Müzəffər ordunla öyün, elimiz, Qarabağdan keçir döyüş yolumuz. Qüvvətlidir, bükülməzdir qolumuz, Qələbə sənindir, vur, igid əsgər!
|
Təlxəklik eyləyir faşist Paşinyan, Bütün dünya bilir, danışır yalan. Var olsun Ərdoğan, Ali komandan, Qələbə sənindir, vur, igid əsgər!
|
Şəhidlərin qanı yerdə qalarmı? Qartallar qarğaya əsir olarmı? İgid torpağını dara salarmı? Qələbə sənindir, vur, igid əsgər! |
Erməni terrorçu, erməni barbar, Onlarda olmayıb nə namus, nə ar. Haqqa güvənənlər qələbə çalar, Qələbə sənindir, vur, igid əsgər!
|
Paşinyan tula tək daban yalayır, Rusa, fransıza quyruq bulayır. Bilib ki, uduzub, yerində sayır, Qələbə sənindir, vur, igid əsgər! |
Qoy yaşasın Azəri türk dostluğu, Tutduğumuz yoldur Öndərin yolu. Günümüz zəfərlə doludur, dolu, Qələbə sənindir, vur, igid əsgər! Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, “Həkəri”nin bölgə müxbiri, Qəbələ rayonu Bum qəsəbəsi |
-
09İyl
Müəllif: Redaktor, 09:46