AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR MƏKTƏBLİLƏRİ ARASINDA(3 DEKABR 2016-cı il)
-
27SenDigər üçün şərhlər bağlıdır
-
27SenTəhsil “BİLİK GÜNÜ” QEYD OLUNDU üçün şərhlər bağlıdır
Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və onun nümayəndələri, idarə, müəssisə rəhbərləri ümumtəhsil məktəblərində, o cümlədən, Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən 1200 yerlik tam orta məktəbdə yerləşən Laçın rayonunun Çaylı kənd tam orta, Nərimaniya kənd ümumi orta, Ağdam rayonunun 84 saylı tam orta və Kəlbəcər rayonunun 36 saylı tam orta məktəblərində də oldular.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanın Əliyeva tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur. Daha ətraflı » -
27SenTərtər RİH-də QARAAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində oldu. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Şükür Əhmədov görülən işlərə görə respublika Prezidentinə kənd camaatı adından minnətdarlığını bildirdi. Erməni quldurları ilə təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Sonra Şükür Əhmədov “Qulubəyli yeri” adlanan ərazidə yerləşən 80 hektara yaxın əkin sahələrinin suvarılmasında yaranan çətinlikdən danışaraq bu ərazidə subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Eyni təklifə kənd sakini Mamed Nuriyev də qoşuldu.
Sakinlərdən Zahid Əhmədov içməli su xəttinin 24 ailənin yaşadığı küçəyə də çəkilməsi, ll qrup Qarabağ müharibəsi əlili Ceyhun Məmmədov ona 2-ci pay torpağı sahəsinin verilməsi, Elnur Əhmədov isə kənd yolunda maşınların sürət həddinin azaldılması üçün yol nişanı qoyulması ilə bağlı müraciət etdilər. Daha ətraflı » -
27SenTərtər RİH-də RAYON RƏHBƏRİ İŞƏ YENİ QƏBUL OLMUŞ GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞDÜ üçün şərhlər bağlıdır
Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
Görüşdə rayon rəhbəri işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi kimi şərəfli işlərində uğurlar dilədi. Gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı.
Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.
Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 30-u daimi, 19-u müddətli müqavilə ilə olmaqla 49 nəfər müəllim qəbul edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.“Yeni Tərtər”
-
27SenXəbərlər ABŞ MEDİASININ NÜMAYƏNDƏSİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Azərbaycan reallıqlarının dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verlişinin baş redaktoru Con Batçelor Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, müsahibə götürüb. Görüşdə icra başçısı rayon haqqında ətraflı məlumat verib.
Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
Sonra rayon rəhbəri qonaq ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kəndində və “N” saylı hərbi hissədə olublar.“Yeni Tərtər”
-
27SenXəbərlər QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.
Vətəndaşlar əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülüb. Aksiyada 242 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur.
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.“Yeni Tərtər”
-
27SenDigər ƏHALİYƏ MÜRACİƏT üçün şərhlər bağlıdır
Hörmətli Tərtərlilər!
2019-cu il oktyabrın 1-10 tarixlərində ölkədə əhalinin siyahıyaalınması keçiriləcəkdir.
Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı yaşadığımız cəmiyyətin inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, yerinə yetirməli olduğumuz məcburi öhdəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan mötəbər məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır.
Siyahıyaalmanın gedişinə şəxsi həyata aid bütün fərdi məlumatlar qorunacaq və konfidensiallıq təmin ediləcəkdir.TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ
-
27SenXəbərlər DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ MƏCBURİ KÖÇKÜNLƏRİ QƏBUL EDİB üçün şərhlər bağlıdır
Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov Tərtər rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbul zamanı 70 nəfər məcburi köçkünün müxtəlif sosial problemlərlə bağlı müraciətləri dinlənilib və araşdırılmaq üçün qeydə alınıb.
Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.
Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir. Daha ətraflı » -
27SenDigər SIRALARIMIZ GƏNCLƏRLƏ ÇOXALIR üçün şərhlər bağlıdır
Tərtər şəhər İƏD-də növbəti yığıncaq keçirildi. Yığıncaqda şəhər nümayəndiliyi üzrə məktəbəqədər müəssisələrin nümayəndələri iştirak edirdi. Tədbirdə YAP üzvlərinin boy sırasının artırılması müzakirə edildi. Məsələ barəsində şəhər icra nümayəndəsi Sahib Həsənov geniş məruzə ilə çıxış etdi.
Məruzəçi əvvəlcə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiya sıralarına ilk daxil olan üzvlərdən və partiyanın keçdiyi keşməkeşli yollardan danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası xalq partiyasına, Azərbaycanın nicat partiyasına çevrildi. 1990-cı illərdəki hərc-mərclik, xaos, insanların çətinlik içərisində yaşaması hər kəsin yadındadır. Saatlarla çörək, ərzaq növbəsində dayanmaq, insanlar arasında ixtişaş, nifaq dinc əhalinin narahatlığına və narazılığına səbəb olurdu.
Artıq bütün çətinliklər arxada qalıb. Nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən, bütün xalqımız xoşbəxt və firavan həyat yaşamaqdadır. Gündən-günə həyata keçirilən infrastruktur layihələr, yenidənqurma işləri, abadlaşan şəhər və kəndlər insanların xoşbəxt yaşaması üçün stimuldur.
Əlbəttə, bu firəvanlığı gözü götürməyən müxalif qüvvələr var ki, qarayaxma və qərəzli kompanyalarının qarşısını almaq üçün Yeni Azərbaycan Partiyası üzvlərinin boy sıralarının artırılması ilə nail ola bilərik. Bu sahədə gənc nəslin üzərinə böyük vəzifələr düşür. Çünki Azərbaycan ağıllı, savadlı, dünyagörüşlü gənclərimizlə inkişaf edib, yaşayacaqdır. Daha ətraflı » -
27SenDigər ƏHALİNİN SİYAHIYAALINMASI VACİB MƏSƏLƏDİR üçün şərhlər bağlıdır
Tərtər Rayon Statistika İdarəsi və rayon icra hakimiyyəti əhalinin siyahıyaalınmasına yardım komissiyasının birgə təşkilatçılığı ilə rayonda keçiriləcək əhalinin siyahıyaalınmasına cəlb edilən işçilərlə ümumrayon toplantısı keçirildi. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açdı. O, siyahıyaalmanın ciddi və aktual bir proses olduğunu, cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək siyahıyaalmanın aparılması qaydalarından geniş danışdı.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirdi ki, siyahıyaalmanın keçirilməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə tapşırılıb. Komitə tərəfindən hazırlanan təqvim planına əsasən rayonda əhalinin siyahıyaalınmasına hazırlıq işləri müvəffəqiyyətlə yerinə yetirilib.
Siyahıyaalma qrupu rəhbərinin rayon üzrə nümayəndəsi Reyhan Məmmədova çıxış edərək toplantı iştirakçılarına siyahıyaalma vərəqəsi, sorğu vərəqəsi və siyahıyaalmaya aid digər sənədlərin tərtib edilməsinə dair geniş izahat verdi.
Rayon üzrə siyahıyaalmaya yardım komissiyasının sədri Ramiz Şabanov toplantıya yekun vurdu.
Yeni ismarıclar