Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan

    Yanvarın 13-də ölkəmizin həyatında çox önəmli hadisə, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Mərasimdə çıxış edən dövlətimizin başçısı bu münasibətlə bütün Azərfbaycan xalqını təbrik edərək deyib: “Bu, çox gözəl hadisədir, Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.”

    Ölkə rəhbəri bu obyekrin reallaşması ilə həm də respublikamızın enerji təhlükəsizliyinin daha da möhkəmlənəcəyini, çoxlu iş yerinin yaradılacağını, həmçinin stansiyanın işə düşməsi ilə təbii qaza qənaətdə növbəti addımın atılacağını, eyni zamanda, bununla ətraf mühitə mənfi təsirinin azalacağını diqqətə çatdırdı.

    Prezident İlham Əliyev çıxışında bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investorunun qardaş Səudiyyə Ərəbistanının şirkəti olduğunu, bu ölkə ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu da vurğuladı. ”Bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.”

    Mərasimdə Azərbaycanla Səudiyyə Ərəbistanını yaxınlaşdıran digər bir məqama da toxunuldu. Bu iki ölkənin birlikdə energetika sahəsində OPEC+ formatında fəal əməkdaşlıq etmələri idi. Bu məqamı nitqində diqqətə çatdıran dövlətimizin başçısı bu formatda iştirak edən digər ölkələrlə bərabər hər iki dövlətin neftin qiymətinin sabitləşməsinə nail ola bildiyini mərasim iştiralkçılarına xatırlatdı. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Bununla bağlı dövlətimizin başçısı çıxışında dedi: “Ölkə sürətlə inkişaf edir.Keçın ilin yekunlkarına görə bizim neft və qazla bağlı olmayan , yəni qeyri neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, təlabat artır. Ona görə ki, təbii ki, biz enerji növlərinin istehsalı ilə ciddi məşgul olmalıyıq.

     

    Müəllif: Redaktor, 13:34

İsmarıclar bağlıdır.