Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Cəmilli kəndində oldu.
Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının vəzifəli şəxsləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Manaf Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Cəmilli kəndinin 336 təsərrüfatı, 1565 nəfər sakini var. Kənddə 360 yerlik tam orta məktəb, kitabxana, 2 məişət xidməti obyekti, 5 ticarət və ictimai-iaşə köşkü fəaliyyət göstərir.
“Cəmilli–Dəmirçilər” yolu təmir edilərək asfaltlanmış, yol kənarlarına 200 ədəd şam ağacı əkilmişdir. Ərazidə məişət tullantılarının atılması üçün iri həcmli 5 ədəd quyu qazılmış, 1800 metr su arxı lildən təmizlənmiş, Cəmilli kənd tam orta məktəbinə içməli su xətti çəkilmiş, elektron kitabxana əhalinin istifadəsinə verilmişdir. Daha ətraflı »
-
06SenTərtər RİH-də SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
-
06SenKənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
Qabaqcıllıq nümunəsi
Pambıq kəndin simasını, kəndlinin güzəranını dəyişir
Pambıq hər zaman bu yerlərin ruzisi, bərəkəti sayılıb. Onu təsadüfən “ağ qızıl” adlandırmayıblar. Taleyini torpağa, halal zəhmətə bağlayan kəndli üçün pambıq yaxşı dolanışıq, xoş güzəran mənbəyi olub. Təəssüf ki, bu gəlirli sahə 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmuş, sovet dövrünün qalığı kimi ona arxa çevrilmişdi. Kənd təsərrüfatında bu strateji sahəni inkişaf etdirməyə dövlət səviyyəsində uzun illər boyu maraq göstərilməmiş, zaman-zaman formalaşmış pambıqçılıq mədəniyyəti tənəzzülə uğramışdı.
Sanki ögey münasibət torpağı da küsdürmüşdü. Qayğı göstərilməyən, əkilib-becərilməyən, boş qalan geniş torpaq sahələri göz dağına çevrilmişdi. Elə bil kəndlərə sükut çökmüşdü. Əli torpaqdan soyuyan kəndli nə edəcəyini, nə iş görəcəyini kəsdirə bilmirdi. Gününü keçirmək, başını qatmaq üçün çayxanaya üz tutan kəndlilər səhərdən axşama kimi nərd, domino oynayırdılar. Axşam evə cibi boş, üzü qara qayıdan ailə başçısının nüfuzu oğul-uşaq yanında buz kimi əriyirdi.
Belə ağrılı bir zamanda Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri, xüsusilə pambıqçılığı dirçəltmək, inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırış etdi. Bu, ölkənin aqrar sektorunda inqilaba bərabər dönüş oldu. Sanki kəndlərin üstünə gün doğdu, kənd camaatının qırışığı açıldı. Daha ətraflı » -
06SenMilli-mənəvi dəyərlər MƏHƏRRƏM AYI üçün şərhlər bağlıdır
Bu il məhərrəmlik ayı Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı–Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.Məhərrəm ayının tarixi və İslamda rolu—İki ay yas saxlamalıyıqmı?
Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Müsəlman dünyasında Məhərrəm aylarının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.
Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala “ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib: “Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır”
İslamdan əvvəl Məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi. Daha ətraflı » -
06SenTəhsil TƏRTƏRLİ MƏZUNLARDAN 236 NƏFƏRİ TƏLƏBƏ ADINI QAZANIB üçün şərhlər bağlıdır
Bu il rayonumuzun ümumtəhsil məktəblərini 601 məzun bitirib. Onların 13-ü fərqlənmə attestatı alıb. Məzunlardan 393-ü ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib, 236 nəfər tələbə adını qazanıb.
Tələbə adını qazanan gənclərdən 4 nəfəri 600-dən, 30 nəfəri isə 500-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni şəhər 2 və 5 nömrəli, Bəyimsarov, Sarov, Qaradağlı, Hacıqərvənd kənd tam orta məktəblərin məzunları göstərib. Belə ki, şəhər 2 saylı məktəb-liseyin 29, 5 nömrəli tam orta məktəbin 11, Bəyimsarov kənd tam orta məktəbin 12, Sarov kənd tam orta məktəbin 13, Qaradağlı kənd tam orta məktəbin 10, Hacıqərvənd kənd tam orta məktəbin 10 məzunu ali məktəblərə qəbul olub. İmtahanlarda 2 saylı məktəb-liseyin məzunu Oqtay Səfərov 631, 6 nömrəli tam orta məktəbin məzunu Mahir Vəlizadə 629, Evoğlu kənd tam orta məktəbin məzunu Səidə Allahverdiyeva 628, Qapanlı kənd tam orta məktəbin məzunu İlkin Mirzəyev 623 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Tərtər şəhər 5 saylı tam orta məktəbdən Orxan Müstafazadə,2 saylı məktəb-liseydən Araz Yusifzadə və İbrahim İbrahimli bu il Türkiyənin muxtəlif universitetlərində təhsil alacaqlar. Azadqaraqoyunlu kənd tam orta məktəbin məzunu Babək Əliyev və Əskipara kənd tam orta məktəbin məzunu Təbriz Qasımov Fövqəladə Hallar Akademiyasına, Qapanlı kənd tam orta məktəbin məzunu Elçin Əhmədzadə, Evoğlu kənd tam orta məktəbin məzunu Cavid Səfərov, Dəmirçilər kənd tam orta məktəbin məzunu Tahir Rəhimli Dövlət Sərhəd Xidməti Akademiyasına, Qapanlı və Köçərli kənd tam orta məktəblərin məzunları Elmir Məmmədov və Eltun Hüseynli Naxçıvanski adına hərbi liseyə daxil olublar.XARİCİ UNİVERSİTETLƏRƏ QƏBUL OLANLAR
Yusifzadə Araz Yusif oğlu
Araz Yusifzadə 2002-ci ildə ziyalı ailəsində anadan olub.
Atası Yusif Yusifzadə biznesmen və menecment ixtisası üzrə ali təhsil almış, anası Heyran İbrahimova isə ali təhsilli rus dili müəlliməsidir. Baba və nənələri də ziyalıdırlar.
Araz orta təhsilini Gülarə Əkbərovanın direktor olduğu Tərtər şəhər 2 saylı məktəb-liseydə alıb. O, orta məktəbdə oxuyarkən özünü çalışqan və hazırlıqlı bir şagird kimi gös-tərib, müəllimlərinin və şagird dostlarının hörmətini qazanıb. Dərslərindən müvəffəq qiymətlər alıb.
Araz Yusifzadə uşaq yaşlarından idmanla da ciddi məşğul olub. Dəfələrlə kinqboksinq idman növü üzrə rayon, zona və respublika birincisi olub, diplomlar, medallar və kuboklar alıb.
Araz özü haqqında deyir:
“Bu yarışlar başqa bölgələrimizdə keçiriləndə mənim üçün daha maraqlı olurdu. O bölgələr barəsində ətraflı öyrənməyə çalışardım. Elə xaricdə təhsil almağıma səbəblərdən biri də bu maraqdan irəli gəlmişdi.
Hazırda mən Trakya Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olunmuşam. 4 il Türkiyə Respublikasında təhsil alacağam. Əlbəttə, burada təhsil illərində dillərin öyrənilməsi, intellektual səviyyənin artırılması üçün xeyli şərait vardır. İnanıram ki, universiteti də müvəffəqiyyətlə başa vurub, oxuduğum məktəbdə mənə dərs deyən müəllimlərimin, mənə yardımçı olan valideynlərimin, baba və nənələrimin etimadını doğruldacağam.Mustafazadə Orxan İntiqam oğlu
Mən Tərtər şəhər 5 saylı tam orta məktəbdə təhsil almışam. Bu tədris ocağını əla qiymətlərlə bitirmişəm. Oxuduğum illərdə təkcə yaxşı qiymətlər almaqla kifayətlənməmişəm, müəyyən inşa yazı müsabiqələrində, müxtəlif intellektual yarışmalarda iştirak edərək qaliblər arasında sertifikat, diplom, fəxri fərmanlar almışam. “Bilik” Fondunun təşkil etdiyi yarışlarda dəfələrlə iştirak etmişəm. Onu da bildirim ki, Heydər Əliyev Fondunun könüllülərindən biri də mənəm. Fondun xətti ilə keçirilən tədbirlərdə dəfələrlə şəxsi yarışmalar təşkil edib, mükafatlara layiq görülmüşəm. Hələ uşaq yaşlarımdan bu cür fərqlənməyimdə mənim təhsil aldığım orta məktəbin rəhbərliyinin və müəllim kollektivinin çox böyük zəhməti olubdur. Mən repititor müəllimlərin və tədris kursunda hazırlaşmamışam. III qrupa imtahan verərək 502 balla Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər fakültəsinə qəbul oldum. Öz şəxsi dünyagörüşümü artırmaq məqsədilə Türkiyədə təhsil almağı qərarlaşdırdım. Daha ətraflı »
-
06SenDigər İSTİRAHƏT VAXTLARINDA üçün şərhlər bağlıdır
ATALAR SÖZLƏRİ
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər.
Cəsarətin bitdiyi yerdə əsarət başlayır.
Biçmək üçün əkmək lazımdır.
İki fikir bir fikirdən daha yaxşıdır.
Əvvəl öyrən, sonra düşün.
Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır.
Ən yaxşısını düşün, ən pisinə hazır ol. Daha ətraflı » -
06SenDigər MÜDRİK KƏLAMLAR üçün şərhlər bağlıdır
Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir. (Konfutsi)
Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla. (Sokrat)
Bir ailə ilə bir dövləti idarə etmək arasında elə böyük bir fərq yoxdur. (Monten)
Başqalarının izi ilə gedən iz qoya bilməz. (Con İ.Brannon)
Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır. (Yavuz Sultan Səlim)
Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. (Monten)
Elm sərvətdən də üstündür. Çünki sərvəti sən qoruyursan, elm isə səni qoruyur. (Hz.Əli)
Ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha şərəflidir. (Franklin Ruzvelt)
Əsas məsələ nə qədər yaşamağımız deyil, necə yaşamağı-mızdır. (H.Berqson)
Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz. (Fridrix Helderin)
Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır. (Dorote Deluzi)
Nəfsinə hakim olan dünyaya hakim olar. (Volter) Daha ətraflı » -
06SenDigər AFORİZMLƏR üçün şərhlər bağlıdır
Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə həyat deyilir.
Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
Bir insana əvəzolunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
Həyatın ən çətin sualları – ağılın düşündüyü, amma ürəyin cavablandıra bilmədiyi suallardır.
Yalançı olmaq üçün yaddaş lazımdır.
Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir. Daha ətraflı » -
06SenDigər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır
Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.
Çirkli qar təmiz qardan tez əriyir.
Arıların 5 gözü olur.
Dünyada hər 2 dəqiqədən bir zəlzələ baş verir.
Normal insanın yuxuya getməsi üçün orta hesabla 7 dəqiqə vaxt tələb olunur.
İl ərzində insan qabırğası 5 milyon dəfə hərəkət edir.
Dəvədəlləyi yeganə həşəratdır ki, başını çevirə bilir.
Qarışqa digər canlılarla müqayisədə ən böyük beyinə malikdir. Daha ətraflı » -
06SenDigər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır
Siz açıq gözlərlə asqıra bilmirsiniz.
Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
Sizin saçınızın bir teli almanın çəkisinə dözə bilər.
Bədəndə dil ən güclü əzələdir.
Mədənizin daxili qabığı hər üç gündən bir yenilənir.
Əgər 3 səhifə kitab oxumuşsuzsa, deməli, gözləriniz 1 kilometr yolu qət edib.
Mədədə o qədər turşu olur ki, onun köməkliyi ilə dəmir mismar hazırlamaq olar.
Əgər siz üzünüzü təraş etməsəz, onda 9 metrə qədər saqqal uzanacaq.
Siz təxminən gün ərzində 23 min nəfəs alırsız.
İnsan beyni qocaldıqca daha yüngül olur.
İnsan orta hesabla yuxusunu cəmi 7 dəqiqəyə alır.
Qaraciyər 18 – 20 saatın arasında alkoqolu parçalayır.
Bildiyiniz kimi 4 qan qrupu yoxdu, 29 qrup var. Onlardan ən nadiri Bombey yarımqrupuna aiddir — ona Yaponiyada ailələr qrupunda rast gəlinir. Daha ətraflı » -
06SenDigər BEYNİMİZİN SAĞLAMLIĞI ÜÇÜN üçün şərhlər bağlıdır
Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
Ümumilikdə bu qidaların qəbulu beyni sağlam vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları “xoşlayır”:
– Balıq və digər dəniz məhsulları (krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün “hava kimi” lazımdır. Daha ətraflı »
Yeni ismarıclar