Azərbaycan Ordusu 44 günlük müharibə ərzində Ermənistan ordusu haqqında yaradılmış mifi darmadağın etdi. Müharibə dövründə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqləri dəf edərək, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələr dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları alt-üst etdi.
Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydu. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Daha ətraflı »
-
30AvqDigər ERMƏNİSTANLA APARILAN 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCANIN TARİXİ VƏ ŞANLI QƏLƏBƏSİ üçün şərhlər bağlıdır
-
30AvqTərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Rayon rəhbərliyi ənənəvi olaraq vaxtaşırı vətəndaşları qəbul edir, onların problemlərinin həllinə köməklik göstərilir, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır.
Bu dəfə də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib.
Vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildiriblər. -
30AvqXəbərlər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
HACIZADƏ CEYHUN İFRAYİL OĞLUNUN 29 YAŞI TAMAM OLDU
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət etdilər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlandılar.
Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqmətində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. -
30AvqXəbərlər ŞƏMİLOV AZƏR ELYAS OĞLUNUN DOĞUM GÜNÜ üçün şərhlər bağlıdır
Şəhid Azər Elyas oğlu Şəmilovun doğum günü münasibəti ilə Tərtər və Bərdə Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Alışarlı kəndində anadan olub.
1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib.
Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Bərdə rayo-nunun Kələntərli kəndində dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. -
30AvqXəbərlər QASIMZADƏ AZƏR YAQUB OĞLUNUN ÖVLADI YUSİFİN AD GÜNÜ üçün şərhlər bağlıdır
Tərtər rayonunun Yenikənd kəndindən olan, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimiz Qasımzadə Azər Yaqub oğlunun övladı Yusifin 6 yaşı tamam oldu.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, şəhid anası Maya Quluyeva, qazilər şəhidin ailəsinin yaşadığı evdə olublar. 6 yaşının tamam olması münasibəti ilə Yusifi təbrik etdib, xoş arzularını çatdırıblar, ailəsinə, vətəninə layiqli övlad olmasını arzulayıb, hədiyyələr bağışlayıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və qonaqlara öz minnətdarlıqlarını bildiriblər. -
30AvqXəbərlər MƏMMƏDOV ELMAN BƏHMƏN OĞLUNUN AD GÜNÜ üçün şərhlər bağlıdır
Bu münasibətlə ictimaiyyət nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elman Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! -
30AvqSəhiyyə DEZİNFEKSİYA İŞLƏRİ GÜCLƏNDİRİLİB üçün şərhlər bağlıdır
Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, insanların kütləvi toplaşdıqları yerlərdə həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, Tərtər rayonunda koronavirusa yoluxanların sayı digər rayonlara nisbətən azdır. Həm də camaat arasında geniş profilaktik və gigiyenik işlərin görülməsinə ciddi nəzarət olunur. Hər kəsə izah olunur ki, bu epidemiya necə yayılır, yoluxmalar necə baş verir və onun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir. -
30AvqƏdəbiyyat 2021-ci il “Nizami Gəncəvi İli”dir üçün şərhlər bağlıdır
BÖYÜK XALQIN BÖYÜK ŞAİRİ
Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərin təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
Nizami Gəncəvi 8 əsr bundan əvvəl yaşayıb yaratmışdır. Şair Gəncədə doğulub. Bu qədim şəhərin xarabalıqları indiki Gəncənin 5 kilometrliyində yerləşir. Şairin doğum ili 1141-ci il hesab olunur. Lakin “Xosrov və Şirin” poemasındakı aftobioqrafik məlumatların tətqiqi başqa qənaətlərə gəlməyə imkan verir. Belə deyilir ki, şair şir bürcü altında doğulmuşdur.
Şairin əmisi Xacə Ömər görünür, Azərbaycan hakimləri Atabəylərin Gəncədəki sarayında qulluq etmişdir.
Əsilzadə nəslindən olmasına baxmayaraq, Nizaminin ailəsi o qədər də böyük var-dövlətə malik deyildi. Amma hər halda valideynləri övladlarına o dövr üçün ən yüksək səviyyədə təhsil verməyə imkan tapmışdılar. Şair hələ uşaq çağlarından Quranı öyrənmiş, müsəlman hüququnu, “ədəb” kompleksinə daxil olan bütün fənləri dərindən mənimsəmişdi. Daha ətraflı » -
30AvqDigər Yurd-yuvalarına qayıtmaq həsrəti ilə yaşayanlar üçün şərhlər bağlıdır
DİDƏRGİNLİK AĞIR DƏRDDİR
Əzizim Vətən yaxşı,
Geyməyə Kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Bu bayatının ruhuna hopan Vətən sevgisi, yurd-yuva doğmalığı, el-oba vurğunluğu hər bir qeyrətli soydaşımızın qəlbində yuvalanıb.
Hara getsə, harda olsa qədirbilən hər bir soydaşımızın ürəyində bir Azərbaycan var, varlığında əziz bir məmləkət yaşayır, o məmləkət bütöv bir Azərbaycandır!
Məskənimsən, gözəl məkan,
Sənsən verən cismimə can.
Səndən özgə, Azərbaycan,
Nə var mənim ürəyimdə?
(Məmməd Aslan)
30 il doğma yurd-yuvasına qayıtmaq həsrəti ilə pörşələnən, didərgin soydaşlarımızı yandıran nisgil 44 günlük Vətən savaşındakı tarixi qələbədən sonra bir ümidə çevrildi.Erməni qəddarlığının və erməni barbarlığının yaratdığı qanlı cinayətlər, soyqırımlar nəticəsində öz ev-eşiklərindən perik salınmış 1 milyondan artıq məcburi köçkünlərimiz və qaşqınlarımızın ömürlərinə balta çalsa da, sağ qalanların hamısı geri dönmək istəyi ilə yaşayır, hətta Qərbi Azərbaycandan olan həmvətənlərimiz də öz tarixi torpaqlarına – İrəvana, Göyçəyə, Vedibasara, Dərələyəzə, Zəngəzura və digər mahallarımıza qayıtmağı səbirsizliklə gözləyirlər. Tarixdə ən murdar, ən alçaq və əxlaqsız varlığı tanıyaq deyə Xudaya erməni millətini xəlq eyləyib. Bir millətin varlığında nə qədər kin-küdurət, qısqanclıq, qana hərislik, türkə düşmənlik olmalıdır ki, erməni kimi olsun?! Daha ətraflı » -
30AvqDigər ZƏNGƏZUR MAHALININ SİSYAN (QARAKİLSƏ) RAYONU üçün şərhlər bağlıdır
Oğuz türklərinin qədim yurd yeri-Qarakilsə rayonu Sisyan Zəngəzur mahalının ən böyük rayonudur. Mahalın ərazisinin çoxu bu rayonun payına düşür.
Sahəsi 1719 kv.kmdir. Coğrafi yerləşməsi cənub-şərqdən Gorus rayonu, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəz (Vayk) mahalı və Naxçıvan MR ilə sərhəddir. Rayon Zəngəzur və Bərgüşad dağ silsilələrinin arasında yerləşir, dəniz səviyyəsindən 1400-2300 m. hündürlükdədir, dəniz səviyyəsindən ən yüksək nöqtə İşıqlı dağının zirvəsidir (3552 m.).
XX əsrin əvvəllərində rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayırdı. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azaldı,nəticədə 1988-ci ildə azərbaycanlılar qovulana qədər mövcud 38 yaşayış məntəqəsinin11-i azərbaycanlılara məxsus idi. Qalan yaşayış məntəqələrini ermənilər ələ keçirmiş, 38-i isə xarabalığa çevrilmişdir.
1886-cı ildə Sisyanda 21072, 1922-ci ildə 21586, 1986-cı ildə isə 34000 nəfər insan qeydə alınmışdır. Onların 70-80%-i azərbaycanlı olmuşdur. Daha ətraflı »
Yeni ismarıclar