Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Daha ətraflı »
-
19AprMilli-mənəvi dəyərlər RAMAZAN AYI üçün şərhlər bağlıdır
-
19AprDigər ƏFSANƏVİ QƏHRƏMAN üçün şərhlər bağlıdır
Vəzir Surxay oğlu Orucov…
Əfsanəvi qəhrəman, namərd düşmənin üstünə əlində silah gözünü qırpmadan gedən qorxubilməz, yenilməz bir igid. «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüş Tərtərin ilk cəngavər oğlu. Döyüşçü dostlarının xatirələrində, Azərbaycan xalqının ürəyində özünə əbədi məskən salmış əsl vətəndaş. Bu gün onun cəsarəti, döyüşlərdə göstərdiyi igidlikləri haqqında saysız-hesabsız rəvayətə bənzəyən, əslində isə gerçək olan neçə-neçə maraqlı əhvalatlar danışırlar. Onun hər döyüşü bir qəhrəmanlıq salnaməsidir.
Vəzir Orucov 1956-cı il dekabr ayının 11-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. Bir il sonra hərbi xidmətə çağrılmış, hərbi xidmətdən sonra təhsilini başa vurub doğma rayonuna dönərək əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildən 1992-ci ilədək ailə həyatı quraraq Rusiyanın Arxangelsk Vilayətində yaşamışdır. Daha ətraflı » -
19AprDigər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
ZƏHMƏTKEŞ AİLƏNİN İGİD OĞLU
Onları Yuxarı Qapanlı kəndində hamı zəhmətkeş bir ailə kimi tanıyır. Firqani və Arifə öz halal zəhmətləri ilə–təsərrüfat işləri ilə məşğul olaraq 3 oğul övladı böyüdürdülər. Rüstəm ailənin böyük oğlu idi. O, 2001-ci il sentyabr ayının 22-də Qapanlı kəndində anadan olmuşdu. Elə doğulduğu kənddə də orta təhsili almış, böyüyüb boya-başa çatmışdır.
Vətən borcunu yerinə yetirmək vaxtı idi. Həmyaşıdları kimi o da 2019-cu il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırıldı, Daşkəsən rayonunda “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirirdi. Hərbi xidmət müddəti Rüstəm üçün ən unudulmaz anlar idi. O həm burda özünə yeni yoldaş və dostlar tapır, həm də “kişilik məktəbi” keçirdi. Bu müddətdə hərbi texnikanın sirlərini öyrənmişdi.
Artiq bir ilə yaxınıydı ki, Vətənin bir əsgər oğlu kimi qulluq edirdi. Ad gününü də burada qeyd etmişdi. Həmin gün valideynləri ilə telefonla əlaqə saxlamışdı və hər şeyin çox gözəl olduğunu söyləmişdi. Lakin, bütün bu xoşbəxt günlərin sonunda nələr baş verəcəyindən əsgər Rüstəm də valideynləri də xəbərsiz idilər. Son vaxtlar ağızlarda gəzən müharibə söhbəti ata-ananı narahat etsə də, bu barədə bir kəlmə danışmırdılar. Dövlətimizin siyasətinə hamı kimi onlar da inanırdılar.
Sentyabrın 27-i… Mənfur ermənilərin məkrli təxribatları dözülməz həddə çatmışdı. Daha ətraflı » -
19AprDigər PƏRƏN-PƏRƏN OLMUŞ ARZULAR üçün şərhlər bağlıdır
Elməddin Əliyev Qazyan kənd tam orta məktəbin məzunu olub. Orta məktəbdə təhsil aldığı illərdə pis oxumayıb. Amma qismətində ali təhsil almaq olmayıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Füzuli rayonunda çəkib hərbi xidmətini. Vətənə borcunu verdikdən sonra ordudan ayrılmaq istəməyib. Hərbidə qalıb xidmət etmək istəsə də, işi alınmayıb. Ona görə də bir müddət Bakı və Moskva şəhərlərində işləməli olub. Özündən kiçik qardaşı Samir Ordumuzda xidmət edirdi. Odur ki, doğma kəndə qayıtmışdı. Samirlə söhbəti onun hərbiçi olmaq istəyinin reallaşmasına zəmin yaratmışdır.
2 il idi ki, Elməddin Orduda müddətdən artıq xidmət edirdi, ”N” saylı hərbi hissənin həmlə bölməsində kiçik çavuş idi. Elməddin hələ orta məktəbdə oxuduğu zamanlarda idmanın ağır atletika növü ilə məşğul olurdu. Bir neçə dəfə yarışlarda iştirak edərək, uğurlar qazanmışdı, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı. Ordumuzun tərkibində xidməti zamanı da idmanı unutmamışdı, ağır atletika ilə daim məşğul olurdu.
27 Sentyabr 2020-ci il Elməddin bütün Azərbaycan xalqı və Azərbaycan ordusunda xidmət edən zabit və əsgərlərimiz kimi düşmənə qarşı mübarizəyə qalxdı. Daha ətraflı » -
19AprMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
DİNİ KƏBİN VACİBDİRMİ?
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var. Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.
Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənən qadınlar gələcəkdə müxtəlif problemlərlə üzləşirlər.
Maraqlıdır, doğrudanmı dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır?Ümumiyyətlə, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir?
“İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül kəbinsiz yaşamağın zina hesab edildiyini demişdir.
“Kəbin kəsdirmək üçün hər iki tərəfin – qızın və oğlanın razılığı olmalıdır. Daha ətraflı » -
19AprDigər VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN ŞANLI QƏLƏBƏ AZƏRBAYCANIN QÜDRƏTİNİN GÖSTƏRİCİSİDİR üçün şərhlər bağlıdır
Azərbaycan xalqinin başına gətirilmiş müsibətlərin tarixin hər dönəmində baş verməsi haqqında hər bir vətəndaşımızın müəyyən qədər məlumatı vardır. Hazırki dövrdə yaşayan insaların gözü qarşısında baş vermiş Qarabağ müsibətləri xalqımızın səbr kasasını daşdırırdı. Müstəqilliyimizin ilk illərində mənfur qonşularımıza qarşı aparılan mübarizənin plansız şəkildə təşkil olunması, orduda baş verən özbaşınalıq və vahid ordu komandanlığının olmaması bizi döyüş meydanında məğlub duruma saldı. Son illərdə aparılmış əməli iş nəticəsində Azərbaycan regionda iqtisadı və hərbi sahədə güclü bir dövlətə çevrildi. Öz dədə-baba torpaqlarından didərgin edilmiş insanların, 30 ildir oğlunun qayıdacağını gözləyən anaların və atasının üzünü görməyən şəhid övladlarının yarasının üstünə su səpməyin zamanı gəlmişdi. Belə bir məqamda xalqın dəstəyinə və müzəffər ordunun gücünə əmin olan Ali Baş Komandan öz planını hazırlayaraq 10 milyonluq “ordu”ya döyüş əmrini verdi. Ali Baş Komandanın siyasi arenadakı üstünlüyünü, Daha ətraflı »
-
19AprDigər MÜHARİBƏ ZAMANI BEYNƏLXALQ İCTİMAİYYƏT BİR DAHA ERMƏNİ BARBARLIĞININ ŞAHİDİ OLDU. üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə son qoyuldu.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Bu fikirləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir. Daha ətraflı »
-
14AprDigər Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir üçün şərhlər bağlıdır
Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birinı təşkil edir. Daha ətraflı »
-
09AprXəbərlər SOYQIRIM QURBANLARININ XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
-
09AprXəbərlər ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır
Tərtər rayonundan 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətində gedən vuruşlarda şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun şəhidliyinin 5-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin ailəsinə baş çəkmiş, onun xatirəsi yad edilmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Şəhidin valideynləri Bəhruz və Maya İsgəndərovlar və yaxınları onunla bağlı xatirələrini söyləmişlər.
Nicat İsgəndərov aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı Tərtər şəhərinin abad küçələrindən birinə verilərək əbədiləşdirilib. İctimaiyyət nümayəndələri şəhidin 5-ci ildönümündə onun adını daşıyan küçədə olmuş, xatirəsini ehtiramla yad edərək, baralyefi önünə gül dəstələri düzmüşlər. Daha ətraflı »
Yeni ismarıclar