DİDƏRGİNLİK AĞIR DƏRDDİR
Əzizim Vətən yaxşı,
Geyməyə Kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Bu bayatının ruhuna hopan Vətən sevgisi, yurd-yuva doğmalığı, el-oba vurğunluğu hər bir qeyrətli soydaşımızın qəlbində yuvalanıb.
Hara getsə, harda olsa qədirbilən hər bir soydaşımızın ürəyində bir Azərbaycan var, varlığında əziz bir məmləkət yaşayır, o məmləkət bütöv bir Azərbaycandır!
Məskənimsən, gözəl məkan,
Sənsən verən cismimə can.
Səndən özgə, Azərbaycan,
Nə var mənim ürəyimdə?
(Məmməd Aslan)
30 il doğma yurd-yuvasına qayıtmaq həsrəti ilə pörşələnən, didərgin soydaşlarımızı yandıran nisgil 44 günlük Vətən savaşındakı tarixi qələbədən sonra bir ümidə çevrildi.Erməni qəddarlığının və erməni barbarlığının yaratdığı qanlı cinayətlər, soyqırımlar nəticəsində öz ev-eşiklərindən perik salınmış 1 milyondan artıq məcburi köçkünlərimiz və qaşqınlarımızın ömürlərinə balta çalsa da, sağ qalanların hamısı geri dönmək istəyi ilə yaşayır, hətta Qərbi Azərbaycandan olan həmvətənlərimiz də öz tarixi torpaqlarına – İrəvana, Göyçəyə, Vedibasara, Dərələyəzə, Zəngəzura və digər mahallarımıza qayıtmağı səbirsizliklə gözləyirlər. Tarixdə ən murdar, ən alçaq və əxlaqsız varlığı tanıyaq deyə Xudaya erməni millətini xəlq eyləyib. Bir millətin varlığında nə qədər kin-küdurət, qısqanclıq, qana hərislik, türkə düşmənlik olmalıdır ki, erməni kimi olsun?!
Biz azadlığa qovuşan işğal altında olmuş ərazilərimizə – Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Laçına, Kəlbəcərə və digər tarixi yerlərimizə baxın, hər yan viran qoyulub, talanıb, darmadağın edilib, salamat bir tikili, bir yol, bir qəbristanlıq, bir ibadət yerimiz qalmayıb, xarabaya çevrilib! Hətta təbiətə elə qəsd edilib, meşələr doğranıb, çaylar, göllər zəhərlənib, bir sözlə, yerin altı da, üstü də erməni əcinnələri tərəfindən qəddarcasına məhv edilib! Azərbaycan dilində elə söz yoxdur ki, bunların iyrənc xislətini ifadə etsin!
Yurd həsrəti soydaşlarımızı o qədər göynədib ki, o qədər dağlayıb ki, qadağalara, ölüm təhlükəsinə baxmayaraq, gizli yollarla yenə öz yurd yerlərinə, xarabaya çevrilmiş dam-daşlarına, həyət-bacalarına baş çəkmək üçün gedir, o yerləri görüb biraz toxtaqlıq tapır, neçə illik ayrılığı göz yaşlarına çevirirlər. Bu adamlar bilirlər ki, qanunları pozurlar, mina partlayışından ölə bilərlər, amma yenə yurd-yuva doğmalığı onları çəkib o yerlərə aparır. Mən belələrini qınamıram. Çünki on-ların yaşadıqlarını, keçirdikləri hissləri mən də ya-şayıram, mən də keçirirəm.
Düzdür, dövlətimiz qaçqın və məcburi köçkün olan soydaşlarımıza hər cür qayğı və diqqət göstərir, onlar üçün qəsəbələr salır, yaşayış mənziləri tikib istifadəyə verir. Sosial müdafiələrini hər cür təmin edir güzəranlarını ilbəil yaxşılaşdırır, lakin insanların ürəyində yenə doğma dam-daşda, kənd-kəsəkdə yaşamaq istəyi, o yerlərə qayıtmaq arzusu sönmür, azalmır. Bu da təbiidir və belə istəklər insanın özündən asılı deyil. Bu, Allahın insanın varlığına hopdurduğu müqəddəs bir duyğudur.
Erməni faşizmi nəticəsində Tərtərə pənah gətirən, burada məskunlaşan bir çox yurddaşımız var. Birinci Qarabağ müharibəsində öz dədə-baba yurd-yuvalarını tərgidib, ölümün pəncəsindən qaçan qardaş və bacılarımıza tərtərlilər qucaq açmış onları öz doğmaları kimi bağırlarına basmış, tikələrini para bölmüş, yaşamaq üçün qoyunlarında yer vermişlər. Ermənistandan zorla qovulan, Kəlbəcərdən, Laçından, Ağdamdan, Şuşadan, Xocalıdan, Cəbrayıldan yüzlərlə soydaşımız Tərtərə sığınıb, burada yalnız sevgi, qayğı və diqqət görüblər, özlərini öz ocaqlarındakı kimi hiss ediblər. Rayon rəhbərliyi və bütün təşkilatlar el-obaları yağmalanan bu qərib insanlara həsrətlərinin ovunması üçün yardımçı olublar, təknələrinə ortaq ediblər, ruzilərini qardaş malı kimi aralarında para bölüblər, xeyirləri-şərləri bir olub, dərdlərini öz dərdləri, sevinclərini öz sevincləri qəbul ediblər. Bir-birinə qız ərə verib, oğlan evləndiriblər, qohumlaşıblar, qaynayıb-qarışıblar.
Ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də qaçqın və məcburi köçkünlərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, onların hər bir istəyinin yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunur. Bayramlarda və xüsusi günlərdə hər birinin ayrılıqda qapısı döyülüb, sovqatı paylanılıb, çətinlikləri öyrənilib, köməkliklər göstərilib. Tərtərlilər elə ediblər ki, onlar öz qəribliklərini qaçqın-köçkünlüklərini hiss etməsinlər. Dövlət səviyyəsində onlara yaxşı yaşayış şəraiti yaradılıb, çoxu işlə təmin olunub, dolanışıq yerləri açılıb.
Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaç-qın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. 1170 məcburi köçkün ailəsi üçün Tərtər rayonunda inşa olunan dördmərtəbəli 34 yaşayış binasının tikintisi də buna sübutdur. Buradakı qəsəbənin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dörd otaqlıdır. Bu qəsəbəyə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.
50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri– məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb.
Məcburi köçkün və qaçqınlar üçün təkcə Tərtərdə deyil ölkəmizin hər yerində belə gözəl, abad və müasir şəraiti olan şəhərciklər salınıb, rahatlıq yaradılıb. Bütün bunlara baxmayaraq yenə yurd-yuvalarına qayıtmaq həsrəti ilə yaşayan soydaşlarımız günləri sayırlar, qulaqları səsdə, gözləri yolda qalıb.
İndi işğaldan azad olunmuş rayonlarımızda sürətli bərpa və quruculuq işləri gedir, “Ağıllı şəhər”, “Ağıl-lı kənd” layihələri yerinə yetirilir, “Yaşıl enerji” istiqamətində proqramlar həyata keçirilir.
Qayıdış prosesini ləngidən amillərdən ən əsası minalar basdırılmış ərazilərin təmizlənməsidir. Təsəvvür edin, təkcə Ağdam rayonu-nun ərazisində 97 min tank və piyada əleyhinə mərmi basdırıb bu əclaflar! İşğal altında olmuş digər rayonlarımızın ərazilərində basdırılan minaları bu rəqəmə uyğun hesablasaq, görün, hansı acınacaqlı vəziyyət alınır! Heç bir işğalçı ölkə işğal etdiyi ölkənin ərazisində belə düşmənçilik eləməyib. Ermənilərin bizə qarşı bəslədikləri kinin səviyyəsini elə basdırılmış bu minaların sayı da müəyyən edir. Bütün beynəlxalq hüququn norma və qaydalarını pozan bu riyakar və azğın millət basdırılmış minaların xəritələrini də bizə vermir ki, daha çox ölümə və qan-qadaya səbəb olsunlar.Çünki tarixən onlar kişi kimi döyüşməyi bacarmayıblar. Həmişə tülki kimi hiyləgərlik ediblər, qorxaq və yaltaq olublar. İndi də belədirlər. Prezidentimiz deməli, kişisənsə gəl təkbə-tək vuruşaq, gedib onun-bu-nun dabanını yalayıb kö-mək istəmə. Erməni millətinin xisləti budur!
Həm xarabazara döndərilmiş yaşayış məskənlərimizi yenidən qurmaq, həm dağıdılmış infrastrukturu bərpa etmək, həm də partlayıcı maddələrlə çirkləndirilmiş əraziləri təmizləmək üçün müəyyən zaman lazımdır. Həm də bu işlər elə də asanlıqla başa gəlmir– külli miqdarda vəsait və ağır zəhmət tələb edir.
Lakin yurd-yuva həsrəti belə şərtlərə baxmır. Elə didərginlərimiz var ki, dağıdılmış evinin çuxurunda, uçulmuş divarların dibində yaşamağa belə hazırdır, təki doğma od-ocağın hənirini duysun, o kənd-kəsəyin havasını udsun. Mən bu hissləri Tərtər rayonunun Şıxarx qəsəbəsində salınmış köçkün şəhərciyində olarkən dəfələrlə duymuşam. O insanların arasına tez-tez gedirəm və onların yurd-yuva həsrətləri mənə doğmadır.
Bir dəfə o qəsəbədə bir ailənin qonağı olarkən Kəlbəcərli ağbirçək nənənin 3-cü mərtəbədəki evinin pəncərəsindən Murov dağına tərəf baxdığı həsrətli və kədərli baxışları yadaşıma həkk olunub qaldı və o nisgilli gözlər heç vaxt yadımdan çıxmayacaq!
O gün gələcək ki, o ağbirçək nənə kimi bütün didərginlərin yurd-yuva həsrətinə son qoyulacaq və çöhrələrə hopmuş 30 illik intizar sevincə çevriləcək!
Tofiq Yusif