Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl
    Ədəbiyyat VƏTƏN MƏNƏ OĞUL DESƏ… üçün şərhlər bağlıdır
    Buyruqlara sığışmayan inaddım,

    Çox qanadlar yorub salan qanaddım.

    Ulduzlara barmaq silkib, daş atdım,

    Nizamlara baş əyməzdi nizamım.

    Vətən mənə oğul desə, nə dərdim?!

    Mamır olub qayasında bitərdim.

    Bu torpaqsız  harda,  nə  vaxt,  nə dərdim –

    Xəzanımdır, xəzanımdır, xəzanım.

     

    Qayaları haçalardı qüdrətim,

    Buludları parçalardı qüdrətim.

    Şimşəkləri qıçalardı qüdrətim,

    Yorulanda nur mizrablı ozanım.

    Dünənimi döşdən asan deyiləm,

    Dünənimə qəbir qazan deyiləm.

    Ürəyimsiz kəlmə yazan deyiləm,

    Nə qədər ki, öz əlimdi yazanım.

     

     

    O selablar seləliyim yalanmış,

    Ötən günlər çalağanmış, çalanmış.

    Bircə kövrək xatirələr qalanmış,

    Onu da ki, ha çevirim, ha sanım…

     

     

  • 10İyl
    Ədəbiyyat ANA YAŞI üçün şərhlər bağlıdır
    Daha gəlməyəcək anamın səsi,

    Mənə də taleyin yumruğu dəydi.

    Düzü acığıma gəlir: bəzisi

    Soruşur mərhumun yaşı neçəydi?

    Bilmirəm… düşmüşdü saçlarına dən. …

    Dolaşır sualla cavab başımda.

    Ana kədərini yaşmıdır ölçən?

    Ana itirmişəm ana yaşında

  • 10İyl
    Ədəbiyyat QANADLI QAYALAR üçün şərhlər bağlıdır
    Bir daşmı sıyrılıb qopdu qayadan?

    Başı hamarlandı bir şiş qayanın.

    Burda qayaları qartal sayanın

    Uşaq heyrətinə baş əyir adam.

    Burda hər zirvəni zirvə qoruyur,

    Qartal gözləriylə baxır qayalar.

    Bir gündə neçə yol bir qartal boyu

    Alçalır qayalar, qalxır qayalar…

  • 10İyl
    Ədəbiyyat GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK! üçün şərhlər bağlıdır
    Azdı ac gödənə yüz haram tikə,

    Paslı dəmirləri gəmirmə nahaq.

    İşıqla qarnını kim doydurub ki,

    Zülmətlə qarnını kim doyuracaq?

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Söyüd də dartınır suyunu alcaq,

    Bir quru kötüyün ədası yoxdur!

    Qurd itdən süləngi, it qurddan alçaq,

    Sinəmdə yer versəm, faydası yoxdur,

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Sanma ki, dünyanın bəxtəvəriyəm,

    Yuxuda xoşbəxtəm, o da ki,  yatsam.

    Nahaq haqq əritsə, mənəm əriyən,

    Əsrin caynağında yumaqdı ad-san.

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Pəncərə sındıqca pişiklər artır,

    Görən nə yemişik, nə yedirtmişik?

    Astana yalayan pəncərə yırtır,

    Yəqin çox pişiyə pələng demişik,

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Hər haya-haraya zaman inanmır,

    Bəlkə Allahlığı bacarmır Allah?!

    Çoxdandı qəlbimin çırağı yanmır,

    Vallah, gözlərindən od versən, allam,

    Gecə pəncərəmə dırmaşan pişik!

    Elə marıtdama altdan yuxarı,

    Nə var yuxarıda? büdrəmək, aşmaq…

    Başa başsızları başsız çıxarır,

    Yeri get qabını yala, ay axmaq!

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Səninçün fərqi yox hər kim çağırdı,

    Qapıdan qapıya qaçmağın asan…

    Mənim ürəyimə gələn cığırda

    Fil azar, şir azar, hörümçək azar,

    Gecə pəncərəmə dırmaşan pişik!

     
  • 10İyl
    Ədəbiyyat YAŞADIM üçün şərhlər bağlıdır
    Öz ömrümü şum elədi öz əlim,

    Yazında gül, payızında xəzəlim.

    Gündoğandan günbatana mənzilim…

    Bu da belə bir ömürdü, yaşadım.

    Gah özümü özüm qovdum, yoruldum,

    Öz diqtəmin buyruğuna qul oldum.

    Vətən göyü göylüyündə duruldum,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Zarımağa ömür deyib ağlama,

    Hər ölümə ölüm deyib ağlama,

    Tale döyüb, haqlı döyüb, ağlama,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Zirvədəki əl çatmayan qala mən,

    Ətəkdəki sinə, cığır, tala mən.

    Xudafərin harayından qalan mən…

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Oğlun yoxdu – sonun yoxdu, dedilər,

    Sağın yoxdu, solun yoxdu, dedilər,

    Odun boyda suyun yoxdu, dedilər,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Ocaq oldum, ocaq daşı olmadım,

    Hər çalaya axan naşı olmadım,

    Arazımla yol yoldaşı olmadım,

    Bu da belə bir ömürdü, yaşadım.

     

  • 10İyl
    Ədəbiyyat QOLTUQ AĞACI üçün şərhlər bağlıdır
    Qoltuq ağacına yazığım gəlir,

    Tutub bir binanı çiyinlərində

    O zorba bir dirək ola bilərdi

    Məğrur bir çobanın çiyinlərində

    Nəğmə də oxuyur o, cırhacırla,

    Qırıla-qırıla…

    Qoltuqdan oyana getməyir səsi.

    Nədir oxuduğu? — “qoltuq nəğməsi”

     

    Qurd əzən dəyənək ola bilərdi,

    Bir körpü tağı da ola bilərdi,

    Tüfəng qundağı da ola bilərdi,

    Vaxtsızmı qırıldı, tezmi qırıldı…

     

    Özü bu vərdişi ömrünə yazıb,

    Onu bir qoltuqdan tullasan əgər,

    Yanından yan ötüb bir ayaqsızın,

    Kiməsə üçüncü ayağa dönər…

     

    Vüqarı qırıldı, əzmi qırıldı,

    Qoltuq ağacından acığım gəlir.

    O bütün yollara qoltuqdan baxır,

    Girdiyi qollara qoltuqdan baxır.

     

    Daş  kaha  yaxşıdır  bir  uçuq   damdan,

    Duyar eyhamımı bir qoltuq acı.

    Deyirəm qoltuğa girən adamdan

    Yaxşıdır bir sınıq qoltuq ağacı.

  • 10İyl
    Digər “BU DÖVRDƏ ÖN PLANDA OLANI İNSANLARIN SAĞLAMLIĞIDIR VƏ İNSANLARIMIZIN SAĞLAMLIĞI İLƏ MÜQAYİSƏDƏ İQTİSADİYYAT İKİNCİ PLANDADIR” – İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır

    Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət çətin sınaq  qarşısındadır. Dünyanın bütün ölkələri COVID-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də  məhdudlaşdırıcı addımlar atılsa da, vəziyyəti  tam normallaşdırmaq mümkün olmamışdır. Təəssüf ki, son həftələrdə koronavirus infeksiyasına  yoluxanların sayında artım hiss olunur. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması,  pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atmaqda davam edir. Yoluxma riskinin azaldılması istiqamətində yenidən  sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, müntəzəm olaraq maarifləndirmə tədbirləri görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə çətin pandemiya dövründə  vətəndaşların məşğulluğuna və sosial rifaha dəstək məqsədilə uğurlu  siyasət aparılır.
    Bütün görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. Daha ətraflı »

  • 07İyl
    Digər DÜNYA HƏMRƏYLİYİNƏ NÜMUNƏ üçün şərhlər bağlıdır

    COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu təşəbbüsün dünya dövlətləri tərəfindən bəyənilməsi Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir.

    Dünyada pandemiyanın başlandığı gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
    Tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünə məxsus imic formalaşdırıb-Azərbaycan modeli.

    Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir, eləcə də, ölkəmizdə reallaşdırılan social-iqtisadi dəstək proqramları geniş miqyaslı antiböhran tədbirlərlə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Daha ətraflı »