Rayonun Tarix-Diyarşünaslıq muzeyində Əlillər Günü münasibəti ilə “Qarabağ Regional Bilik Evi”nin şagirdləri ilə birlikdə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aybəniz Şahbazi açıb. O bildirib ki, qəhrəman Tərtərin özünəməxsus qədim tarixi var. Bu tarixi keçmişlərdən bu günə kimi bu torpaqlarda yaşayan tərtərlilər yaradıb.
“Tərtər Özünümüdafiə Batalyonu”nun qərargah rəisi, ehtiyatda olan mayor Pənah Məmmədov tədbirdə çıxış edib. Qarabağ müharibəsi əlili Rövşən Məmmədov cəbhə yolu barədə şagirdlərə məlumat verib.
Tədbirdə şagirdlər geniş bədii kompozisiya ilə çıxış ediblər. Sonda Qarabağ əlilləri ilə xatirə şəkli çəkdirilib.
“Yeni Tərtər”