Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş gizir Nicat İsgəndərovun məzarını doğum günündə ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.
Məlumat verilib ki, Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Daha ətraflı »
-
11AvqXəbərlər ŞƏHİDİN MƏZARI ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır
-
11AvqXəbərlər TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyası Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Seydimli kəndində “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi çərçivəsində karantin qaydalarına uyğun formatda tədbir keçirib.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.
Layihə çərçivəsində kənd gəncləri üçün müxtəlif təlim və vörkşoplar keçirilib, gənclər siyasəti, gənclər təşkilatları haqqında məlumatlar, gənclərlə iş, həmçinin uğurlu karyera, düzgün peşə seçimi mövzusunda məlumatlar verilib. -
11AvqSosial İŞGÜZAR VƏ SƏMİMİ MÜHİT üçün şərhlər bağlıdır
Bu günlərdə bir işlə əlaqədar 42 saylı yol istismarı idarəsinə getmişdim. Hər şeydən əvvəl burada sağlam və mehriban bir mühitin şahidi oldum. Xatırladım ki, illər öncə də – 30 il bundan əvvəl bu təşkilatın fəaliyyəti ilə bağlı bir məqalə yazmışdım. Hətta orada olarkən bəzi işçilər həmin yazımı xatırladılar. Fikirləşdim ki, bu gün həmin müəssisənin gördüyü ağır zəhmət tələb edən işlərdən yazsam, yerinə düşər. Odur ki, müəssisənin rəhbəri ilə əlaqə saxladım. Öyrəndim ki, müəssisənin rəhbəri uzun müddət yol istismarı sahəsində, həm Tərtər rayonunda, həm də ətraf rayonlarda rəhbər vəzifələrdə çalışan Əliqulu Bayramovun oğlu Ramin Bayramovdur. Hətta burada elə işçilər var ki, Əliqulu müəllimlə xeyli müddət bir yerdə işləyiblər.
Ramin Bayramovdan müəssisənin gördüyü işlər barədə soruşdum. Böyük fəxrlə əvvəl rəhbəri olduğu kollektiv üzvülərindən, sonra isə gördükləri işlərdən söz açdı. Ramin müəllimin söhbətindən məlum oldu ki, o bir rəhbər kimi hər bir işçini öz xasiyyətinə uyğun qəbul etməyi, öz dili ilə dindirməyi bacarır və bundan da məmnunluq duyur. Hətta maraqlı bir məsəl də çəkdi. Daha ətraflı » -
11AvqHərbi vətənpərvərlik VƏTƏN MÜHARİBƏSİ VƏ “DƏMİR YUMRUQ” ƏMƏLİYYATI üçün şərhlər bağlıdır
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Daha ətraflı »
-
11AvqDigər ŞƏRQİ DƏ BİZİMDİR, QƏRBİ DƏ: ZƏNGƏZUR NECƏ PARÇALANIB üçün şərhlər bağlıdır
Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi gündəmə gəldi. Hazırda bu istiqamətdə işlər gedir, tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturunun qurulmasının şahidi olacağıq. Amma bu, hələ hamısı deyil…
Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası ilə yanaşı Şərqi Zəngəzur iqtisadi zonası da yaradıldı. Bəs, ümumiyyətlə “Zəngəzur” deyəndə tarixi-coğrafi baxımdan nə anlaşılır, bu ərazilər hansı torpaqları əhatə edib və necə oldu ki, onun hüdudları dəyişdi? Qərbi və Şərqi Zəngəzur anlayışlarının yaranmasının tarixi nəyə bağlıdır?
Həmin tarixi Azərbaycan ərazilərində 1867-ci ildə Zəngəzur qəzası yaradılıb. Qəza Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olub. Zəngəzur qəzasına indiki Qafan, Gorus, Mehri, Sisian, Laçın, Qubadlı və Zəngilan rayonları aid idi, mərkəz də Gorus qəsəbəsi olub. Daha ətraflı » -
11AvqMilli-mənəvi dəyərlər MƏHƏRRƏMLİK AYI NİYƏ 60 GÜN ÇƏKİR? üçün şərhlər bağlıdır
Məlum olduğu kimi, bu ilin avqust ayının 10-dan başlayaraq İslam dünyasında Məhərrəmlik başlayıb və müsəlmanlar 14 əsr öncə Kərbəla faciəsində şəhid olan İmam Hüseyn(ə) və tərəfdarlarına matəm saxlayır. Bu il Aşura günü avqustun 19-a, İmam Hüseynin şəhadətinin qırxıncı günü sentyabrın 27-nə təsadüf edir. Sentyabrın 8-dən isə Məhərrəmlik əyyamının ikinci ayı olan Səfər ayı başlayır. Səfər ayı oktyabrn 7-də başa çatacaq. Beləliklə, Məhərrəmlik ayı ənənəvi olaraq 60 gün davam edəcək.
Məhərrəmlik ayı niyə 60 gün çəkir? Bu sualın cavabı bəziləri üçün məlum deyil. Qeyd edək ki, Məhərrəm ayı müqəddəs aylardan biridir. Bu ay Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Lakin Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqqı uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunmasının da öz mənası var. Daha ətraflı » -
11AvqMilli-mənəvi dəyərlər CƏNNƏT VƏ CƏHƏNNƏM ƏHLİNİN FƏRQİ NƏDİR? üçün şərhlər bağlıdır
Deyirlər, bir nəfər dua edib Allaha yalvarır ki, ilahi, mənə bu dünyada cənnəti və cəhənnəmi göstər. Görüm oradakıların vəziyyəti necədir, cənnətin ləzzəti və cəhənnəmin əzabı nədən ibarətdir?
Allah bu adamın duasını qəbul edir. Onun gözləri qarşısında iki qapı görünür. Adam bu qapılardan birinə yaxınlaşıb açır. Görür ki, qapının o biri tərəfindəki otağın ortasında iri bir miz var. Mizin üstünə xörəklə dolu böyük bir boşqab qoyulub. Xörəkdən gələn ətir onun çox dadlı olduğundan xəbər verirdi. Mizin ətrafına acından üzülmüş xeyli arıq adam toplaşmışdı. Xörəyin dövrəsində dairə vurub oturmuş adamların hər birinin əlində uzun qaşıq vardı. Hər kəsin qaşığı onun qoluna bitişmişdi. Qaşıqların dəstəsi çox uzun olduğu üçün, hər kəs oturduğu yerdən rahatlıqla öz qaşığını xörəklə doldura bilirdi. Amma sonra yeməyi agızlarına qoya bilmirdilər, çünki qaşığın dəstəsi uzun idi. Beləcə, bu adamların heç biri yeməkdən bircə qaşıq da yeyə bilmirdi, uzaqdan xörəyə baxa-baxa qalmışdılar.
Allahdan həmin adama nida gəldi: “Cəhənnəmin mənzərəsini gördün. Indi cənnətə də bax”. Adam ikinci qapını açdı. Burada da oxşar mənzərə ilə rastlaşdı. Yenə otağın ortasına böyük bir miz, onun üstünə dadlı xörəklə dolu iri boşqab qoyulmuşdu. Mizin ətrafında dövrə vurub oturanların da qoluna bitişik uzun qa-şıqları vardı. Amma bu adamlar o birilər kimi arıq deyildilər, ac görünmürdülər. Deyib-gülür, sevinirdilər, bədənləri də kök və sağlam idi. Adamı əvvəlcə heyrət bürüdü. Əgər hər şey o biri otaqdakının eynidirsə, bunlar hansı yolla xörəyi yeyirlər? Axı uzun dəstəli qaşığı ağızlarına aparmaları qeyri-mümkün idi. Daha ətraflı » -
11AvqƏdəbiyyat BİR DƏSTƏ QIZILGÜL üçün şərhlər bağlıdır
(Mini hekayə)
Baharla Əliş bir ay deyildi ki, nişanlanmışdılar. Hər iki ailədə payız toyuna ciddi hazırlıq gedirdi.
Aprel döyüşləri başlamağa iki gün qalmış əsgərlikdə topçu olduğundan Əlişi yenidən orduya çağırdılar. Bahar tutulsa da, Əlişin sevinci yerə-göyə sığmırdı. Ermənilərin vəhşiliyi uşaqlıqdan onun içində bir qisas ocağı yandırmışdı.
Döyüşün dördüncü günü Əlişdən qara xəbər gəldi. Hərbiçilər əsgər yoldaşlarını kəndə gətirib, çiyinlərində son mənzilə apardılar. O gündən Əlişgilin darvazasından bir qırmızı, bir qara lent asılı qaldı. Neçə müddət keçsə də, bu lentləri darvazadan götürməyə kiminsə əli gəlmədi. Lentlər darvazadan asılı qaldıqca, Baharın da qara paltarı dəyişmədi.
Aradan iki il keçməsinə baxmayaraq Bahar hələ də Əlişin yolunu gözləyirdi. Nə qədər elçi gəlirdisə, daş atıb başını tuturdu. Eləcə deyirdi, mən Əlişə xəyanət edə bilmərəm. Onun xiffətindən anası saç ağartmışdır. Atasının beli də elə bil bükülürdü. Əlişin anası da Bahara minnətçi düşmüşdür.
– Ay qızım,- deyirdi, oğul mənimdir, onun yarası da mənimlə gedəcək. Gəl ata-anana zülm etmə, ölənlə ölmək olmaz. Daha ətraflı »
Yeni ismarıclar