Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
|
|
|
|
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
İCRA BAŞÇISI HESABAT VERDİ
Tərtər rayonunda 2018-ci ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 2 milyont 726,4 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
Bu barədə Tərtər rayonunda 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məru-zəsində bildirilib ki, ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəs-təklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətlərində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Ulu Öndər “Bir millət, iki dövlət” demişdir. Türkiyə-Azərbaycan dostluğu qədim köklərə dayanır. Zaman-zaman mənfur düşmənlər bu dostluğu pozmağa, nifaq salmağa çalışsalar da, eyni köklü, eyni mədəniyyətli iki qardaş dövləti bir-birindən ayırmağa nail ola bilmədilər. Bu dostluq 1918-ci ildə qurulan Şərqin ilk demokratik respublikası olan AXC dövründə daha da möhkəmləndirildi. Belə ki, AXC-nin müstəqilliyini ilk ta-nıyan dövlət Osmanlı oldu. Osmanlı dövləti ilə AXC arasında 1918-ci il iyun ayının 4-də Batumda “Sülh və dostluq” haqqında müqavilə imzalandı.
Müqaviləni Osmanlı tərəfindən Ədliyyə naziri Xəlil paşa Menteşe, AXC tərəfindən Milli Şuranın sədri M.Ə. Rəsulzadə və Xarici İşlər naziri M. Hacınski imzaladlar. Daha ətraflı »
Teqlər: Digər
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Mayıl Aslanov, Nadir Şirinov, Rüfət İsmayılov, Tofiq Quliyev və Günay İmanova müxtəlif məsələlər barədə müraciətlər etdilər.
Bunlarla bağlı icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Tərtər rayonunun Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Təbii qazın verilməsi münasibətilə Kovdadıq kəndində keçirilən tədbirdə Tərtər Ra-yon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, “Azəriqaz” İstehsalat Birliyi-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Dövlət başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını bildirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirəsi dinlənilib.
Tədbirdən öncə Oleq Kuznetsov və Bilik Fondunun nümayəndələri ermənilərin Qarabağ bölgəsinə köçürülməsini sübut edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, bu abidə ermənilərin İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda, “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Prezident İlham Əliyevin tapşırığı ilə bu abidə yenidən bərpa olunub. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Tərtər rayonunda keçirilən zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Naftalan, Goranboy, Ağcabədi, Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından 300 nəfər fəal gənc iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar və “N” saylı hərbi hissənin əsgərlərinin hazırladığı nümunəvi çıxışlara baxıblar.
Tədbir rayon mədəniyyət mərkəzinin zalında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsini əlamətdar hadisə adlandırıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
Ölkəmizdə səfərdə olan Almaniyanın “Nitro” jurnalının muxbirləri Bernd Lammel, Bettina Lammel və Alman-Azərbaycan Gənclər Assosiasiya-sının sədri Raksana Civişova Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonra nümayəndələr Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.
Daha sonra ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər Rayon Nümayəndəliyinin Tarix-Diyarşünaslıq Muzeyində Dövlət Müstəqilliiyi Günü munasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açıb. Bildirib ki, müstəqillik baxımından Azərbaycan gənc olsa da, görülən işlər bu günü və gələcəyi əhatə edir. Bu isə o deməkdir ki, müstəqilliyimiz dönməz və əbədidir.
Muzeyin elmi işçisi Xuraman Məmmədova mövzu ilə bağlı məruzə söyləyib və Müstəqillik Günü haqqında geniş məlumat verib.
Məruzə ətrafında çıxışlar olub.
Sonra Umudlu kənd tam orta məktəbinin şagirdləri bədii kompozisya göstəriblər.
Sonda xatirə şəkli çəkdirilib.
“Yeni Tərtər”
Teqlər: Mədəniyyət
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 oktyabr 2018-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 27 min 898 olmaqla 10 min 150 daimi iş yerləri yaradılmışdır. 2018-cı ilin 9 ayı ərzində isə rayonda 3240 yeni, o cümlədən 363 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda olmuşdur. 2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Daha ətraflı »
Teqlər: Sosial
Yeni ismarıclar