Ana uşağı danlayır.
-Səni görüm lənətə gələsən! Gör yıxılıb şalvarı nə günə qoymusan?!
Uşaq ağlaya-ağlaya cavab verir.
-Vallah, ana, yıxılanda şalvarımı çıxarmağa vaxt tapmadım.
* * *
Müəllim məktəbdə uşağın dəftərinə: “Oğlunuz çox danışır” yazıb evə yollayır. Atası bunu oxuyub, aşağıdan yazır ki, bu nədir ki? Siz hələ anasını görməmisiniz!
* * *
Bir kişi dükana girib və deyir ki, mənə 299 çörək ver.
Satıcı:
–300 olmaz?
Kişi:
Dəlisən? O qədər çörəyi kim yeyəcək?!
* * *
İki dəli xəstəxanadan qaçmağa qərar verir. Gecə planlarını yerinə yetirib, qaçırlar. Sabahısı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
– Niyə qayıtdınız?
– Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
-
08May
Müəllif: Redaktor, 09:07