Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul etdi.
Rayon rəhbəri tərəfindən sakinlərin onları narahat edən bu və ya digər məsə lələrlə bağlı verdikləri sualları ətraflı cavablandırıldı.
Müraciətlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edildi, bəzi müraciətlərin həlli üçün aidiyyəti üzrə idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Qəbul zamanı icra başçısı Covid-19-la mübarizədə dövlət tərəfindən görülmüş işlərdən, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışdı.
-
30AprTərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
-
30AprXəbərlər İCRA BAŞCISI QAZİ AİLƏLƏRİNİ ZİYARƏT EDİB üçün şərhlər bağlıdır
Vətən müharibəsində hər iki gözünü itirmiş Tərtər rayonunun Cəmilli kənd sakini qazi Səfərli Kamil Məzahir oğlu uzunmüddətli müalicədən sonra ailəsinə dönüb. Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qazinin ailəsində olub, onun səhhəti və problemləri ilə maraqlanaraq, müvafiq köməklik göstərib.
Sonra rayon rəhbəri Cəmilli kəndində yaşayan “Vətən müharibəsi Qəhrəmanı” Azər Abdullazadənin də ailəsində olub, onların məişət şəraiti ilə maraqlanıb.
Hər iki qazinin yaşadığı evin həyəti onların rahat hərəkət etməsi üçün asfaltlanıb, evlərinə içməli su çəkilib, qazilər ev növbəsinə götürülüb.
Hər iki qazinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. -
30AprXəbərlər YOL İNFRASTRUKTURU BƏRPA OLUNUR üçün şərhlər bağlıdır
Vətən müharibəsindən sonra 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir ki, bu ərazilərimizdən biri də düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.
Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna da böyük ziyan dəyib. Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə artıq rayon ərazisindən keçən respublika əhəmiyyətli “Bərdə-İstisu”avtomobil yolunda Daha ətraflı » -
30AprSəhiyyə VAKSİNASİYA PROSESİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda vaksinasiya prosesi davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Son günlərədək Tərtər rayonu üzrə ümumilikdə 10000-ə yaxın doza COVİD-19 infeksiyasına qarşı vaksin vurulub ki, bunun da 6500-ə yaxını birinci doza, 3500 ikinci dozadır. -
30AprDigər TƏRTƏR İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
Qədim Qarabağda, Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtər coğrafi mövqeyinə görə Qərblə Şərqin arasından keçən keçmiş karvan yolunun üstündə yerləşir.Qarabağın dağ və aran hissəsinin qovuşduğu yerdə eyni adlı çayın üzərində yerləşən bu rayon suyu və zəngin təbii sərvətləri ilə məşhurdur.1934-cü ildə yaradılan Tərtər rayonunun adı 5 avqust 1949-cu ildə dəyişdirilərək Mirbəşir adlandırılmışdır. 7 fevral 1991-ci ildə yenidən Tərtər adlandırılmışdır.
Rayonda 24 tarixi və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Daha ətraflı » -
30AprƏdəbiyyat 2021-ci il “Nizami Gəncəvi ili” üçün şərhlər bağlıdır
MƏHƏBBƏTƏ DÜNYƏVİ MÜNASİBƏT
Dahi Azərbaycan şairi, mütəfəkkir, filosof Nizami Gəncəvi Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Şairin əsl adı İlyas Yusif oğludur. Nizami isə onun təxəllüsüdür. Dövrünün digər şairləri kimi Nizami də doğulub böyüdüyü Gəncə şəhərinin adını özünə nisbə götürmüşdür və beləliklə dünyada Nizami Gəncəvi adı ilə tanınmışdır.
Qədim dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də doğulduğu və vəfat etdiyi illər dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq hesablanmışdır. Şair 1141-ci ildə (hicri təqvimi ilə 535-ci il) anadan olmuşdur.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixini və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
Həmişə Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində
aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşdan şairin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi müəyyən edilmişdir. Daha ətraflı » -
30AprƏdəbiyyat NİZAMİ GƏNCƏVİNİN MUDRİK KƏLAMLARINDAN üçün şərhlər bağlıdır
Xalq mənə versə də əziyyət, kədər,
Qıymaram incisin məndən bir nəfər.Zəhmətlə açarsan bağlı tilsimi,
Açdın, xəznə çıxar aydın gün kimi.Əziyyət eyləsən, cəfa görərsən,
Mehribanlıq etsən, səfa sürərsən.Bu dərya yolunda vardır çox zəhər,
Əziyyət çəkənlər dürr əldə edər.Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər.Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.El gözündə Nizami ucalıbdır düzlükdən,
İlhamına, qəlbinə gün salıbdır düzlükdən.Bir xərabə görsən, qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat. -
30AprMilli-mənəvi dəyərlər DƏBLƏ GEYİNMƏK, YOXSA YARAŞANI GEYİNMƏK? üçün şərhlər bağlıdır
Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır…
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa…Qeyd edək ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.Dəbi izləyin, amma ona uymayın. Hər zaman pulunuzu geyimə xərcləməyin. Bundan 2-3 il əvvəl pijamaya oxşayan gündəlik geyimlər birdən-birə sıçrayışla dəbdə oldu. Bütün şəhər pijama geyindi. Daha ətraflı »
-
30AprMilli-mənəvi dəyərlər DİN VƏ YALAN DANIŞMAQ üçün şərhlər bağlıdır
1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun”.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar”.
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir”. Daha ətraflı » -
30AprMilli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır
Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi yeni elementlər daxil olur.
İnsan sosial varlıqdır, onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Daha ətraflı »
Yeni ismarıclar