Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və müasirləşir. Rayon mərkəzində və kəndlərdə yeni binalar tikilir, küçələr salınır və yaşıllıqlar çoxaldılır. Görülən işlər son zamanlar yaşayış məntə-qələrinin simasını büsbütün dəyişmişdir.
Tərtər şəhərində bir-birinin ardınca görülən işlər sakinlərin rahatlığını təmin edir. Küçələr təmir olunur, qaydaya salınır, asfaltlanır, səliqəsəhman işləri görülür, yollar çəkilir, işıqlanma sistemi quraşdırılır. Şəhidlərimizdən Azərbaycanın Milli Qəhrəmanı Vəzur Orucovun, Nicat İskəndərovun, Mehrac Mahmudovun, Mübariz İbrahimovun, Ədalət Paşayevin adlarına verilmiş küçələr son zamanlar əsaslı şəkildə təmir olunaraq nizama salınıb.
Bəsti Bağırova küçəsində tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb.Tərtər Rayon İcra Hakimiyyətinin Başcısı Müstəqim Məmmədov Bəsti Bağırova küçəsində tikinti, abadlıq və quruculuq işləri ilə tanış olub.
Küçədə qaz, elektrik, kanalızasiya və rabitə xətləri qaydaya salınır. İstinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir. Yol yatağına çınqıl materialı verilərək, asfalt örtük salınmasına hazırlıq görülür. Küçədə gecə işıqlandırma sistemi də quraşdırılacaqdır.
Rayon rəhbəri işlərin qısa müddətdə və yüksək səviyyədə yekunlaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.
-
19Dek
Müəllif: Redaktor, 10:47