Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06İyl

    Bildiyimiz kimi qeyri neft sənayesinin inkişafı Ölkə Başçısının iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər nəticəsində son illərdə Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları, aqro parklar yaradılmışdır. Bu da daxili tələbatın ödənilməsində yerli məhsulların payını artırmış, ixrac imkanları genişlənmişdir. Bu istiqamətdə görülən tədbirlər sırasında Ələt Azad İqtisadi Zonasının yaradılması da əhəmiyyətli hadisədir. Bildiyimiz kimi iyulun 1-də Ölkə Prezidenti cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunmuşdur ki, 850 ha ərazidə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Artıq 60 ha ərazidə layihələndirmə işləri başa çatmış və tikintiyə başlanılmışdır. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd yumşaq iqtisadi şərtlərlə, münbit biznes şəraitində xarici investorları Ölkəmizə cəlb edərək qeyri neft sənayesinin əhatə dairəsini genişləndirməklə dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalını və ixracını təmin etmək və 10 minlərlə yeni iş yerlərinin yaradılmasına nail olmaqdan ibarətdir.Bundan əlavə bu layihə Ölkəmizə böyük dvidentlər qazandıracaq, iqtisadi gücümüzü daha da artıracaqdır. Ölkə Prezidentinin burada atdığı təməl bu sahədə atılacaq yeni bir addım oldu.

    İlham Əliyev təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasında verdiyi müsahibədə bu sənaye infrastrukturunun əhəmiyyəti haqda müfəssəl məlumatlar verdi. Belə ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsinin dövlət siyasətinin əsas prioriteti olduğunu və bu layihənin qeyri-neft sektorunun inkişafına xidmət edəcəyini vurguladı.

    Eyni zamanda Ölkə Başçısı burada yaradılacaq iqtisadi şəraitin də xarici investorlar üçün cəlbedici olacağını və daxi olan investisiyanın qeyri neft sənayesinin əhatə dairəsinin daha da genişlənməsinə səbəb olacağını bildirdi.

    Prezident bildirdi ki, bu layihənin səmərəli icrasının təmin edilməsi məqsədilə hələ 2017-ci ildə müvafiq Sərəncam imzalanmış, 2018-ci ildə qanun qəbul edilmişdir. Ələt Azad İqtisadi Zonası haqda yaradılmış qanunvericilik bazası həm investorların, həm də dövlətin maraqlarına xidmət edəcəkdir. Bir cəlbedici məqam da ondan ibarətdir ki, dünyada pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirinin davam etməsi ərəfəsində Dövlətimizin bu layihəni reallaşdırmağa başlaması böyük risk tələb edir. Şübhəsiz Ölkə Başçısı dünya iqtisadiyyatının Azərbaycana və onun Dövlət siyasətinə olan inamına arxalanaraq bu qətiyyətli addımı atmışdır. Görünür ki, bütün risqlər qiymətləndirilmiş və bu ideyanın reallaşdırılması üçün tarixi vaxt düzgün seçilmişdir.

    İndiyədək Azərbaycan müxtəlif infrastruktur layihələrinin icra olunması iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu layihənin də icra olunmasında tələb olunan ilkin şərtlərin mövcudluğu işin gedişatına öz müsbət təsirini göstərəcəkdir.

    Layihənin məhz Ələt qəsəbəsində salınmasının da bu amillərdən asılı olduğu Ölkə rəhbəri tərəfindən qeyd olunmuşdur. Eyni zamanda ərazinin əlverişli mövqeyi, burada dəniz limanının mövcudluğu bu seçimi şərtləndirən amillər sırasındadır.

    Layihənin uğurla icra olunmasına əminlik yaradan əsas amillərdən bir də Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq beynəlxalq hesabatlarda Azərbaycanın üstünlüyüdür. Ölkə Prezidenti müsahibəsində Davos Forumunun hesabatında Azərbaycanın elektrik təchizatında dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, Xəzər gəmiçiliyinin gəmiçilik xidmətlərinə görə 25-ci yerdə olduğu və avtomobil yollarının keyfiyyətinə görə dünyada 24-27-ci yerləri bölüşdürdüyünü qeyd etmişdir. Bu göstəricilər dünyada inkişaf etmiş ölkələr arasında Ölkəmizin xüsusi çəkisini aydın göstərir. Bu da öz biznesini inkişaf etdirmək istəyən istənilən xarici sərmayəçinin marağına səbəb olmaya bilməz.

    Neft kapitalını insan kapitalına çevirmək şüarı ilə indiyədək dövlətin dəstəyi ilə gənclərimiz xarici ölkələrdə təhsil alaraq ölkəmizə qayıtmışlar. Bu gün iqtiadiyyatın müxtəlif sahələrində azərbaycanlı gənc mütəxəssislər kifayət qədərdir. Ona görə də cənab Prezident bunun da layihənin icra olunmasında bizə uğur gətirəcəyini qeyd etdi.

    Digər mühüm bir amil Ölkəmizdə təhlükəsizlik mühitinin mövcudluğudur. Təsadüfi deyil ki, cənab Prezident vurguladı ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ölkədə Xalq İqtidar birliyi nəticəsində daxili sabitliyin olması, Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində uzun müddətli sülhə nail olunması, müxtəlif xalqların, mədəniyyətlərin, dinlərin inkişafı üçün şəraitin yaradılması, iqtisadi etibarlılıq azad biznes mühitinin olmasından xəbər verir.

    Odur ki, yaxın gələcəkdə yəni 2022-ci ildə Ələt Azad İqtisadi Zonası xarici investorları qəbul edəcəkdir. Prezidentin qeyd etdiyi kimi elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin

     

    Müəllif: Redaktor, 09:08

İsmarıclar bağlıdır.