Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May
    Sosial ÜNVANLI SOSİAL YARDIMIN YENİ FORMASI- KİÇİK BİZNESİN İNKİŞAFINA DƏSTƏK üçün şərhlər bağlıdır

    Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi və maddi-rifah halının yüksəldilməsi sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının bariz nümunəsi aztəminatlı ailələrə aylıq ünvanlı sosial yardımın verilməsidir. Ehtiyac meyarına uyğun olaraq bu zümrədən olan ailələrdə yaşayan hər bir şəxs üçün dövlət tərəfindən maddi yardım ayrılır. Bu, neçə illərdir ki, belədir. Lakin ünvanlı sosial yardım hesablanarkən vətəndaşməmur münasibətlərində bəzi neqativ hallara yol verilirdi. Belə halların qarşısının alınması məqsədi ilə təmənnalı vətəndaş-məmur münasibətlərinin aradan qaldırılması üçün son zamanlar ünvanlı sosial yardımın hesablanmasının yeni forması–elektron variantı bu sistemdə tətbiq olunur.
    Ünvanlı sosial yardımın azaldılması məqsədi ilə dövlət səviyyəsində kiçik biznesin inkişafına dəstək göstərilir.
    Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncamlara əsasən aztəminatlı ailələrin güzəranının, yaxşılaşdırılması məqsədi ilə pensiyaların orta aylıq məbləğinin 160 manata, minumum orta aylıq əmək haqqının 180 manata çatdırılması, tələbə təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin və s. nəzərəçarpacaq dərəcədə artırılması ölkə əhalisinə göstərilən dövlət qayğısının bariz nümunələridir. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Daha ətraflı »

  • 08May
    Milli-mənəvi dəyərlər MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ üçün şərhlər bağlıdır

    Multikulturalizm müxtəlif mədəni dəyərlərin dövlət tərəfindən tanınması və qorunması, bu dəyərlərin vahid cəmiyyətdə yerləşdirilməsidir.
    Qədim zamanlardan ölkəmiz başqa vətəndaşları öz həmyerlilərimizdən ayırmayıb, onların özlərini qürbətdə hiss etməmələri üçün hər cür şərait yaradıb. Azərbaycanda etnik axınların hər zaman güclü baş tutmasına səbəb məhz torpağımızın münbitliyi, ölkəmizin dünyanın ən gözəl guşələrindən birində yerləşməsi, xalqımızın sülhsevər olmasıdır. Hal-hazırda yurdumuza gələn turistlər də xalqımızın qonaqpərvər olduğunu söyləyirlər. Ölkəmizdə multikulturalizm üçün hər cür şəraitin olması onların çox zaman vətənimizdə daimi məskən salmasına səbəb olur.
    Ümummilli lider Heydər Əliyev deyib: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakteri baxımından yüksək tolerantlıq hissinə malikdir”. Ulu öndərin multikulturalizmlə bağlı həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev deyib: “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib”.
    Avropanın 15 universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması sübut edir ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırıb.
    Multikulturalizmin yaxşı və xoşagəlməz cəhətləri var. Daha ətraflı »

  • 08May
    Digər GƏNCLƏRLƏ İŞ PRİORİTET MƏSƏLƏDİR üçün şərhlər bağlıdır

    Bildirirəm ki, hər ay idarənin Şura iclası keçirilir və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, qarşıda duran vəzifələr, UGİM-lərin gördüyü işlər, hərbi idman oyunlarının keçirilməsi sahəsindəki məsələlər, gənclərin istirahətlərinin asudə vaxtlarının səmərəli təşkili, rayonda narkomanlığın və digər zərərli vasitələrin yayılmasına qarşı mübarizənin gücləndirilməsi tədbirləri, yeniyetmələrin Respublika oyunlarında iştirakı və s. məsələlər müzakirəyə çıxarılır, müvafiq qərarlar qəbul olunur və icrası təmin edilir.
    İdarənin fəaliyyəti də müntəzəm olaraq müzakirə edilir, korrupsiya və rüşvətxorluqla mübarizə, bayram və əlamətdar günlərin qeyd edilməsi, tədbirlərdə idmançıların nümunəvi çıxışlarının təşkili, yerlərdəki nümayəndələrin gördükləri işlər, hərbi vətənpərvərlik oyunları və idman yarışlarının təşkili, vətəndaş müraciətlərinə baxılması vəziyyəti, nizam-intizam məsələləri, maarifləndirici tədbirlər, mətbuatla əlaqə məsələləri daim diqqətdə saxlanılır.
    Rayonda aparılan quruculuq-abadlıq işlərinə gənclər cəlb edilmiş və onların iştirakı ilə şəhərin müxtəlif ərazilərində, həmçinin Gənclər Parkında iməciliklər təşkil olunur, yaşıllaşdırma işləri aparılır. Bunlarla yanaşı, Gənclər və İdman İdarəsinə həvalə olunmuş ərazidə müxtəlif dekorativ və meyvə ağacları əkilmiş, onlara qulluq göstərilir. Daha ətraflı »

  • 08May
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNLİK ŞÜURUNUN FORMALAŞDIRILMASI üçün şərhlər bağlıdır

    Uzun illərdir ki, xalqımız milli-mənlik şüurunu qoruyub saxlayır. Bu adət və ənənələri gələcək nəsillər də davam etdirəcək. Milli-mənəvi dəyərlərimizə bağlılıq, yurd sevgisinin uşaqlarda aşılanması üçün yaşlı nəsl həmrəy şəkildə birləşməli, əlindən gələni etməlidir. Məsələn, “Dədə Qorqud” dastanı milli-mənəvi abidəmizdir, çünki onu oxuyanda keçmişimizi görürük. Milli-mənlik şüuru vətənə, torpağa, adətlərə sadiqlik deməkdir.
    Vətənimiz Azərbaycan ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanətidir. Torpaq sevgisi, milli-mənəvi dəyərlərimizin mühafizəsi ilə yanaşı dilimizin yad ünsürlərdən qorunması da gənclərin öhdəsinə düşən ən aktual məsələdir. Daha ətraflı »

  • 08May
    Digər Yurd həsrəti üçün şərhlər bağlıdır

    ACILI-ŞİRİNLİ XATİRƏLƏR

    Mən Tərtər–Bərdə–Ağdam–Əsgəran–Xankəndi–Şuşa–Turşsu–Laçın–Gorus–Sisian–Söylən (Əzizbəyov, indi Vayk) yoluyla o qədər gedib-gəlmişdim ki, hər döngəsinə, enişinə-yoxuşuna, hətta hər çalasına belə bələd idim. Bu tərəfdən isə Tərtər–Ağdərə–Kəlbəcər–İstisu–Səfonun İstisuyu (indiki Cermuk) və yenə Söylən yolları da mənim yaddaşıma köçmüşdü. Bizim Dərələyəz mahalına digər yollar da vardı–Tərtər–Goranboy–Gəncə–Qazax–Dilican–İcevan–Sevan–İrəvan… və… Söylən. Naxçıvandan isə Keşişkəndə, sonra bizim rayona yol vardı. Naxçıvan–Sisian yolu da işləyirdi. Bu yollar həmişə məni indi həsrət qaldığım bir yurda–Dərələyəz mahalına, aparırdı… Bu yerin hər cığırı, hər bulağı, hər meşəsi, hər gülü, hər çiçəyi gözlərimə köçmüşdü. (Gözlərim məndən vəfalı oldu–neçə illərdi özündə saxlayır o dağları, o dərələri, o biçənəkləri, o sıldırımları. Tez-tez özündə əks etdirir, elə bil dünən idi. Payızının, qışının, baharının, yayının rənglərinə qədər öz göz yaddaşında qoruyub saxlayır). Dünyanın nə qədər gözəlliyi var, cəm olmuşdu o cənnət diyarda. Hara tərpənirdin, saflıq, halallıq, ruzi-bərəkət çıxırdı qarşına. Hər şey Allahın yaratdığı kimiydi, yəni təbiiydi–göy-göyərtisi də, ağartısı da, balı da, cır alması, armudu da, havası da, suyu da, torpağı da, bir sözlə, bütün nemətləri təbiətin özü kimiydi. İnsanları da belə idi, haram tanımazdılar, qonşunun həyətinə daş atmazdılar, riyakarlıq nədir, bilməzdilər, sadə və səmimi idilər, yəni Allahın yaratdığı kimiydilər. Kirə, yalana, böhtana, mərdiməzarlığa bulaşmamışdılar, paxıllıqdan uzağıydılar.
    “Qaqa Hüseyn” vardı. İnsanların və heyvanların sınmış, oxalanmış sümüklərini əlləri ilə elə bitişdirərdi ki, müasir dövrün heç bir avadanlığı, heç bir alimi onun kimi zərgər dəqiqliyi ilə bu sümükləri öz yerinə bərpa edə bilməzdi. 100-lərlə arı ailəsi, bir o qədər də mal-qara saxlayırdı. Xan kefində dolanırdı. Bütün rayonlardan, həmçinin İrəvandan gəlib, ondan bal alardılar, çünki onun balı təmiz idi və dağın gül-çiçəyindən çəkilmişdi, qatqarı olmazdı.
    Abbas vardı–Babayev Abbas. Xeyli müddət sovxozda briqadir işlədi. Bir az köntöy adam idi. Sözü üzə deyərdi. Ürəyi çox təmiz və yumşaqdı. Qardaşı Surxay İrəvanda mehmanxananın pəncərəsindən yıxılıb, dünyasını dəyişəndən sonra Abbas da dəyişdi. (Sonra söz-söhbət gəzdi ki, ermənilər Surxayı qəsdən öldürüblər).
    Abbas briqadir işləyən vaxtlar həmişə məni nəzərə alırdı. Yaşça məndən böyük olsa da, toy qardaşlığı idik. Səmimiyyəti onun kimi insanlardan öyrənirdik.
    Həsən vardı–Hacıbabanın oğlu, Məmmədov. Xəzinədar işləyirdi. Yaşca məndən böyük idi. Daha ətraflı »

  • 08May
    Digər YUMOR üçün şərhlər bağlıdır

    Ana uşağı danlayır.
    -Səni görüm lənətə gələsən! Gör yıxılıb şalvarı nə günə qoymusan?!
    Uşaq ağlaya-ağlaya cavab verir.
    -Vallah, ana, yıxılanda şalvarımı çıxarmağa vaxt tapmadım.
    * * *
    Müəllim məktəbdə uşağın dəftərinə: “Oğlunuz çox danışır” yazıb evə yollayır. Atası bunu oxuyub, aşağıdan yazır ki, bu nədir ki? Siz hələ anasını görməmisiniz!
    * * *
    Bir kişi dükana girib və deyir ki, mənə 299 çörək ver.
    Satıcı:
    –300 olmaz?
    Kişi:
    Dəlisən? O qədər çörəyi kim yeyəcək?!
    * * * Daha ətraflı »

  • 08May
    Digər BİLİRSİNİZMİ ? üçün şərhlər bağlıdır

    Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.
    Çirkli qar təmiz qardan tez əriyir.
    Dinamitin hazırlanmasında yer fındığından istifadə olunur.
    Orta statistik hesabla bankomat il ərzində 250 dollar səhv hesablayır–müştərilərinin xeyrinə.
    İl ərzində insan qabırğası 5 milyon dəfə hərəkət edir.
    İnsan böyüdükcə ürək döyüntülərinin sayı da azalır.
    Əgər Çin əhalisi 2 metr hündürlükdən yerə tullansaydı, yer üzündə 2 bal gücündə zəlzələ baş verərdi. Daha ətraflı »