| Gülüm, axı hamı məni tanıyır,
Bilmədiyin nə öyrənib getmisən? İndiyədək çəmən məni qınayır, Çiçəklərə gileylənib getmisən.
Yar, olmaya canım sənə qəfəsmiş, Aramızdan nə çatlayıb, nə əsmiş? Bəlkə sevgi sənin üçün həvəsmiş? Ətrafımda veyillənib getmisən.
Axı məni yoxun-varın bilirdin, Al günəşin, ilk baharın bilirdin, Saçlarımı zirvə qarın bilirdin; Bəlkə, elə o sellənib getmisən? |
Bir zamanlar hər an dil-dil ötərdin,
Çeşmələrdən, bülbüllərdən betərdin, Nə sevincin bəlli oldu, nə dərdin Nə hönkürüb, nə dillənib getmisən.
Sevənlərdir xatirələr qoruyan, Torpaqları göz yaşıyla doyuran, Yollar çoxdur insanları ayıran – Hara baxsan, şaxələnib getmisən
Tab edərdim məkrindəki qılınca, O yaxşıydı – xəzəl olub solunca, İstəsəydin-su atardım dalınca Göz yaşlarım səpələnib, getmisən.. Vahid ƏZİZ |


Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Tərtər rayonunda sakinlərlə görüşüb. Qəbulda Bərdə rayonunun sakinləri də iştirak edib. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Füzuli, Ceyhun Şıxəliyev isə Ağdam rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin ək-səriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə mü-vafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Rayon Gənclər Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Tərtər və Ağdam rayonlarından olan fermerlər iştirak ediblər.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yara-dılır.
Uğurlu illər sırasında mühüm ictimai-si-yasi hadisələrlə, yüksək sosial-iqtisadi inkişaf tempi ilə yadda qalacaq 2019-cu il artıq başa çatmaq üzrədir. 2019-cu ilin qürurverici töhfələri cəbhə bölgəsi olan Tərtər rayonunda da diqqət çəkir.
Görüşdə rayon icra haki-miyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və müasirləşir. Rayon mərkəzində və kəndlərdə yeni binalar tikilir, küçələr salınır və yaşıllıqlar çoxaldılır. Görülən işlər son zamanlar yaşayış məntə-qələrinin simasını büsbütün dəyişmişdir.
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Yeni ismarıclar