Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi tapşırıqları və prinsipial mövqeyi nəticəsində ölkədə mənfi təzahürlərə qarşı aparılan mübarizə tədbirləri xalqımız tərəfindən razılıqla qarşılanır.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Bu məmurlar ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.
Görülən bu tədbirlər, aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.
Prezidentin təkcə koronavirusun yayılmasının qarşısının alınması deyil, həm də iqtisadiyyatın inkişafı və xalqın sosial ehtiyacının təmin olunması istiqamətində apardığı məqsədyönlü siyasət hər bir Azərbaycan vətəndaşının maddi rifahının yüksəldilməsinə xidmət edir. Bütün bu işlərin uğurla həyata keçirilməsində dövlət qurumlarının , xalqa xidmət göstərən məmurların üzərinə böyük məsuliyyət düşür. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısındakı çıxışlarında vəzifəli şəxslərə, xüsusilə rayon rəhbərlərinə cox ciddi tapşırıqlar və tövsiyələr vermişdir. Həmin tövsiyə və tapşırıqlarda korrupsiya və rüşvətxorluğun, dövlət əmlakını talama səbəblərinin qarşısının alınması önə çəkilirdi.
Son günlərdə bəzi rayon rəhbərlərinin dövlətçiliyə və xalqa xəyanət etmələri bir vətəndaş kimi məni də düşündürür. Ölkə Prezidenti İlham Əliyevin bütün sahələrdəki uğurlu və qətiyyətli addımı hər birimiz üçün nümunə və örnəkdir. Onun xoş günlərdə də, çətin günlərdə də, xalqın yanında olması, sadə insanlara arxa durması bir daha sübut edir ki, yaranmış bütün çətinlikləri birlikdə aradan qaldırmağa nail ola biləcəyik.
Xalqın mənafeyini düşünərək atdığı qətiyyətli addımlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyir və onu alqışlayırıq!
Elfuzə VƏLİYEVA
“Yeni Tərtər” qəzetinin müxb
Yeni ismarıclar