DÖVLƏT HƏMİŞƏ ÖZ VƏTƏNDAŞININ YANINDADIR
Azərbaycan Respublikasında hər şeydən yüksəkdə insan amili dayanır. Dövlətimizin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin də əsas qayəsini və plazmasını insan amili təşkil edir. Ölkə Konstiyusiyasında da insan hüquqlarının və azadlıqlarının qorunması əsas ana xətt kimi təsbit olunur.
Ölkə başçısı cənab İlham Əliyevin: “Dövlət həmişə öz vətəndaşının yanındadır” və “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadələri də məhz vətəndaş qədirbilənliyindən qaynaqlanır.
Azərbaycanda görülən işlərin ümumi məcmusu yekun nəticədə insanların maddi rifah və sosial vəziyyətlərinin daha da yaxşılaşmasına hesablanır və diqqət bu mühüm istiqamətə yönəlir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik artım oldu.
Həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi.
600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulmasına başlanılıb.
82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.
Beləliklə, pandemiya ilə əlaqədar həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.
Pandemiya dövründə ölkəmizdə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Daha ətraflı »


Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə “dondurulmuş” münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışında deyib.
Faşizm üzərində Qələbə-nin 75 illiyi münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəhbər şəxsləri müharibə veteranları– Tərtər rayon Köçərli kənd sakini Yunisov İsmayıl Həsən oğlunu və Hacıqərvənd kənd sakini Abbasov Musa Əliş oğlunu evlərində ziyarət edib, qayğıları ilə maraqlanıblar. 
Tərtər Rayon İcra Hakiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasi-təsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlərdən, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qə-rarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən danışılıb.
Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.
Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər.
Qarabağın mirvarisi, Azərbaycanın incisi Şuşa şəhərinin işğalından 28 il ötür. Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa 1992-ci il mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi vandalizmə uğrayıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən cox əhali etnik təmizləməyə məruz qalıb.
Vətənimizin dilbər guşələrindən biri də hazırda erməni tapdağında inləyən Laçın rayonudur. Laçın rayonunun işğalından artıq 28 il ötür. Bu illər ərzində Laçınlılar öz dədə-baba yurdlarının, əsir qalmış dağlarının, dərələrinin, sərin bulaqlarının, yamyaşıl meşələrinin, gül-çiçək qoxuyan ormanlarının həsrəti ilə yaşayırlar, bu həsrətlə yuxuya gedib, bu həsrətlə oyanırlar. Kimisi qürbətdə ömürlərini sona yetirib, kimisi hələ də bu həsrətlə yaşamağa məhkumdur.
1918-ci il mayın 28 də müsəlman şərqində ilk parlamenti respublika , ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.
Yeni ismarıclar