
Bu günlərdə Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünü idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə FHN Qarabağ Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Qarabağ Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərliyi və əməkdaşları, eləcə də Tərtər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra və özünü-idarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.
“Yeni Tərtər”


Tərtər rayon Məşğulluq Mərkəzi şəhər 1 saylı orta məktəbin akt zalında “Əmək yarmarkası” keçirib. Əmək yarmarkasında idarə, müəssisə, təşkilat rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə 250 nəfər iştirak edib.
1981-cı il oktyabrın 20-si ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bulokunun istifadəyə verildiyi gündür. Həmin gün Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar – o cümlədən elektrik energetikası Azərbaycanın qüdrətlənməsindən xəbər verir. Energetiklərimiz çətin və şərəfli peşələrinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Bayram günü münasibəti ilə əlaqədar onlardan biri– Vüqar Aslanovdan yazmaq məsləhət görüldü.
Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
Ötən il rayonumuzun pambıqçıları hər hektarın məhsuldarlığına görə respublika üzrə birinci oldular. Dövlətimizin başçısı İlham Əliyev Tərtərə səfəri zamanı zəhmətimizə yüksək qiymət verərək, təcrübəmizin geniş yayılmasını tövsiyə etdi.
Hüləbətli kəndində torpağı sevən, ondan bol ruzi qaza-nan insanlar çoxdur.
“Bala Tutuquşu” təzəcə dil açırdı. Anası ona Azərbaycan dilini öyrədirdi.
–Alo, Martindir?
Yeni ismarıclar