09İyl
MÜHARİBƏNİN YARATDIĞI İNAM
44 günlük müharibədən 8 ay keçməsinə baxmayaraq hələ də aldığı yara sağalmayıb, əlilliyinə səbəb olub. Haqqında yazmaq istədiyim qazimiz 1979-cu il oktyabrın 4-də İrəvanlı kəndində doğulan Abdullayev Arzuman Qasım oğludur. O bu günlərdə redaksiyamızın qonağı oldu. Ömrünün bu gününə kimi keçən anlarından–yeniyetməlik çağlarından, hərbi xidmət dövründən, bir də Vətən müharibəsi dövründən qarşılaşdığı dəhşətli günlərdən söz açdı. Dedi ki, onun yeniyetməlik dövrü doğulduğu İrəvanlı kəndində keçib. Orta məktəbi bitirdikdən sonra kişilik məktəbi olan həqiqi hərbi xidmətə çağrılıb. Xidmət müddəti Füzuli rayonunda keçib, motoatıcı bölüyündə xidmət edib. Daha ətraflı »
09İyl
Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.
Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.
1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar. Daha ətraflı »
09İyl
Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdandır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bu-nu bir daha sübut etdi. Vüsalın nəsil-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibəsi başlaysan gündən mən Şakir qardaşımla hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəşinə tutur, onları qorxutmaq istəyirdi. Lakin igid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmadılar. Ötən ilin oktyabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəslə qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşçü Suqovuşanın azad olunmasında şücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəllə-beyin travması alıb. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılıb və azğın düşmənə qan uddurub. Könüllü döyüşçünün həyat səlnaməsinə qısaca da olsa nəzər salaq.Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonun Əskipara kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. Daha ətraflı »
06İyl
Bildiyimiz kimi qeyri neft sənayesinin inkişafı Ölkə Başçısının iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər nəticəsində son illərdə Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları, aqro parklar yaradılmışdır. Bu da daxili tələbatın ödənilməsində yerli məhsulların payını artırmış, ixrac imkanları genişlənmişdir. Bu istiqamətdə görülən tədbirlər sırasında Ələt Azad İqtisadi Zonasının yaradılması da əhəmiyyətli hadisədir. Bildiyimiz kimi iyulun 1-də Ölkə Prezidenti cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunmuşdur ki, 850 ha ərazidə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Artıq 60 ha ərazidə layihələndirmə işləri başa çatmış və tikintiyə başlanılmışdır. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd yumşaq iqtisadi şərtlərlə, münbit biznes şəraitində xarici investorları Ölkəmizə cəlb edərək qeyri neft sənayesinin əhatə dairəsini genişləndirməklə dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalını və ixracını təmin etmək Daha ətraflı »
Yeni ismarıclar