Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində olub.
Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, sakinlərə göstərilən sosial xidmətlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səttar Muxtarov, Ədibə Mustafayeva, Mayıl Məhərrəmov və digərləri müxtəlif məsələlərlə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında kənd sakinlərinə məlumat verib.
“Yeni Tərtər”