
Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən hər il noyabırın 1-i ölkədə “Kənd Təsərrüfatı İşciləri Günü” kimi qeyd olunur.
Rayonumuzun kənd təsərrüfatı işçiləri builki peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsərrüfatın bütün sahələri üzrə ilin doqquz ayının göstəriçiləri ürəkacandır. Kənd təsərrüfatı məhsulları istehsalcılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir.
ƏHALİNİN HƏYATI YAXŞILAŞIB
Əskipa kəndində 1184 nəfər yaşayır. 267 təsərrüfat, 184 evdir. Sakinlərin arasında ziyalısı da var, sadə peşə sahibi də. Amma onların hamısını birləşdirən ümumi cəhət vətənə, torpağa bağlılıq hissi və zəhmətsevərlikdir. Kənd sakinlərindən yeddi nəfəri–Nuru Abbasov, Vüqar Cəfərov, Yavər Məmmədov, Dağıstan Əzizov, Vüqar Qasımov, Eldəniz Sadıqov və Tofiq Quliyev bu torpaq uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Kənddə onların xatirəsi uca tutulur. Şəhidlərin şərəfinə abidə ucaldılıb, ətrafına gül-çiçək əkilib. Kənd sakinləri bu müqəddəs məkanı tez-tez ziyarət edir, qəhrəmanların ömür yolunu öyrənirlər. Daha ətraflı »


Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilən ən yeni “Qırmızı gül-1,” “Fatimə”, “Murov-2”, “Şəfəq-2” taxıl, “Qarabağ-33” arpa növləri nəinki bizim rayonda, respublikada çox məşhurdur və fermerlər tərəfindən həvəslə alınır.
Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal edilmişdir.
6 Noyabr Hərbi Münaqişələr zamanı ətraf mühitin istismarının qarşısınıalma günüdür.
Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib.
Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. 
Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş Baş Konsul Zeki Öztürk tanışlıq məqsədilə Tərtər rayonuna səfər edib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində olub.
Yeni ismarıclar