Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek
    Digər 12 DEKABR–ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
    * * *

    Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

    Heydər ƏLİYEV

    TARİXİN DAHİ AZƏRBAYCANLISI

    İllər ötür, nəsillər dəyişir, amma Heydər Əliyevin adı Azərbaycanda daim hörmət və ehtiramla çəkilir. O, Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyimizin memarı, fenomen səxsiyyət, azərbaycançılığın simvoludur.
    Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın. Heydər Əliyev ötən əsrdə Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilən nadir şəxsiyyətdir. Bu qeyriadi zəka sahibi xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib.
    Xalqımızın ümummilli lideri həm də XX əsrin ən qüdrətli siyasətçilərindən biridir. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Xəbərlər BAŞ PROKUROR TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
    Baş prokuror Zakir Qaralov bu günlərdə Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
    Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Tərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində olub.
    Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, sakinlərə göstərilən sosial xidmətlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səttar Muxtarov, Ədibə Mustafayeva, Mayıl Məhərrəmov və digərləri müxtəlif məsələlərlə bağlı müraciətlər etdilər.
    Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında kənd sakinlərinə məlumat verib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər GENİŞ TƏRKİBLİ MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Müşavirədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər və qərargah rəisləri iştirak ediblər. Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, Tərtər rayon İcra Hakimiyyətinin Ərazi Orqanları ilə Iş Şöbəsinin baş məsləhətçisi İlqar Musayev çıxışlarında Regional Mərkəzin xidməti ərazilərində “Qarşılıqlı fəaliyyət planı” haqqında söhbət açıblar.
    Müşavirədə mövcud çatışmazlıqlar barədə fikirlər bölüşdürülüb, gələcək fəaliyyətdə onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər TƏMAS XƏTTİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edib və şəhidlərin qəhrəmanlığından danışıb.
    Qeyd olunub ki, Qarabağ müharibəsi veteranlarına, şəhid ailə-lərinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir.
    Tədbirdə “Tərtər batalyonu”nun keçmiş qərərgah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, keçmiş döyüşçü Yolçu Süleymanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, abidənin tikilməsinin təşəbbüskarı və icraçısı, şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ mü-haribəsi əlili Etibar Qasımov çıxış ediblər.
    Tədbir iştirakçıları tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri düzülüb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    İqtisadiyyat Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    CƏBHƏ BÖLGƏSİNƏ XÜSUSİ DƏSTƏK VAR

    Prezident İlham Əliyev cəbhə bölgələrinə diqqətin dövlət üçün prioritet olduğunu dəfələrlə konkret əməllə sübut etmişdir. Bu diqqətdən Tərtərə və tərtərlilərə də yetərincə pay düşmüşdür. Dövlət başçısının bölgəyə vaxtaşırı səfərləri artıq ənənəyə çevrilmişdir.
    Bu səfərlər rayonun dinamik sosial-iqtisadi inkişafına güclü təkan vermiş, rayon əhalisinin sosial müdafiəsinin güclənməsinə səbəb olmuşdur. Yeni yollar, körpülər, qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, müxtəlif sosial obyektlər həmin səfərlərin yaddaqalan ünvanlarıdır.
    Artıq 2018-ci il başa çatmaq üzrədir. Uğurlu illər sırasına daha biri də əlavə olunur. Dövlət başçısının sərəncamına uyğun olaraq, bu il Tərtər şəhərində çoxmənzilli 20 yaşayış binası təmir olunmuş, 21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması başa çatdırılmışdır. Tərtər-Hindarx yolunun Tərtər rayonu ərazisindən keçən 21 kilometrlik hissəsində əsaslı təmir, eləcə də Olimpiya İdman Kompleksinin, Xalça istehsalı emalatxanasının, Bayraq muzeyinin və şəhərdəki 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi isə davam edir. Şəhər 6 saylı tam orta, Qazyan kənd ümumi orta məkəblərin binaları, Seydimli kənd tam orta məktəbin bir korpusu da əsaslı təmir olunmuş, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Xəbərlər ƏLİLLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Rayonun Tarix-Diyarşünaslıq muzeyində Əlillər Günü münasibəti ilə “Qarabağ Regional Bilik Evi”nin şagirdləri ilə birlikdə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktoru Aybəniz Şahbazi açıb. O bildirib ki, qəhrəman Tərtərin özünəməxsus qədim tarixi var. Bu tarixi keçmişlərdən bu günə kimi bu torpaqlarda yaşayan tərtərlilər yaradıb.
    “Tərtər Özünümüdafiə Batalyonu”nun qərargah rəisi, ehtiyatda olan mayor Pənah Məmmədov tədbirdə çıxış edib. Qarabağ müharibəsi əlili Rövşən Məmmədov cəbhə yolu barədə şagirdlərə məlumat verib.
    Tədbirdə şagirdlər geniş bədii kompozisiya ilə çıxış ediblər. Sonda Qarabağ əlilləri ilə xatirə şəkli çəkdirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər TƏRTƏRİN ƏSAS KÖRPÜSÜ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Tərtər çayı üzərindəki əsas körpü 1953-cü ildə inşa olunub. Ötən illər ərzində buradakı piyada səkiləri deformasiyaya uğrayıb.
    Hazırda uzunluğu 103,6 m olan 5 aşırımılı körpüdə təmir işləri aparılır. İlk növdədə piyada səkiləri sökülüb yenidən qurulur. Hər iki girişdəki sütunların aqlayla üzlənməsi nəzərdə tutulub. Həmçinin körpünün asfalt örtüyü yenilənəcək. Təmir işlərini Xocalı rayonunun yol istismarı idarəsi aparır. Qeyd edək ki, körpünün yükgötürmə gücü 60 tondur.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər YENİ TİNGLƏR ƏKİLİR üçün şərhlər bağlıdır

    Tərtər yaşıllıqlar diyarıdır. Burada mövcud olan yaşıllıqların mühafizə edilməsi və becərilməsi ilə yanaşı hər il minlərlə yeni müxtəlif ağac tingləri əkilir və yaşıllıq zonaları yaradılır.
    Tərtərlilər bilirlər ki, ekoloji tarazlığın bərpa olunmasında təbiətin flora və faunası əsaslı rol oynayır. Həmçinin rayonumuzda baramaçılığın inkişafı istiqamətində işlər uğurla davam etdirilir. Bu gəlirli sahənin yem bazasını möhkəmləndirmək məqsədilə bu günlərdə rayonumuzun ərazisində yerləşən bütün kəndlərdə 67 min yerli və Çin Xalq Respublikasından gətirilmiş 35 min çəkil tingi əkilib.
    Yerli fermerlər, baramaçılar tingəkmə kampaniyasında həvəslə iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Kənd təsərrüfatı PAMBIQÇILARIMIZ YENƏ DƏ ÖNDƏDİRLƏR üçün şərhlər bağlıdır

    Əvvəllər pambıqçılıq Tərtər rayonu üçün ənənəvi sahələrdən biri olub. Buranın iqlim şəraiti, torpağının bərəkətli olması, bol suyu bu sahənin inkişaf etdirilməsi üçün əlverişli sayılıb.
    Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illər ölkədə yaranmış böhran vəziyyət pambıqçılığa da təsirini göstərib. Müəyyən çətinliklər səbəbindən adamların tədricən bu işə marağı azalıb. Ancaq ötən illərin təcrübəsi, əmək qələbələrinin doğurduğu sevinc hissləri, evlərə gələn halal qazanc və bunun müqabilində yaxşılaşan həyat tərzi unudulmamışdı. Ona görə də Prezident İlham Əliyev ölkədə pambıqçılıq sahəsinin inkişaf etdirilməsi məsələsini qarşıya qoyanda, bu işə ilk qoşulanlar cərgəsində tərtərlilər də oldu.
    Ölkə başçısının bu qərarı hamı tərəfindən rəğbətlə qarşılandı. Ötən ilin yekunları isə sübut etdi ki, Tərtərdə pambığın əkilib-becərilməsi üçün həm lazımi şərait, həm də insanların həvəsi var. Bunlar birləşəndə isə qələbələr qazanılır. Ötən mövsümdə olduğu kimi. Daha ətraflı »

    Teqlər: