Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Yan
    Kənd təsərrüfatı 2020-ci İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULARININ TOPLANIŞ I HAQQINDA üçün şərhlər bağlıdır

    Tərtər rayonu üzrə 2020-ci ilin məhsulu üçün kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 25572.6 hektar olmuşdur. Kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 2019-cu ilə nisbətən 1280.7 hektar və ya 4.8 faiz azalmışdır. Əkin sahəsinin 10882.8 hektarını və yaxud 42.6 faizini dənli və dənli paxlalı bitkilər, 5134.8 hektarını və yaxud 20.1 faizini texniki bitkilər, 1444.5 hektarını və yaxud 5.6 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8110.5 hektarını və yaxud 31.7 faizini yem bitkiləri təşkil etmişdir.
    2020-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 288.6 hektar və yaxud 2.6 faiz, o cümlədən buğda əkini 1037 hektar və yaxud 14.6 faiz azalmış, arpa əkini 728.4 hektar və yaxud 19.1 faiz, digər dənli və dənli paxlalılar əkini 20 hektar və yaxud 7.6 faiz artmışdır. Nəticədə 2020-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 45323.2 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 1565.9 ton və ya 3.6 faiz çoxdur.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur.
    Belə ki, istehsal olunmuş taxıl məhsulunun 56.2 faizini və ya 25620 tonunu buğda təşkil etmişdir. Taxılın 36.3 faizi və ya 16436.1 tonu arpa, 6.6 faizi və ya 2981.9 tonu qarğıdalının, 0.6 faizi və ya 285.1 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2020-ci ildə buğda istehsalı 13.1 faiz, darı istehsalı 7.4 faiz, noxud istehsalı 48.5 faiz, lobya istehsalı 18.2 faiz azalmış, arpa istehsalı 27.7 faiz, dən üçün qarğıdalı istehsalı 2.8 dəfə, soya istehsalı 24.1 faiz artmışdır. 2020-ci ildə dənli və dənli paxlalı bitkilərin hər Daha ətraflı »

  • 28Yan
    Kənd Təsərufatı QIŞ MÖVSÜMÜNDƏ RAYONUMUZDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır

    Hazırda rayonumuzda kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Tarlalarda payız mövsümündə görülən işlər başa çatmışdır. Bu günə qədər rayonumuzda 8790.2 ha ərazidə taxıl əkinlərinin səpin işləri aparılıb. Ondan buğda 5285 ha, arpa isə 3505.2 ha ərazini əhatə edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 892 ha təzə yonca bitkisi və qışlama dövrü keçirilən əkinlər də daxil olmaqla 23 ha soğan, 5 ha sarımsaq bitkisinin səpin işlərini görüblər. Rayonda taxıl əkinləri səpini başlayan kimi təsərrüfatlarda dərhal səp-suvarma işləri də görülübdür. Havaların əlverişli keçməsindən istifadə edilərək, təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 8640 ha ərazidə taxıl əkinlərinin bitiş suvarmasını yeri-nə yetiriblər. Bununla yanaşı pambıq, Daha ətraflı »

  • 19Yan
    Digər PREZİDENT İLHAM ƏLİYEV: ŞUŞANIN ƏSL SAHİBLƏRİ QAYIDIB. üçün şərhlər bağlıdır

    Müharibədən cəmi iki ay vaxt keçsə də,  Azərbaycan dövləti  böyük quruculuq işlərinə start verib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

    Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.

    Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir.

    Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş  Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə  çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.

    Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq.

    İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.

    Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.

    Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.

    Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Daha ətraflı »

  • 18Yan
    Ədəbiyyat 2021-ci il “NİZAMİ GƏNCƏVİ İLİ”DİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gən-cəvinin anadan olmasının 880 illiyi tamam olur.
    Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
    Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
    Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
    Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
    Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Daha ətraflı »

  • 18Yan
    Səhiyyə Koronavirusla mübarizə üçün şərhlər bağlıdır

                                                      VAKSİNASİYANIN ƏHƏMİYYƏTİ

    Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyva-zov koronavirusa qarşı peyvəndlənmə barədə müsahibə verib.
    Həmin müsahibəni təqdim edirik:
    -Adətən peyvəndlərin tətbiqi necə həyata keçirilir?
    -Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunur. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir. Daha ətraflı »

  • 18Yan
    Səhiyyə GÜRCÜSTANDA KORONAVİRUSUN YENİ NÖVÜ AŞKARLANIB üçün şərhlər bağlıdır

    Böyük Britaniyada sürətlə yayılan yeni növ koronavirus Gürcüstanda da aşkar olunub.
    Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin sədrinin müavini Paata İmnadze keçirdiyi brifinqdə məlumat verib.
    P.İmnadze deyib: “Koronavirusun yeni növü ilə bağlı üç nəfər test olunub və onlardan birində, 50 yaşlı kişidə test müsbət nəticələnib. Hazırda virusa yoluxan şəxs klinikada nəzarət altındadır. Onun təmasda olduğu insanlar araşdırılır”.
    Paata İmnadzenin sözlərinə görə, yeni növ virus mövcud virusdan daha sürətli ötürmə qabiliyyətinə malikdir.
    O, bu səbəbdən də təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin və qorunmanın vacib olduğunu bildirib.

  • 18Yan
    Digər 20 Yanvar-Ümumxalq Hüzn Günü üçün şərhlər bağlıdır

                                                               FACİƏDƏN 31 İL ÖTUR

    1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və
    Azərbaycanın bir neçə ra-yonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə
    müşayiət edilib.
    Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Daha ətraflı »

  • 18Yan
    Xəbərlər İşğaldan azad olunmuş yurdlar üçün şərhlər bağlıdır

                        ŞUŞA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN OLUNDU

    Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir,
    incəsənətdir, tarixdir. Şuşanın yenidən bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsini, yenidən yüksəliş mərhələsinə daxil olmasını şərtləndirir. Bu mənada, Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməsi olduqca mühüm qərardır.
    Şuşa Azərbaycan xalqı üçün milli simvoldur:
    “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan
    Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı.
    Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Daha ətraflı »

  • 18Yan
    Digər SUQOVUŞANA HƏYAT YENİDƏN QAYIDIR üçün şərhlər bağlıdır

    Növbəti səfərimiz şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilmiş Suqovuşan kəndinədir. Avtomobilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirəm. Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq.
    Suqovuşan kəndi 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kənd müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya Tərtər şəhərindən yeni asfalt yol çəkilib.
    Sevinc və iftixar hissi ilə kəndi gəzirik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur. Kənddə təmir-bərpa və abadlıq işləri həyata keçirilir.
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər. Daha ətraflı »

  • 18Yan
    Xəbərlər SUQOVUŞANA VƏ TALIŞA GEDƏN YOLLAR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan si-lahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
    Ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.
    Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.
    Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Yol boyu yararsız qrunt qazılaraq çıxarılmış, Daha ətraflı »