Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
Ümumilikdə bu qidaların qəbulu beyni sağlam vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları “xoşlayır”:
– Balıq və digər dəniz məhsulları (krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün “hava kimi” lazımdır.
– Giləmeyvələrin bir çox hissəsi “antioksidant” adlandırılan maddələrlə zəngindir. Bu maddələr sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar insan orqanizminin hüceyrələrini zədələyən atomlar toplusudur. Həkimlər məhz onları xərçəngin inkişafında, ürək-damar sistemi xəstəliklərində, qocalıq ağıl zəifliyində “günahlandırır”.
– Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların arasında beyin üçün ən faydalı olan qozdur.
-
06Sen
Müəllif: Redaktor, 08:36