Rayon Statistika İdarəsindən verilən məlumata görə bu il Tərtərdə 2481,6 hektarda günəbaxan yetişdirilib, sahələrdən 6471,9 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26,1 sentnerdir. 2018-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 71,7 faiz, məhsul istehsalı 75,5 faiz, hər hektardan orta məhsuldarlıq isə 3,2 faiz və ya 0,8 sentner artıb.
Qeyd edək ki, son illər Tərtər rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.
-
16SenKənd Təsərufatı GÜNƏBAXAN YIĞIMI BAŞA ÇATIB üçün şərhlər bağlıdır
-
16SenDigər BEYNƏLXALQ SÜLH GÜNÜ üçün şərhlər bağlıdır
Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir.
Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
BMT Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh Zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi-” nin çalınması ilə sülh gününə başlanılır.
Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Ayrı-seçkilik salmadan başqa millətdən olan xanımı öz evinə gəlin gətirib, evinin xanımı, körpəsinin anası edib. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Heç kimin torpağında, malında-mülkündə, sərvətində gözü olmayıb. Əziyyət çəkib, çalışıb, vuruşub, ailəsini, balasını dolandırıb, hətta yad millətdən olan qonşusuna da əl tutub, yardım edib. Azərbaycan xalqı özünə bir inək arzulayanda qonşusuna ikisini arzulayıb. Daha ətraflı » -
16SenDigər MİLLİ MUSİQİ GÜNÜ üçün şərhlər bağlıdır
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Üzeyir Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Daha ətraflı » -
16SenDigər SU HƏYATIN ÖZÜDÜR üçün şərhlər bağlıdır
Məlumdur ki, Yer kürəsinin 2/3 hissəsi sudan ibarətdir.
“Su həyat mənbəyidir”–fikri xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su elə həyatın özüdür. Su olan məkanda mütləq həyat da var. Su insan bədəninin enerji qaynağıdır. Su bədənin bütün hüceyrələrini enerji ilə təmin edir. Zəhərli və zərərli infeksiyaların bədəndən xaric olmasına köməklik göstərir. Gün ərzində kifayət qədər su içmək sağlamlıq üçün xeyirlidir.
Məlumdur ki, həyatın yaranmasında, biosferin formalaşmasında su həlledici rol oynamış və bu gün də oynamaqdadır. Şirin su problemi dünyada aktual sosial-iqtisadi problemlərdən biridir. Təəssüf ki, hələ də istənilən səviyyədə deyildir. Bir çox ölkələrdə içməli su ticarət mənbəyinə çevrilib. Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, Danimarka İsveçdən içməli suyu satın alır. Yaponiyada Norveçdən şüşə qablarda gətirilmiş su satılır. Səudiyyə Ərəbistanı Flippindən, Sinqapur Malayziyadan tankerlərlə içməli su alır.
Su problemi bəşəriyyəti düşündürən vacib məsələlərdən biridir. Odur ki, dünya birliyi 2005-ci il martın 22-də ümumdünya içməli su gününü qeyd etdi və 2005-2015-ci illər BMT tərəfindən “İçməli su həyat üçün” devizi altında onillik elan olundu. Hələ qədim zamanlardan insan həyatında suyun misilsiz rol oynadığı qeyd edilmişdir. Dahilər bildirmişlər ki, “Su həyat üçün vacib deyil, o həyatın özüdür”. Daha ətraflı » -
16SenDigər EKOLOGİYA ÖMRÜN CÖVHƏRİDİR üçün şərhlər bağlıdır
Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir.
Bu gün icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir. Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir.
Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hər kəsin bu işə cəlb olunmasını tələb edir.
İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivlərinin salınması insanda pozitiv əhval-ruhiyyə yaradır, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji durumun sağlamlaşdırılmasında gördüyü işlər əvəzolunmazdır.
Son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona yüksək səviyyədə qulluq göstərilir. Daha ətraflı » -
16SenKənd Təsərufatı TORPAQ XEYİR-BƏRƏKƏT MƏNBƏYİDİR üçün şərhlər bağlıdır
Bütün gövhərlərin rəngi parlaqdır,
Hamısından xoş gələn yenə torpaqdır.
Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan.
Nizami GƏNCƏVİ
Dahi mütəfəkkir torpağı Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. O, insanların torpağın qədir-qiymətini bilməsini, ona ana kimi yüksək qayğı göstərməsini, lütf ilə əkib-becərməsini firavan yaşayışın əsası hesab edirdi.
Ataların gözəl məsəli var: “Torpaq deyir, öldür məni, dirildim səni”. Yəni, torpağı elə əkib becərəsən ki, ondan yüksək məhsul götürə biləsən. Bunun üçün deyirlər: “Sən inamla cəhd elə, ruzi verən Allahdır”.
Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda torpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır. Torpağı qorumaq və onu əkib-becərmək hamının borcudur. Torpaq əvəzedilməzdir, məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq mümkün deyil. Torpağın yerini dəyişmək olmur. Torpağın münbitliyinin qayğısına daim qalınmalıdır. Daha ətraflı » -
16SenDigər Qarabağ müharibəsi qaziləri üçün şərhlər bağlıdır
VETERANIN SÖYLƏDİKLƏRİ
“Tərtər Özünümüdafiə Batalyonu”nun yaradılması.
XX əsrin sonları Azərbaycanın tarixində silahlı münaqişə–Qarabağ müharibəsi ilə yadda qaldı. O illər xalqımız üçün amansız qanlı-qadalı illərə çevrildi. 200 ildən artıq bir vaxtda “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər fürsət düşdükcə ölkəmizə təcavüz edərək, insanlığa sığmayan vəhşiliklər törədir, kənd və şəhərləri dağıdırdılar.
Lakin xalqın iradəsi qırılmadı, zülmlərə tab gətirməyərək, mübarizəyə qalxdı. Respublikamız müstəqillik qazandıqdan sonra ermənilərə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə ilk Azərbaycan batalyonu yaradıldı.
Bu batalyona Tərtərdə doğulub boya-başa çatmış oğullarımız–Rafiq Nuriyev, Bakir Əliyev və Rövşən Səfərov ilk olaraq könüllü yazıldılar. Bu igidlərimiz ilk olaraq 1992-ci il yanvarın 26-da Şuşada qanlı “Daşaltı əməliyyatı”nda şəhid oldular.
Dağlıq Qarabağ hadisələri başlanandan Azərbaycanın bir çox əraziləri kimi doğma Tərtərimiz də müharibə bölgəsinə çevrildi. Rayon aramsız olaraq erməni hərbi birləşmələri tərəfindən atəşə tutulurdu, evlər dağıdılırdı, günahsız insanlar şəhid olurdu. Mülki əhali tərəfindən yaradılan özünümüdafiə dəstələri düşmənə yaxın ərazilərdə təşkil olunmuş məntəqələrdə erməniyə qarşı mübarizəyə qoşuldular və düşmənin rayon ərazisinə daxil olmasına imkan vermədilər. Daha ətraflı » -
16SenDigər ASƏFİN XATİRƏLƏRİ üçün şərhlər bağlıdır
Asəf Arif oğlu Səfərovun qısa tərcümeyi halı ilə tanış olaq: 1970-ci il dekabrın 25-də Tərtər (Mirbəşir) rayonunun İlxıçılar kəndində doğulsa da, ilk təhsilini Səhlabad kənd tam orta məktəbində alsa da, 8-ci sinifdən sonra isə 96 nömrəli texniki peşə məktəbində oxumuşdur. 1989-cu ildə peşə məktəbini traktorçu-maşinist ixtisası ilə bitirib. Elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. O, əsgəri xidmətini Çita şəhərində keçib. 1991-ci ildə ordudan qayıdıb. Həmin illərdə vətənimizin göylərini qara buludlar aldığından özünümüdafiə batalyonlarına qoşulur.
Asəf 1992-ci ilin iyul ayında Ağdam, sonra isə elə həmin il sentyabr ayının 18-dən Tərtər batalyonuna daxil edilir və Ağdərədən Vəngə kimi döyüş yolu keçir. O, döyüş günlərini həyəcansız xatırlamır. Özü yaralansa da, döyüş yoldaşlarının gözləri qarşısında necə şəhid olduğunu ağrı-acısız yad etməmək mümkün deyil. Asəfin xatirələrindən:
–1993-cü il dekabrın 28-də “Triqolnik” deyilən ərazidə döyüş gedirdi. Qəfləti sol qolumun altından güllə yarası aldım. Məni al-qan içində Tərtər hospitalına götürdülər. 2 ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdım. Daha ətraflı » -
16SenDigər “VƏTƏN ELİN EVİ, DAYAĞIDIR” üçün şərhlər bağlıdır
Torpağın, ana-bacıların, dövlətin keşiyində dayananların qəlbində yurd sevgisi vardır. Vətənin müstəqilliyi dünyada hər şeydən əzizdir. Ümummilli lider Heydər Əliyev deyib: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.
Qarabağ savaşında rəşadət göstərən döyüşçülərdən biri də Müslüm Cümşüd oğlu Səlimovdur. O, 1965-ci ilin iyul ayının 30-da Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Rusiyanın Varonji vilayətində hərbi xidmət keçib. 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib və hərbi tapşırığı yerinə yetirərkən Ağdərədə yaralanıb. Müslüm Səlimov keçdiyi döyüş yolundan danışarkən bildirdi ki, hər zaman vətən yolunda şəhid olmağa hazır olub və indi də hazırdır. Çünki Azərbaycan torpağının hər bir qarışı müqəddəsdir. Odlar yurduna olan sevgi hələ kiçik yaşlarından valideynlər, sonra isə məktəbdə müəllimlər tərəfindən ona öyrədilib. Daha ətraflı » -
06SenDigər MEHRİBAN ƏLİYEVA: “ÖLKƏYƏ VƏ İNSANLARA XİDMƏT EDİRƏMSƏ BU, MƏNİM ÜÇÜN ƏN YÜKSƏK MÜKAFATDIR” üçün şərhlər bağlıdır
Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti, ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş edib.
Mehriban Əliyevanın Trendə göndərdiyi məktubu alpaninfo.com oxuculara təqdim edir.–Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.
Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb. Daha ətraflı »
Yeni ismarıclar