“Yeni Tərtər” qəzetinin redaksiyasinda Tofiq Yusif başda olmaqla işinin öhtəsindən gələn peşəkar kollektiv çalişir. Bu kollektiv istər Birinci Qarabağ istərsə də, İkinci Qarabağ müharibəsində işgüzar əmək sərf edərək, çox gərgin bir şəra-itdə fəaliyyət göstərmişdir. “Yeni Tərtər” qəzeti çox bö-yük nailiyyətlərə imza atmışdır, qəzet bütün sahələrdə – təhsil, sosial-iqtisadi, siyasi və mədəni sahələrdəki problemlərə toxunur, bu-nunla yanaşı Tərtərin quruculuq işləri haqqında da oxuculara geniş məlumatlar verir.
Bu gun də “Yeni Tərtər” qəzeti Vətən müharibəsində qələbə sevincini bizlərə yaşadan qazilərimizin, şəhidlərimizin döyüş yolları haqqında məlumat verməklə yanaşı, onların problemlərinin həllində də mühüm rol oynayır. Qəzet Qarabağ müharibələri zamanı ordumuza maddi və mənəvi dəstək olan Tərtər camaatının göstərdiyi fədakarlıqları geniş işiqlandırıb. Daha ətraflı »
-
20AvqDigər SƏMİMİ KOLLEKTİV üçün şərhlər bağlıdır
-
20AvqDigər QƏHRƏMAN TƏRTƏRİN “YENİ TƏRTƏR” QƏZETİ! üçün şərhlər bağlıdır
Yaddan çıxmayan tarix 2005-ci ildə “Yeni Tərtər” qəzeti fəaliyyətə başladı. İlk gündən qəzet vətənpərvərlikdən və Tərtərimizin gözəlləşməsindən, abadlaşmasından danışdı. Bu, qəzetin şüarı oldu.
Ölkə Başçısının dövlətçiliklə bağlı fəaliyyəti, Tərtər Rayon İcra Hakimiyyətinin rayonumuzla bağlı apardığı işlər, iqtisadi durumunun işıqlandırılması, “Köhnə kişilər rubrika” sı, tarixi yerlərimiz, “Şəhidləri”miz, qazilərimizə göstərilən qayğı, milli adət-ənənələrimiz, “Həkim məsləhəti”, “Poeziya”, “Ziyalılar”ımız və s. Mövzular “Yeni Tərtər” qəzetində mükəmməl şəkildə işıqlandırılmışdır.
Mən çox məmnunam ki, Tərtər rayonunda belə bir demokratik ruhlu, doğruları qələmə alan qəzet fəaliyyət göstərir. Buna görə də “Yeni Tərtər” qəzetinin Baş redaktoru “Qızıl Qələm” mükafatına layiq görülmüş cənab Tofiq Yusifə və qəzet kollektivinə minnətdaram! Daha ətraflı » -
20AvqHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
GÖZÜ YAŞLI ANA İLƏ GÖRÜŞ
“Şərəfsiz yaşamaqdansa, şərəflə ölmək yaxşıdır”. Bu sözləri yalnız qeyrətli, vətənpərvər, qorxub-çəkinməyən oğullar deyirlər.
Əjdər Sabirli valideynlərinə deyərmiş : “Müharibə başlasaydı, bu şərəfsiz erməniləri qırardıq!”
İllərdir xalqın çəkdiyi vətən həsrəti, yurd ayrılığı mərd oğullarımızın gözləri qarşısındadır. Sabirli Əjdər Xanlar oğlu rayonumuzun Hacallı kəndində yaşayırdı. Onun amalı belə idi: “Vətənin qəhrəman oğluna çevrilərək Vətən torpağı uğrunda ya şəhid, ya qazi olmaq!”.
Əjdərin də qismətinə şəhidlik düşdü, – ən uca zirvə, ən uca məqam! Ömrünün təravətli, Daha ətraflı » -
20AvqHərbi vətənpərvərlik QIRILAN ÜMİDLƏR üçün şərhlər bağlıdır
Səbuhi Məmmədov Kəngərli kəndindən şəhid olmuş igidlərdəndir. Orta təhsilini də burada – boya-başa çatdığı Kəngərli kəndində alıb. Bütün tay-tuşları kimi o da həqiqi hərbi xidmətə gedib. Əsgəri borcunu Naxçıvanda yerinə yetirib. Səbuhi ailədəki 3 övladın böyüyü idi. Ağır təbiətliydi, böyük-kiçik yolu biləniydi.
Bu gün Səbuhi haqqında keçmiş zamanda danışmağımın səbəbi onun şəhid olmasıdı. Axı, 44 günlük Vətən müharibəsi başlayanda Səbuhi də 21 sentyabrdan səfərbərliyə yazıldı. Qısa müddətli toplanışda iştirak etdikdən sonra– 27 sentyabr 2020-ci ildə ermənilərin məkrli niyyətlərinin qarşısını almaq üçün ayağa qalxan döyüşçülərin sırasında idi. Daha ətraflı » -
20AvqHərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır
GƏNCLİYƏ ÖRNƏK
Şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri Nəzrin və Əfruz Kərimzadələrin şəhidlərimiz və qazilərimiz haqqında hazırladıqları kiçik videoçarxa baxandan sonra maraqlandım ki, Vətən müharibəsində döyüşərək qazi adı qazanmış bu həmyerlimiz kimdir.
Qüdrətzadə Rəşad Balamirzə oğlu, müəllim ailəsində böyüyüb, nənəsi Sona, anası Mehriban müəllimdirlər.
Rəşad həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmətə yazılıb. Buna səbəb torpaqlarımızın işğal altında qalmasıydı. Daha ətraflı » -
17AvqDigər “TORPAQLARIMIZIN İŞĞALDAN AZAD OLUNMASI XALQ QARŞISINDA, TARİX QARŞISINDA, GƏLƏCƏK NƏSİLLƏR QARŞISINDA BİZİM BORCUMUZ İDİ VƏ BİZ BU BORCU ŞƏRƏFLƏ YERİNƏ YETİRDİK” -DÖVLƏT BAŞÇISI üçün şərhlər bağlıdır
Bu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı.
Bu fikirləri Azərbaycan Prezidenti cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Daha ətraflı »
-
11AvqTərtər RİH-də ÖLKƏ RƏHBƏRLİYİNƏ MİNNƏTDARLIQ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, əkin sahələrinin, həyətyani sahələrinin suvarılması, özünüməşğulluq problemləri, ünvanlı sosial müavinət ala bilməmələri və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər.
İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar kompensasiyaların ödəniləcəyini bildirib, əsassız müraciətlərə müvafiq izahatlar verilib.
Rayon sakinləri görülən işlərə görə və Vətən müharibə-sində şəxsi əmlaklarına dəymiş ziyanın ödənilməsi ilə bağlı ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. -
11AvqXəbərlər GÖRÜLƏN İŞLƏRLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğu olan “EvoğluAzadqaraqoyunlu-Aşağı Qapanlı-İlxıçılar-Köçərli” kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan Avtomobil Yolları Agentliyi artıq yolun çəkilişinə başlayıb. Çəkilən yol 10 metrə qədər genişləndirilib, yolun 6 metri hərəkət hissəsi, 2 metr isə çiyin hissələridir. Artıq yola iki laydan ibarət asfaltbeton örtüyü döşənir. Yol boyu avtobus dayanacaqları, yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün lazimi işlər görüləcək.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni qurulan avtomobil yolunun çəkilişi ilə bağlı Azadqaraqoyunlu kəndində olub, görülən işlərlə tanış olaraq sakinlərlə söhbət edib, onların problemlərini dinləyib.
Kənd sakinləri Natiq Umudov, Xuraman Məmmədova, Həqiqət Əliyeva, Yaqub Məmmədov, Daha ətraflı » -
11AvqXəbərlər ŞƏHİD ABİDƏSİNİN VƏ XATİRƏ BULAĞININ AÇILIŞI üçün şərhlər bağlıdır
Tərtər rayonunun Kəngərli kəndində birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan “Şəhidlər abidəsi”nin açılışı olub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə şəhid polkovnik leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev və şəhid baş leytenat Qənbər Qənbərlinin atası Bəhruz Qənbərli çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zə-fər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qay-ğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdən sonra kənddə Vətən müharibəsi şəhidi Qulu-zadə Elmin Şəmsi oğlunun xatirəsinə tikilmiş bulaq da istifadəyə verildi. -
11AvqXəbərlər ŞƏHİDLƏRİMİZİN DOĞUM GÜNLƏRİ QEYD EDİLDİ üçün şərhlər bağlıdır
Ələkbərli Əkbər Ramiz oğlu
Şəhidimiz Ələkbərli Ələkbər Ramiz oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, “Azərişıq” ASC-nin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Ələkbər hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq xidmət qulluqçusu olaraq işini davam etdirib.
Ələkbər 2020-ci il sentyabrın 27-dən Ermənistan ordusuna qarşı əks-hücm əməliyyatlarına qoşularaq işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə apardığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.Abbasov Xaliq Asif oğlu
Vətən müharibəsində Qəhraman Tərtərin qəlbləri vətən eşqi ilə döyünən, arxa cəbhədə fəallığı və cəsurluğu ilə seçilən mülki şəhidləri Xaliq və Elşən Abbasov qardaşlarından Xaliq Abbasovun doğum günü qeyd edildi.
Abbasov Xaliq Asif oğlu 24.07.1981-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olub. 28.09.2020-ci tarixdə mənfur düşmənlərin Tərtər rayonunun Şıxarx qəsəbəsini artileriya atəşinə tutması nəticəsində şəhid olub.
Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veteranlar təşkilatlarının nümayəndələri, şəhidin yaxınları və qazilər şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Sonra şəhidlərin ailəsini ziyarət edərək qayğıları ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Yeni ismarıclar