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Daha ətraflı »
-
19YanMədəniyyət “Şuşa ili”ndə Şuşa teatrı tərtərlilərin qonağı olub üçün şərhlər bağlıdır
-
19YanMilli-mənəvi dəyərlər 20 YANVAR–TARİXİN QÜRUR GÜNÜ üçün şərhlər bağlıdır
MİLLİ RUHUMUZ, QÜRURUMUZ BƏRPA EDİLDİ
Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti1990-cı il 20 Yanvar hadisələri adətən faciə və hüzn günü kimi qeyd edilir. Ona görə ki, həmin gün dinc insanların qırğını baş vermişdi, günahsız sakinlərin qanı tökülmüşdü. Yanvarın 20-də baş verənlər insanlıq tarixinin dəhşət saçan səhifələrindən biri idi. Ulu Öndər Heydər Əliyev baş vermiş qırğına dərhal reaksiya vermiş, özünün sərt münasibətini bildirərək hadisənin milli qırğın səviyyəsində işıqlandırılmasını təmin etmişdir. Bəlkə də belə olmasaydı, 20 Yanvar hadisələri unudulub tarixin bir küncünə atılacaqdı. Ancaq bu gün arxaya dönüb 32 il əvvələ baxanda nə görürük? 20 Yanvar hadisələri bir xalqın ayaqda durmaq istəyinin nə qədər güclü olduğunu, onun müstəqil yaşamaq haqqını necə müdafiə etdiyini və bütün bunlar üçün əli silahlı quldurun qarşısına çıxaraq şəhid olmağın, həm də ölümsüzlüyün nə qədər uca və şərəfli olduğunu göstərdi. Daha ətraflı »
-
19YanMilli-mənəvi dəyərlər VƏTƏN ÜÇÜN CANLARINDAN KEÇƏNLƏR UNUDULMUR üçün şərhlər bağlıdır
20 Yanvar hadisələri baş verəndə, biz paytaxtdan uzaqdaydıq. Ancaq Bakının küçələrində şütüyən tankların səsi, atılan güllələr, insanların fəryadı ürəklərimizdə əks-səda doğururdu. Düzdü, Bakı ilə əlaqəmiz yox idi. Qəzetlər çıxmırdı. Radio və televizya işləmirdi.
İnsanlar rabitə qovşağına axışaraq orada baş verən hadisələr, Bakıda yaşayan qohumları haqqında telefonla xəbər almağa çalışırdılar. Telefon əlaqəsi yaratmaq da çox çətin idi.
Həmin günləri həm də milli şüurumuzun oyanışı kimi qəbul etmək lazımdır. Çünki məhz “Qara Yanvar”da vətəndaşlar Sovet hökumətinin azərbaycanlılara qarşı apardığı ayrıseçkilik siyasətinə qarşı etiraz səslərini qaldırdılar. Nə tanklar, nə də Bakı küçələrində atılan yandırıcı güllələr millətin haqq səsini boğa bilmədi. Daha ətraflı » -
19YanHərbi vətənpərvərlik Birlik və həmrəyliyimizlə tarix yazdıq üçün şərhlər bağlıdır
Mehriban və Bağışlayan Allahın Adı ilə!
Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “Rəhman Allah qəlbi rəhmli insanlara rəhm edər. Yer üzündə onlara rəhm edin ki, Səmada olanda sizə rəhm etsin”. Biz bu hədisin canlanmasının və həyatımızda yaşamasının 2020-ci ilin 27 sentyabrında baş vermiş Vətənimizin bütövlüyü uğrunda gedən azadlıq döyüşlərində şahidi olduq. Həqiqətən də Azərbaycan xalqı mərd, sınmaz, fədakar, yeri gələndə son tikəsini paylaşmağı bacaran əzəmətli bir xalqdır! Mənfur düşmənin əlində olan nə qədər irili-xırdalı raket-mərmi, silah-sursatların törətdiyi itkilərə, faciələrə baxmayaraq, rəşadətli Ordumuzun irəli, ancaq irəli hücumundan tutmuş, təqaüdlə dolanan yaşlı bir kişinin öz təqaüdünü Ordumuza kömək üçün göndərməsinin və kiçik uşaqların balaca əlləri ilə bir neçə kartof qaynadaraq, yanına da su əlavə edib Ordumuza hədiyyə etməsinin şahidi oldu tarix! Nə gizlədək ki? Yaralı döyüşçülərimizi öz mülki maşınlarında xəstəxanaya qaçırdan insanlarımızı gördük, nəinki hərbçi, hətta mülki yaralıların da əksəriyyəti həyatda sağ qalmaları üçün Allahdan sonra həmin ürəyi özlərindən dəfələrlə böyük olan sürücü qardaşlara borcludur. Həmin gərgin, ağır sınaq zamanında musiqi məktəbimizin müəllimi Emin Vaqif oğlu neçə-neçə dinc sakinləri, təmənnasız və öz həyatını təhlükədə qoyaraq mərmi, raket atəşinin altından kənara çıxartdı. Daha ətraflı » -
19YanHərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır
YARALANSA DA, DÖYÜŞÜ DAYANDIRMAYIB
Bu yaxınlarda bir ailənin çay süfrəsinin qonağı oldum. Rayonumuzda yaşayan Axundovlar ailəsinin. Vətən müharibəsi iştirakçısı olmasam da, bu ailənin övladı Misir Axundov haqqında məqalə yazmağı özümə borc bilib, qürur sandım.
Onlar şəhərimizin Əli İsmayılov küçəsində yaşayırlar. Ailə başçısı Hilal Axundov 1979-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Mətanət Ələkbərova 1978-ci ildə Tərtərdə doğulub. Ailənin 3 oğlan və 1 qız övladı var: Misir, İsmayıl, Nurlan və Fidan. Misir orta məktəbi bitirdikdən sonra 2018-ci ildə Gəncə Dövlət Regional Kollecinə daxil olub.
2019-cu ilin 5 iyulunda həqiqi hərbi xidmətə çağrılıb. O, “Həmlə əməliyyatı” taborunda kəşfiyyatçı məsafə ölçən vəzifəsində şərəflə xidmət edib. Həmin tabor Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Misir Axundov bir kəşfiyyatçı kimi düşmənin texnikası barədə məlumatları, postlarının koordinatlarını rabitə vasitəsi ilə komandirlərinə məruzə edirdi.
Oktyabrın 2-də Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə o, bud nahiyəsindən yaralanıb. Yoldaşı onun yarasını sarıyıb, qanaxmanın qarşısını alandan sonra yaralı olmasına baxmayaraq, düşmənin koordinatlarının komandirə ötürülməsinə nail olub. Məlumatları ötürəndən sonra düşmənin atdığı top mərmisinin onların yaxınlığına düşməsi nəticəsində Misir başından ağır qəlpə yarası alıb. Daha ətraflı » -
19YanƏdəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır
16 yaşlı şəhid Orxanın xatirəsinə
Şəhid bulağı
Bir şəhid bulağı var kəndimizdə,
Suyu göz yaşı tək duru, təmizdir.
Bir Orxan balamız yatır cənnətdə,
Ona ucaldılan abidəmizdirBir şəhid bulağı var kəndimizdə,
Bir şəhid körpənin adın daşıyır.
Orxanın yeri var ürəyimizdə
Bax beləcə, ürəklərdə yaşayırOn altı yaş nədir, bir körpə yaşı.
Ürəkləri yandıracaq, yaxacaq.
Bax bir abidədir bu məzar daşı
Orxandan yadigar bizə qalacaq.Kor olsun düşmənin görən gözləri
Orxan bir gül idi, saraldı soldu.
Deyə bilmədiyi ürək sözləri,
Məktəbli arzusu yarımçıq qaldı.Bulağın suyundan içək, a dostlar.
Orxanın şərbəti, şirin çayıdır.
İçib rəhmət deyib keçək, a dostlar,
Balaca Orxanın ehsan payıdır.Bu şəhid bulağından için doyunca
Ürəklərə qədər getsin, dayansın
Vətən haray çəkib “qalxın”deyincə
Ürəkdə Vətənə sevgi oyansın.
Rəhman Mürsəlov,
Xoruzlu kəndi -
19YanƏdəbiyyat Ulu söz, başın sağ olsun! üçün şərhlər bağlıdır
Əsil ziyalı ömrü yaşamış Tofiq Yusifin doğmalarına, əzizlərinə, bu ayrılıqdan üzgünlük çəkən hər kəsə başsalığı verərək, Allahdan səbr diləməklə yanaşı, bir havadarını da itirmiş İlahi sözə, Müqəddəs sözə, Ulu və Uca sözə də “başın sağ olsun” deyirəm.
Qədər yenə səni seçdi,
İtirdiyim birdi, üçdü?
Bir havadarın da köçdü,
Ulu söz, başın sağ olsun.Sözü pir tək öyən getdi,
Sözlə şəri döyən getdi.
Tofiq kimi yiyən getdi,
Ulu söz, başın sağ olsun.Əsrlər gəlib ötəcək,
Sözü çox dillər ötəcək.
Solan çətin ki, bitəcək.
Ulu söz, başın sağ olsun.Düşdün daha gen, itirdin.
Doğmasıyla tən itirdin.
Həm bəşər, həm sən itirdin,
Ulu söz, başın sağ olsun.Ruha söz əkəniydi o,
Haqq sözə təkanıydı o.
Söz qəhri çəkəniydi o,
Ulu söz, başın sağ olsun.Dost itkisi elə əyir,
Matəmə qərq olur şeir.
Talıb bu ağıyla deyir:
Ulu söz, başın sağ olsun.
Talıb Məmmədli -
18YanDigər Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb üçün şərhlər bağlıdır
Yanvarın 13-də ölkəmizin həyatında çox önəmli hadisə, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimdə çıxış edən dövlətimizin başçısı bu münasibətlə bütün Azərfbaycan xalqını təbrik edərək deyib: “Bu, çox gözəl hadisədir, Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.” Daha ətraflı »
-
18YanDigər Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın yüksək iqtisadi göstəriciləri, valyuta ehtiyatlarımız, manatın sabitliyi, ölkəmizdə icra edilən sosial layihələr, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, qazilərimizin ən müasir protezlərlə təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər və digər mühüm məsələlər barədə danışdı, cəmiyyəti düşündürən bir sıra məsələlərə aydınlıq gətirdi.
Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Bu, həm özlüyündə, həm də xüsusilə müharibədən çıxmış ölkə üçün çöx gözəl göstəricidir. Daha ətraflı »
-
17YanDigər 20 Yanvar faciəsindən 32 il ötür üçün şərhlər bağlıdır
30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifələrindəndir. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş “xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. 20 Yanvar faciəsi bu saxta ideologiyanın iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan edildi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq” deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla ölümləri ilə də əbədi yaşadılar. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. Daha ətraflı »
Yeni ismarıclar