Bildirirəm ki, hər ay idarənin Şura iclası keçirilir və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, qarşıda duran vəzifələr, UGİM-lərin gördüyü işlər, hərbi idman oyunlarının keçirilməsi sahəsindəki məsələlər, gənclərin istirahətlərinin asudə vaxtlarının səmərəli təşkili, rayonda narkomanlığın və digər zərərli vasitələrin yayılmasına qarşı mübarizənin gücləndirilməsi tədbirləri, yeniyetmələrin Respublika oyunlarında iştirakı və s. məsələlər müzakirəyə çıxarılır, müvafiq qərarlar qəbul olunur və icrası təmin edilir.
İdarənin fəaliyyəti də müntəzəm olaraq müzakirə edilir, korrupsiya və rüşvətxorluqla mübarizə, bayram və əlamətdar günlərin qeyd edilməsi, tədbirlərdə idmançıların nümunəvi çıxışlarının təşkili, yerlərdəki nümayəndələrin gördükləri işlər, hərbi vətənpərvərlik oyunları və idman yarışlarının təşkili, vətəndaş müraciətlərinə baxılması vəziyyəti, nizam-intizam məsələləri, maarifləndirici tədbirlər, mətbuatla əlaqə məsələləri daim diqqətdə saxlanılır.
Rayonda aparılan quruculuq-abadlıq işlərinə gənclər cəlb edilmiş və onların iştirakı ilə şəhərin müxtəlif ərazilərində, həmçinin Gənclər Parkında iməciliklər təşkil olunur, yaşıllaşdırma işləri aparılır. Bunlarla yanaşı, Gənclər və İdman İdarəsinə həvalə olunmuş ərazidə müxtəlif dekorativ və meyvə ağacları əkilmiş, onlara qulluq göstərilir.
Ümumilikdə ötən il ərzində idarə tərəfindən 87 tədbir həyata keçirilmişdir ki, onların 50-si gənclər, 37-si isə bədən tərbiyəsi və idman sahələri üzrə olmuşdur.
Keçirilən tədbirlərə 2092 gənc və nümayəndə cəlb olunmuşdur.
Bədən tərbiyəsi və idman sahəsi üzrə iş planına uyğun olaraq nəzərdə tutulan 25 idman yarışından 25-i də icra olunub, əlavə olaraq 12 yarış keçirilib ki, onların 25-i yerli, 12 idman yarışı isə rayondan kənarda olmuşdur. Bu yarışlarda 2012 nəfər iştirak etmişdir.
Rayon ərazisində yeniyetmə və gənclər arasında bilik müsabiqələri, müxtəlif əyləncəli oyunlar və idman yarışları, rayon birincilikləri keçirilmiş, respublika yarışlarında yüksək səviyyədə iştirak təmin olunmuşdur. Əlamətdar və bayram günlərində idmançıların nümunəvi çıxışları təşkil edilmişdir.
Gənclər və İdman İdarəsi tərəfindən hamiliyə götürülmüş “N” saylı hərbi hissənin zabit və əsgər heyəti ilə müntəzəm əlaqə saxlanılır, onlarla müxtəlif maarifləndirici söhbətlər aparılır, idman yarışları təşkil olunur. Hərbi hissəyə idman avadanlıqları da verilmişdir.
Rayonumuz cəbhə bölgəsində yerləşdiyindən gənclərimizin əlbəyaxa döyüş növlərini öyrənməsi vacib amildir. Bu istiqamətdə əsgəri bölmələr arasında mütəmadi rayon birincilikləri keçirir, onların respublika yarışlarında iştirakı təmin olunur.
Görülmüş müsbət işlərlə yanaşı fəaliyyətətimizdə bəzi nöqsanların da olduğunu bilirik. Bundan sonra çalışacağıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək.
Emin PƏNAHOV,
Gənclər və İdman İdarəsinin rəisi