Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə həyat deyilir.
Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
Bir insana əvəzolunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
Həyatın ən çətin sualları – ağılın düşündüyü, amma ürəyin cavablandıra bilmədiyi suallardır.
Yalançı olmaq üçün yaddaş lazımdır.
Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir.
İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.
Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.
Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir.
Zaman keçir? Yox, səhv olaraq belə düşünürsünüz!…zaman dayanıb, siz keçib gedirsiniz.
Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi: Sənin kimi olmaq istədiyi halda, əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
Həyat dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan.
Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.
-
06Sen
Müəllif: Redaktor, 08:49