Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı QaradağlıQapanlıQaynaqYuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli də-mirbeton su ötürücü boruların tikintisi işləri də aparılıb.
İki laydan ibarət asfalt-beton örtüyünün ümumi qalınlığı 12 santımetrdir. Artıq avtomobil yolunun Səhləbad, Əskipara, Qaraağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini birləşdirən 16 kilometr hissəsinə iki qat olmaqla asfalt örtüyün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib.
Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Tərtər rayonunun cəbhəyanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bu isə sakinlərin birbaşa olaraq sosial ri-fah halına müsbət təsir göstərəcək, kənd təsərrüfatının inkişafına təkan verəcək. Odur ki, yolun yenidən qurulması kənd sakinlərinin sevincinə səbəb olub.
“Yeni Tərtər”